"Aydın Hacıyev" səhifəsinin versiyaları arasındakı fərqlər
(Səhifəni 'Kateqoriya:A{{Alim |Piktoqram = tarix |Adı = Aydın Hacıyev |Orijinal adı = Hacıyev Aydın Nazim oğlu |Şəkil...' ilə yarat) |
(Fərqli deyil)
|
20:54, 6 may 2020 versiyası
Aydın Hacıyev | |
---|---|
Hacıyev Aydın Nazim oğlu | |
Aydın Hacıyev, 1 avqust 2006-cı il | |
Doğum tarixi | 5 dekabr 1953 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Rusiya |
Elm sahəsi | tarix |
İş yeri | Arxangelsk Şimal Sahibkarlıq İnstitutu (rus.: Северный институт предпринимательства) |
Elmi dərəcəsi | tarix elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti (1976) |
Atası | Nazim Hacıyev |
Aydın Hacıyev (Hacıyev Aydın Nazim oğlu; d. 5 dekabr 1953-cü il, Bakı, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı tarixçi alim, tarix elmləri doktoru, Arxangelsk Şimal Sahibkarlıq İnstitutunun (rus.: Северный институт предпринимательства) prorektoru. Qars Cənub-Qərbi Qafqaz Demokratik Respublikasının yaranması və süqutu probleminin ilk və yeganə tədqiqatçısıdır. Azərbaycanlı görkəmli dövlət xadimi Nazim Hacıyevin oğlu, Hikmət Hacızadənin isə əmisi oğludur.
Haqqında əlavə məlumatlar
1953-cü ildə Bakıda anadan olub. 1976-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət universitetinin tarix fakültəsini bitirib.
İş yerləri və vəzifəsi
Komsomol orqanında əmək fəaliyyətinə başlamış, daha sonra əmək fəaliyyətini dövlət orqanlarında – Azərbaycan SSR Nazirlər Sovetində, Azərbaycan SSR Mədəniyyət Nazirliyində davam etdirmişdir.
XX əsrin 80-cı illərinin əvvəllərindən etibarən isə on il ərzində D.Bünyatzadə adına Xalq Təsərrüfatı İnstitutunda, sonra isə Sov.İKP MK yanında Bakı Ali Partiya Məktəbində Sov.İKP tarixindən dərs deyib.
1991-ci ildə Azərbaycan KP MK aparatında ideoloji şöbənin instruktoru vəzifəsinə irəli çəkilib.
1991-ci ilin sentyabrında Azərbaycan Kommunist Partiyasının rəsmən buraxılmasından sonra, Bakı Ali Partiya Məktəbinin bazasında yaradılmış Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun(az) siyasi tarix kafedrasının müdiri seçilib.
1998-ci ildə Rusiya Federasiyasına köçür, müstəqil tatixçi-politoloq ekspert və publisist kimi fəaliyyət göstərir. O cümlədən, Arxangelsk və Moskva ali təhsil müəssisələrində müqavilə ilə dərs deyir.
2013-cü ildə Arxangelsk Şimal Sahibkarlıq İnstitutunun dövlət və bələdiyyə hüququ kafedrasının müdiri seçilib.
2016-cı ildə isə Arxangelsk Şimal Sahibkarlıq İnstitutunun tədris və metodik işlər üzrə prorektoru təyin edilib.
Elmi və yaradıcılıq fəaliyyəti
1990-cı ildə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib.
1994-cü ildə isə Moskva Dövlət Pedaqoji Universitetində “1918—1920-ci illərdə Cənub-Qərbi Qafqazda kiçik dövlətlərin formalaşması (Zaqafqaziyanın ictimai hərakatları və siyasi partiyalarının materialları əsasında)” (rus.: «Формированию малых государственных образований в Юго-Западном Кавказе в 1918—1920 г.г. (по материалам общественных движений и политический партий Закавказья)».) mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib.
İki yüzdən artıq analitik və publisistik məqalənin, 9 kitabın – bunlardan 7-si monoqrafiyadır (o cümlədən, 3-ü tarixi və analitik məqalələr toplosudur), müəllifidir; kitablarından biri “Sevgi karuseli” (rus.: «Карусель любви».) adlanır – yeganə sırf ədəbi əsəridir, tarixi esse janrında qələmə alıb, proza.ru ədəbi saytında dərc olunub.
Əsas fundamental əsərləri
- Qars və Araz-Türk Cümhuriyyətləri tarixindən (rus.: «Из истории Карской и Араз-Тюркской республик» — 1994 год».), 1994;
- Cənub-Qərbi Qafqaz Demokratik Respublikaları (Qars və Araz-Türk Respublikaları) (rus.: «Демократические республики Юго-Западного Кавказа (Карская и Араз-Тюркская республики)».), 2004;
- Rus qanadlarını bağlamaq haqqında (rus.: «О Русь взмахни крылами».), 2007;
- Allah tərəfindən seçilmiş qohumluq (rus.: «Богом избранное родство».), 2007;
- Hər şeyi başa düşmək, amma hər şeyi bağışlamamaq (rus.: «Все понять, но не все простить».), 2009;
- 2000-2014-cü illərdə dünyanın geosiyasi mənzərəsi (rus.: «Геополитическая панорама мира в 2000—2014 г.г.».), 2015.
Aidiyyəti linklər
- Айдын Гаджиев. РОССИЯ И АЗЕРБАЙДЖАН: БОГОМ ИЗБРАННОЕ РОДСТВО. СБОРНИК СТАТЕЙ ПОСВЯЩЕННЫХ МНОГОВЕКОВОЙ ДРУЖБЕ РУССКОГО И АЗЕРБАЙДЖАНСКОГО НАРОДОВ;
- Гаджиев Айдын Назимович „Демократические республики Юго-Западного Кавказа (Карская и Арза-Тюркская)“;
- Айдын Гаджиев „ВСЕ ПОНЯТЬ, НО НЕ ВСЕ ПРОСТИТЬ“;
- Гаджиев А. Н. (Архангельск). Карская проблема в контексте политики мировых держав в Первой и Второй мировых войнах;
- Айдын Гаджиев О, РУСЬ, ВЗМАХНИ КРЫЛАМИ СБОРНИК СТАТЕЙ В ОЗНАМЕНОВАНИЕ ГОДА РОССИИ В АЗЕРБАЙДЖАНЕ Баку REGNUM 2007 УДК 327(47): 327(479.24) ББК 66.4(2Рос), 9(5Азе), 33 …»;
- Геополитическая панорама мира в 2000—2014 годах : сборник историко-геополитических статей;
- Айдын Гаджиев, Из истории образования и падения Юго-Западной Кавказской (Карской) Демократической Республики;
- 1992 Из истории образования и падения Юго-Западной Кавказской (Карской) Демократической Республики / Айдын Гаджиев, 36,[2 с. 20 см Прил. ([2] отд. л. карт.), Баку Элм 1992];
- Гаджиев, Айдын Назимович. Геополитическая панорама мира в 2000-2014 годах : сборник историко-геополитических статей / А. Н. Гаджиев ; Сев. ин-т предпринимательства. - Архангельск : КИРА, 2015. - 311 с. ; 21 см. - 150 экз. - ISBN 978-5-98450-362-4 : 180 р;
- А. Н. Из истории образования и падения Юго-Западной Кавказской (Карской) демократической республики : монография / А. Н. Гаджиев. — Баку : Элм, 1992. — 38 с. + 2, отд. л. карт. — ISBN 5-8066-0542-6 : Б. ц.;
- Все дороги ведут к Москве. Айдын Гаджиев, Вахдат Султанзаде;
- Айдын Гаджиев: Некоторые исторические заметки в контексте укрепления международного реноме России;
- История отечественного государства и права : программа проблемно-тематического курса : по направлению подготовки 030900.62 «Юриспруденция» квалификация (степень) выпускника «бакалавр» : — Архангельск : КИРА, 2015. — 65 с. ; 21 см. — Библиогр. в конце частей. — 40 экз. экз.. — ISBN 978-5-98450-397-6 : Б. ц. ГРНТИ 10 УДК 340.15(075.8)^V3 ББК 67.3я73;
- Как Н. Гаджиеву удалось убедить Хрущева не поднимать вопрос Нагорного Карабаха.