Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.

Changes

Jump to navigation Jump to search
Səhifəni '{{Yazıçı |Şəkil = Abdulla bəy Əfəndizadə.jpg |Şəkil məlumat = |Şəkil miqyası = |Adı = Abdulla bəy Əfəndizadə |Tam adı =...' ilə yarat
{{Yazıçı
|Şəkil = Abdulla bəy Əfəndizadə.jpg
|Şəkil məlumat =
|Şəkil miqyası =
|Adı = Abdulla bəy Əfəndizadə
|Tam adı = Abdulla bəy İsmayıl oğlu Əfəndizadə
|Digər adları = Azaqbəyli
|Fəaliyyəti = Pedaqoq, [[Azərbaycan Demokratik Respublikası parlamenti]]nin üzvü
|Milliyəti = azərbaycanlı
|Doğum tarixi = {{doğum tarixi|1873|3|3}}
|Doğum yeri = [[Şəki]], {{Rusİmp}}
|Vəfatı = {{vəfat tarixi|1928||}}
|Vəfat yeri = [[Bakı]], {{AzSSR}}
|Vəfat səbəbi =
|Dəfn yeri =
|Atası =
|Anası =
|Həyat yoldaşı =
|Uşaqları = Ziya bəy
|Sayt =
|İmzası =
}}

'''Abdulla bəy Əfəndizadə''' (Tam adı:''Abdulla İsmayıl oğlu Əfəndizadə''; d.[[3 mart]] [[1873]], [[Şəki]] - ö.[[1928]], [[Bakı]]) — [[Azərbaycan Demokratik Respublikası parlamenti]]nin üzvü, pedaqoq.<ref>{{cite web |url=http://goychay.cls.az/more/text/58725 |archiveurl=http://web.archive.org/web/20190114133049/http://goychay.cls.az/more/text/58725 |archivedate=14 Jan 2019 |title=Abdulla bəy Əfəndizadə 1873-1928 (145 illiyi) |author= |date= |publisher= |accessdate=3 Yanvar , 2018 |language= }}</ref>

== Həyatı ==

Abdulla bəy Əfəndizadə [[3 mart]] [[1873]]-cü ildə [[Şəki]] şəhərində anadan olmuşdu. [[1880]]-[[1888]]-ci illərdə Nuxada (Şəkidə) məhəllə məktəbində ibtidai təhsil almış, [[1888]]-[[1894]]-cü illərdə Yelizavetpolda (Gəncədə) sənət məktəbində, [[1895]]-[[1898]]-ci illərdə Tiflisdə Aleksandr Müəllimlər İnstitutunda təhsil almışdır. Şəkidə müəllim işləmişdir. İki il burada çalışandan sonra Tiflis Aleksandr Müəllimlər institutuna daxil olmuş və [[1899]]-cu ildə orada təhsilini tamamlamışdı.

=== Ailəsi ===

Rəşid bəy Əfəndiyevin qardaşı Abdulla bəyin Ziya bəy adlı oğlu vardır. Əfəndiyev [[Hikmət Ziya]]nın babasıdır.

==Fəaliyyəti==

[[1898]]-ci ildə isə Bakıda pedaqoji fəaliyyətə başlamışdır. Həmin illərdə müxtəlif məktəblərdə müəllim və məktəb müdiri vəzifələrində işləmişdir. [[1906]]-cı ildə A.Əfəndizadə Qafqaz Müsəlman Müəllimlərinin I və 1907-ci ildə II qurultaylarında fəal iştirak etmiş, Süleyman Sani Axundov və Fərhad Ağazadə ilə birgə tərtib etdiyi yeni əlifba layihəsini müzakirəyə çıxarmış, onlarla birlikdə həmin əlifba layihəsi və qurultayda qəbul olunan proqram əsasında [[1908]]-ci ildə “''İkinci il''” dərsliyini yazıb nəşr etdirmişdir. O, Azərbaycan Milli Şurasının “''Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanunu''”na əsasən Nuxa (Şəki) şəhərindən ADR parlamentinə deputat seçilmişdir. Parlamentdə əvvəlcə Əhrar fraksiyasına daxil olmuş, [[1919]]-cu il noyabrın əvvəllərində fraksiyadan ayrılaraq özünü sol müstəqil elan etmişdir.<ref>{{cite web |url=http://www.anl.az/down/meqale/azadliq/2013/oktyabr/329944.htm |archiveurl=http://web.archive.org/web/20190114133420/http://www.anl.az/down/meqale/azadliq/2013/oktyabr/329944.htm |archivedate=14 Jan 2019 |title=Azərbaycanın görkəmli maarifçilər nəsli |author= |date= |publisher= |accessdate= 2013.- 9 oktyabr. |language= }}</ref>

[[1918]]-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinə üzv seçilən Əfəndizadə Maarif Nazirliyinin əlifba islahatına dair təşkil etdiyi kommissiyanın tərkibində çalışmışdır. Müzakirəyə təqdim etdiyi əlifba layihəsi komissiya tərəfindən bəyənilmişdir. 1919-cu ildə Əfəndizadənin tərtib etdiyi əlifba əsasında müstəqil dövlətin “''Son türk əlifbası''” adlı əlifba dərsliyinin nəşrinə icazə verilmişdir.
Ədəbi yaradıcılıqla məşğul olmuş Əfəndizadə uşaqlar üçün şeirlər, hekayələr də yazmışdır. Onun [[1919]]-cu ildə Şəkinin "''Mədəniyyət''" mətbəəsində onun siyasi lirika janrında qələmə aldığı “''Ya ölüm, ya Türkiyə''” mənzuməsi çox məşhur idi. Abdulla bəy Əfəndizadə Şəkidə ilk oğlan, ilk qız məktəblərinin və gimnaziyanın banisi kimi tanınırdı. Abdulla bəy Əfəndizadə eyni zamanda tərcümə işi ilə də məşğul olmuş, rus şairlərindən İ.A.Krılovun, M.Y.Lermontovun və başqalarının şeirlərini türkçəmizə tərcümə etmişdir. Geniş fəaliyyət, hərtərəfli yaradıcılıq dairəsinə və qabiliyyətinə malik olan Abdulla bəy Şəki folklorunun toplanılması, araşdırılması və təbliği istiqamətində də mühüm işlər görmüşdür. O, topladığı folklor nümunələrini [[1894]]-cü ildə "''Sbornik materialov dlə opisaniə mestnostey i plemen Kavkaza (SMOPK)''" məcmuəsində çap etdirmişdir.

===Kitabları===

* “''Rüstəmin yuxusu, yaxud röyası''” ([[1906]]);
* “''Şagirdlərə hədiyyə''” ([[1914]]).

===Kitabçası===

* "Hər ürəkdə səbt olubdur: ya ölüm, ya Türkiyə

===Şeirləri===

* "''Növhə''";
* "''Ümid''";
* "''Acı həqiqətlər qarşısında böyük ümidvarlılıq''";
* "''Qafqaza dəvət''".<ref>{{cite web |url=http://www.anl.az/down/meqale/adalet/2018/iyun/595083.htm|archiveurl=http://web.archive.org/web/20190114133737/http://www.anl.az/down/meqale/adalet/2018/iyun/595083.htm |archivedate=14 Jan 2019 |title=AZƏRBAYCAN CÜMHURİYYƏTİ MƏCLİSİ-MƏBUSANINDA NUXA QƏZASINI TƏMSİL EDƏN ŞƏXSLƏR |author= |date= |publisher= |accessdate= 2018. 8 iyun |language= }}</ref>

==Haqqında==

Onun [[1906]]-cı ildə əvvəl "''Dəbistan''" jurnalında, daha sonra isə ayrıca kitabça şəklində nəşr edilmiş "''Rüstəmin yuxusu''" adlı əsərinə XX əsrin əvvəllərində Azərbaycanda gedən ictimai-siyasi hərəkatın görkəmli nümayəndəsi, sonralar Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan M.Ə.Rəsulzadə resenziya yazmışdır:

{{sitat|"Bu mənzumə biz müsəlmanların məişətimizdə ən nazik və ən ağrılı dərdimiz olan dəstəbazlıq və qoçubazlığın bina və əslini və millətimiz arasında cəhl və nadanlıq ucundan cüzi bir şeyin üstə (ki, özgələri o barədə bir-birilərinə söyüş belə deməzlər) özlərini həlakət və fəlakətə sövüq edib böylə bir hərəkəti-dənaətkaranənin adını namus və qeyrət qoyanların biləsəf iştimallarını (əhatə etmək) gözəl bir tərzdə tənqid ediyor. Bu əsər qayət asan bir dil ilə yazılıb "mütəzad" surəti şeriyyəsi ilə tənzim edilmişdir". }}

==Vəfatı==

O, [[1928]]-ci ildə [[Bakı]] şəhərində vəfat etmişdir.

==Həmçinin bax==

* [[Rəşid bəy Əfəndiyev]]
* [[Salman Mümtaz]]

==İstinadlar==

[[Kateqoriya:Əfəndizadələr]]
[[Kateqoriya:Pedaqoqlar]]
[[Kateqoriya:Şəkidə doğulanlar]]
[[Kateqoriya:Bakıda vəfat edənlər]]
[[Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti]]
[[Kateqoriya:A]]

Naviqasiya menyusu