Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Abdulla bəy Əfəndizadə

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Abdulla bəy Əfəndizadə
Əfəndizadə Abdulla bəy İsmayıl oğlu
Abdulla bəy Əfəndizadə
Abdulla bəy Əfəndizadə.
Doğum tarixi 3 mart 1873(1873-03-03)
Doğum yeri Nuxa, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfatı 1928(1928-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR
Uşağı Ziya Əfəndiyev
Təhsili

Mixaylov Sənət Məktəbi (Yelizavetpol (indiki Gəncə), 1888 – 1894)

Aleksandr Müəllimlər İnstitutu (Tiflis (indiki Tbilisi), 1895 – 1899)

Abdulla bəy Əfəndizadə (1873 – 1928) — maarif xadimi, yazıçı, tərcüməçi, Azərbaycan parlamentinin (1918 – 1920) Nuxa şəhərindən seçilmiş deputatı. Rәşid bәy Əfәndiyevin qardaşı, Hikmət Ziyanın isə babasıdır.

Haqqında məlumatlar[redaktə | əsas redaktə]

3 mart 1873-cü il tarixdə Nuxada anadan olub.

Təhsili[redaktə | əsas redaktə]

1880 – 1888-ci illərdə Nuxada evdə və məhəllə məktəbində ibtidai,

1888 – 1894-cü illərdə Mixaylov Sənət Məktəbində (Yelezavetpol (indiki Gəncə)) kənd təsərrüfatı – bağçılıq və ipəkçilik, üzrə orta ixtisas,

1895 – 1899-ci illərdə Aleksandr Müəllimlər İnstitutunda (Tiflis (indiki Tbilisi)) ali pedaqoji təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | əsas redaktə]

1899 – 1920-ci illərdə, əvvəlcə, Bakıda Hacı Zeynalabdin Tağıyevin himayəsi ilə təsis edilmiş və Sultan Məcid Qənizadənin rəhbərlik etdiyi məktəbdə pedaqoji əmək fəaliyyətə başlayıb, daha sonra müxtəlif məktəblərdə müəllim və müdir (1898–1920) işləmişdir.

İctimai-siyasi fəaliyyəti[redaktə | əsas redaktə]

1906 və 1907-ci illərdə Qafqaz Müsəlman Müəllimlərinin I və II qurultaylarında iştirak edib.

1918 – 1920-ci illərdə Nuxa şəhərinin təmsilçisi kimi Azərbaycan parlamentinin üzvü olub.

Ədəbi, elmi, pedaqoji-elmi və tərcüməçilik fəaliyyəti[redaktə | əsas redaktə]

1894-cü ildə “Sbornik materialov dlya opisaniya mestnostey i plemen Kavkaza” məcmuəsində Nuxada topladığı folklor nümunələri,

1906-cı ildə “Rüstəmin yuxusu” kitabı,

1908-ci ildə Süleyman Sani Axundov və Fərhad Ağazadə (Şərqli) ilə birlikdə tərtib etdikləri “İkinci il” məktəb dərsliyi,

1914-cü ildə “Şagirdlərə hədiyyə” kitabı,

1919-cu ildə Nuxadakı “Mədəniyyət” mətbəəsində siyasi lirika janrında qələmə aldığı “Hər ürəkdə səbt olubdur: ya ölüm, ya Türkiyə!” adlı kitabçası çap olunub.

Rus şairlərindən İ.A.Krılovun, M.Y.Lermontovun və başqalarının şeirlərini azərbaycan dilinə tərcümə edib.

Vəfatı[redaktə | əsas redaktə]

1928-ci ildə – 55 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat[redaktə | əsas redaktə]

  1. ƏFƏNDİYEV (Əfәndizadә) Abdulla bәy İsmayıl bәy oğlu // Azərbaycan Milli Ensiklopediyası  : [25 cilddə]. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi. — VIII  cild. — Səh.: ?.
  2. Baxışov V. Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanında Nuxa qəzasını təmsil edən şəxslər (azərb.) // Ədalət : qəzet. — Bakı, 1918. — В. 8 iyun. — № 102. — Səh. 7. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 13 Nov 2018 - 1 Jul 2020.

Həmçinin, bax[redaktə | əsas redaktə]

<link rel="canonical" href="https://shaki.info/wiki/Abdulla_b%C9%99y_%C6%8Ff%C9%99ndizad%C9%99" />