'''Şövkət Sürəyya Aydəmir''' (1897–1976) — tanınmış türk yazıçısı və mütəfəkkiri, iqtisadçı, tarixçi və pedaqoq. 1919-cu ildə Türkiyədən Azərbaycana gələrək iki ilə yaxın müddət ərzində [[Nuxa|Nuxada]] müəllimlik etmiş, 1920-ci ilin martında Nuxadan Qarabağa göndərilmiş könüllülər dəstəsinin komandanı olmuş və o zaman bir xalq qəhrəmanı kimi məşhurlaşmışdır; həmin ilin 30 aprel tarixində XI Qızıl Ordunun Nuxaya daxil olmasını da öz gözləri ilə görmüş və bu hadisələrin hamısını daha sonralar öz əsərində ətraflı təsvir etmişdir. O cümlədən, 1920-ci il sentyabrın 1-də Bakıda öz işinə başlayan Şərq xalqlarının I qurultayında Nuxa şəhərindən göndərilmiş nümayəndə kimi iştirak edib. 1932-ci ildə isə Türkiyədə nəşrə başlayan [[:tr:Kadro Dergisi|“Kadro”]] adlı jurnalın yaradıcılarından və [[:tr:Kadrocular|''Kadro hərakatının'']] rəhbərlərindən də biri olub. Yaşlaşdığı zaman, yazıçılığa başlamış, Türkiyə tarixində əhəmiyyətli rolu olmuş şəxslər barədə kitablar yazmışdır. | '''Şövkət Sürəyya Aydəmir''' (1897–1976) — tanınmış türk yazıçısı və mütəfəkkiri, iqtisadçı, tarixçi və pedaqoq. 1919-cu ildə Türkiyədən Azərbaycana gələrək iki ilə yaxın müddət ərzində [[Nuxa|Nuxada]] müəllimlik etmiş, 1920-ci ilin martında Nuxadan Qarabağa göndərilmiş könüllülər dəstəsinin komandanı olmuş və o zaman bir xalq qəhrəmanı kimi məşhurlaşmışdır; həmin ilin 30 aprel tarixində XI Qızıl Ordunun Nuxaya daxil olmasını da öz gözləri ilə görmüş və bu hadisələrin hamısını daha sonralar öz əsərində ətraflı təsvir etmişdir. O cümlədən, 1920-ci il sentyabrın 1-də Bakıda öz işinə başlayan Şərq xalqlarının I qurultayında Nuxa şəhərindən göndərilmiş nümayəndə kimi iştirak edib. 1932-ci ildə isə Türkiyədə nəşrə başlayan [[:tr:Kadro Dergisi|“Kadro”]] adlı jurnalın yaradıcılarından və [[:tr:Kadrocular|''Kadro hərakatının'']] rəhbərlərindən də biri olub. Yaşlaşdığı zaman, yazıçılığa başlamış, Türkiyə tarixində əhəmiyyətli rolu olmuş şəxslər barədə kitablar yazmışdır. |