Aydın Məmmədov00.png
Logo1234.png
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs
4169 7413 0538 5039 (08/22 VISA)
Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Şövkət Sürəyya Aydəmir

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Şövkət Sürəyya
Şövkət Sürəyya Aydəmir
Şövkət Sürəyya
Şövkət Sürəyya Aydəmir.
İlk adı Şövkət Sürəyya
Təxəllüsü Aydəmir
Doğum tarixi 1897(1897-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Ədirnə, Osmanlı İmperiyası
Vəfatı 25 mart 1976 (79 yaşında)
Vəfat yeri Ankara
Atası Mehmet
Anası Şaziylə
Təhsili

Ədirnə rüştiyəsi və müəllim məktəbində (bugünkü Ədirnə Liseyi)

Moskva İqtisadi və İctimai Elmlər Məktəbi (–1923)
Fəaliyyət illəri XX əsr

Şövkət Sürəyya Aydəmir (1897–1976) — tanınmış türk yazıçısı və mütəfəkkiri; iqtisadçı, tarixçi və pedaqoq. 1919-cu ildə Türkiyədən Azərbaycana gələrək iki ilə yaxın müddət ərzində Nuxada müəllimlik etmiş, 1920-ci ilin martında Nuxadan Qarabağa göndərilmiş könüllülər dəstəsinin komandanı olmuş və o zaman bir xalq qəhrəmanı kimi məşhurlaşmışdır; həmin ilin 30 aprel tarixində XI Qızıl Ordunun Nuxaya daxil olmasını da öz gözləri ilə görmüş və bu hadisələrin hamısını daha sonralar öz əsərində ətraflı təsvir etmişdir. O cümlədən, 1920-ci il sentyabrın 1-də Bakıda öz işinə başlayan Şərq xalqlarının I qurultayında Nuxa şəhərindən göndərilmiş nümayəndə kimi iştirak edib. 1932-ci ildə isə Türkiyədə nəşrə başlayan “Kadro” adlı jurnalın yaradıcılarından və Kadro hərakatının rəhbərlərindən də biri olub. Yaşlaşdığı zaman, yazıçılığa başlamış, Türkiyə tarixində əhəmiyyətli rolu olmuş şəxslər barədə kitablar yazmışdır.

Şövkət Sürəyya müxtəlif dövrlərdə fərqli ideologiyaların tərəfdarı olmuşsa da, onun əsas məqsədi Türkiyənin qurtuluşu və irəliləməsi idi. Gəncliyində turancı, 1925 – 1927-ci illər arasında Türkiyə Kommunist Partiyası idarəçisi, 1927-ci ildən sonra isə kamalist rejimin tərəfdarı və qurucusu kimi fəaliyyət göstərib.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

1897-ci ildə Ədirnədə Balkan köçkünü, torpaqsız bir ailənin uşağı kimi anadan olub. Atası Mehmet ağa, vaxtilə, Bolqarıstanın Deliorman adlı yerində torpaq sahibi, varlı bir adam olmuşsa da, sonradan bütün var-dövlətini itirmişdi və Ədirnədə bağbanlıq edirdi. Anası savadlı bir adam olan Şaziylə xanım olub.

Təhsili[redaktə | HTML redaktə]

Oxuyub-yazmağı anasından öyrənib.

Küleli Hərbi Liseyinə daxil olsa da təhsilini yarımçıq buraxıb.

Daha sonra Ədirnə rüştiyəsi və müəllim məktəbində (bugünkü Ədirnə Liseyində) təhsil alıb.

1923-cü ildə Moskvada İqtisadi və İctimai Elmlər Məktəbini bitirib.

Hərbçi fəaliyyəti[redaktə | HTML redaktə]

Birinci dünya müharibəsinin (1914 – 1918) əvvəllərində könüllü olaraq orduya yazılıb, Qafqaz cəbhəsində vuruşub və yaralanıb. Türk ordusunun Qafqaz cəbhəsindən geri çəkilməsindən sonra Ədirnəyə qayıdıb. Ədirnənin yunanlar tərəfindən işğalı zamanı isə yerli müqavimət hərəkatında iştirak edib. Həmçinin, 1920-ci ilin martında Nuxadan Qarabağa göndərilən könüllülər dəstəsinin komandanı olub.

Nuxada fəaliyyəti[redaktə | HTML redaktə]

28 may 1918-ci il tarixdə qurulmuş Azərbaycan Cümhuriyyətində ilk günlərdən təhsilin inkişaf etdirilməsi üçün Türkiyədən müəllim kadrlar istənilmişdir. Türkiyədən Nuxaya göndərilmiş müəllim isə Şövkət Sürəyya olub. O, Nuxaya gələrkən, vaxtilə, mütaliə etdiyi Müfidə Feritin “Aydəmir” adlı turançılığı təbliğ edən romanındakı qəhrəmanın adını – “Aydəmir”i, özünə soyad götürür. Xatirələrində yazdığı kimi

"

O gündən sonra mənim adım Aydəmir oldu. Çünki Turanda idim və mən də bir Aydəmir idim.[1].

"

Şövkət Sürəyya Nuxada yerli ziyalılarla, ilk növbədə tanınmış din xadimi və alim Axund Fərəcullah Pişnamazzadə ilə dostluq əlaqələri qurur. Həmin dövrdə şəhərdəki əsas təhsil müəssisəsi dərslərin rusca aparıldığı Nuxa progimnaziyası idi. Məktəbə Rusiyada universitet bitirmiş Məmməd Əfəndizadə rəhbərlik etsə də iki-üç nəfərdən başqa qalan müəllimlər rus və qeyri millətlərin nümayəndələri idilər. Təhsilin milliləşdirilməsinə ilk növbədə bu progimnaziyadan başlanıldı. Şövkət Sürəyyanın yazdığına görə, ideyanın əsas müəlliflərindən biri kimi ortaya düşdüyündən bir müddət sonra yalnız türk dili, ədəbiyyat və tarix deyil, coğrafiya, hətta həndəsə dərslərini də özü aparmalı olub.

1920-ci ilin martında Qarabağ erməniləri qiyam edirlər. “Qarabağ kimin əlində isə, Kür vadisinə və Azərbaycan düzənliklərinə o yuxarıdan baxa bilər” – deyə bu regionun ölkə üçün strateji əhəmiyyətini dəqiq qiymətləndirən Şövkət Sürəyya, özünün yazdığı kimi, Nuxa könüllülərinin Əsgəran savaşına yollanmalarının təşəbbüskarı olmuş və hərb təcrübəsi olan kiçik zabit kimi onlara rəhbərlik etmişdir.

Bir neçə gün içərisində Nuxadan və kəndlərindən Qarabağın müdafiəsinə getmək istəyən dörd yüzdən çox könüllü toplanır. Dəstəyə rəhbərlik gənc müəllim Aydəmirə həvalə olunur. Şəhər əhalisi adından ona at və mauzer hədiyyə edilir. Bütün bunları o, özü sonradan belə təsvir edir:

"

Ata mindim, dəstənin önünə keçdim. Qaladan çıxıb şəhərin ana küçəsi ilə düzənliyə tərəf enməyə başladıq. Qabaqda uca səslə təkbir edənlər gedirdi. Yolların kənarları, pəncərələr, balkonlar, divarların, ağacların, damların üstü yüzlərlə qışqıran, ağlayan, alqışlayan qadın, kişi, qoca, cavan və uşaqlarla dolmuşdu[1].

"

Qarabağ uğrunda savaşda Nuxa könüllüləri 15 qurban verdilər. Əvəzində isə qələbəni Şuşada bayram etdilər. Şövkət Sürəyya hətta Gövhər ağa məscidinin minbərindən nitq söyləyib.

Şövkət Sürəyya 30 aprel 1920-ci il tarixdə XI Qızıl Ordunun Nuxaya necə daxil olduğunu da öz gözləri ilə görüb:

"

Arıq atların qoşulduğu sınıq-salxaq arabalara qarmaqarışıq şəkildə əşyalar, çadırlar, pulemyotlar yığılmışdı. Atlılarla piyadalar biri-birinə qarışmışdı. Kimin əsgər, kimin zabit, kimin komandan olduğunu təyin etmək mümkün deyildi[2].

"

1920-ci il sentyabrın 1-də Bakıda keçirilən Şərq xalqlarının I qurultayına Nuxadan göndərilmiş nümayəndə kimi iştirak etdi. Bu qurultay onun kommunizmə marağını artırdı. Qurultaydan 10 gün sonra, yenə Bakıda keçirilmiş Türkiyə Kommunist Partiyasının toplantısında da iştirak edən Şövkət Sürəyya, bu ideologiyanı öyrənmək həvəsinin gücü ilə Milli mübarizəyə qatılmaq əvəzinə, Nuxaya dönməyi üstün tutdu.

O, Nuxada Sitarə adlı bir qızı sevirdi. Bu qız Cənubi Azərbaycandan anası ilə gəlib Nuxada məskunlaşmışdı;

"

Sitarə bir sultandı. Könlümün sultanı. İllərcə yuxuma girən, taleyimin aradığı dilbər hər halda o idi... Bəlkə əzəldən bir-birimizə nəsib olmaq üçün yaranmışdıq. Bəlkə də nağıllardakı kimi bir dərviş xəbərimiz olmadan eşq badəsini ikimizə də içirmişdi. Bəlkə dağları, dənizləri qismətimə qovuşmaq üçün aşmışdım? – üstündən otuz il keçəndən sonra dəruni bir duyğu ilə yazılan bu sətirlər Aydəmirin o zamankı hisslərinin ani, ötəri olmadığını bir daha sübuta yetirir[2].

"

Lakin qızı başqa oğlana nişanlayırlar, Şövkət Sürəyyaya isə Nuxanı tərk edib əvvəl Tiflisə, sonra isə Batuma gedir.

Batumda və Moskvada[redaktə | HTML redaktə]

Şövkət Sürəyya Batumda Kommunist partiyasına üzv olur. Sonra orada bir müəllim həmkarının bacısı ilə evlənir və bu evliliyi ömrünün sonuna qədər davam edir. Daha sonra Batumdan Moskvaya gedərək xeyli türk tələbəsinin də təhsil aldığı Şərq Zəhmətkeşləri Kommunist Universitetinə qəbul olundu. İqtisadi və İctimai Elmlər Məktəbində iqtisadçı ixtisası üzrə təhsili alıb. 1923-cü ildə Türkiyəyə geri döndü.

Yenidən Türkiyədə[redaktə | HTML redaktə]

Siyasi fəaliyyəti[redaktə | HTML redaktə]

Türkiyəyə döndükdən sonra “Aydınlıq” jurnalında kommünist fikirləri təbliğ edən məqalələrini dərc etdirməyə başlayır. 1924-cü ildə onun Sədrəddin Cəlal Antel ilə birlikdə hazırladığı Lenin və leninizm adlı kitabı çap olunur. 1925-ci ildə – Türkiyə Kommunist Partiyasının üçüncü qurultayında, partiyanın Mərkəzi Komitəsinin yeddi üzvündən biri seçilir.

Türkiyə Fəhlə və Kəndli partiyasının (türk.: Türkiye İşçi ve Çiftçi Fırkası'nın ) 1 may tarixində “Bütün ölkələrin proletariatı birləşin” yazılı broşüra paylamasına görə həyata keçirilən “1925-ci il həbsləri (türk.: 1925 Tevkifatı)” nəticəsində jurnal qapadılır, Aydəmir isə Ankara İstiqlal Məhkəməsində, o dövrün bir çox kommunistləri ilə birlikdə mühakimə olunur və 10 illik həbs cəzasına məhkum edilir. Şövkət Sürəyyanın partiya yoldaşlarından biri olmuş Nazim Hikmətə isə o vaxt 15 ilik cəza verilir.[3]. Şövkət Sürəyya həbsxanada ikən “Müasir Türkiyənin iqtisadi inkişaf istiqamətləri” adlı növbəti kitabını yazır, lakin bu əsəri çap edilmir. Afyon türməsində ilyarım həbsdə qaldıqdan sonra 29 oktyabr 1927-ci ildə elan edilən ümumi əfv nəticəsində azadlığa buraxılır. “1927-ci il həbsləri” (türk.: 1927 Tevkifatı) zamanı yenidən həbs edilsə də bu dəfə vaxtında bəraət ala bilir və azadlıqda qalır. Bundan sonra kommunizm xəttindən ayrılır və bir növ milliyyətçi kommunizm anlayışını müdafiə etməyə başlasa da Türkiyə üçün ən etibarlı ideyanın kamalizm olması qənaətinə gəlir. Sonra Türkiyə Kommunist partiyasının üzvlüyündən çıxır. Kommunistlər isə əvəzində onu partiyanı polisə satmaqda günahlandırırlar.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1928-ci ildə dövlət məmuru olaraq Ankarada işə başlayır. 1951-ci ilə qədər pedaqoq və iqtisadçı kimi müxtəlif dövlət vəzifələrində çalışıb.

1932-ci ildə Atatürkün təklifi ilə Yaqub Qədri Qaraosmanoğlu ilə birlikdə “Kadro” jurnalını çıxartmağa başlayırlar. Jurnal bağlanıldığı zaman Ankara Ticarət məktəbində müdir olan Aydəmir, bu vəzifəsində 1936-cu ilə qədər çalışmış, sonra 2 il Ankara Bələdiyyəsində iqtisad müdiri, daha sonra isə İqtisadiyyat nazirliyində məmur vəzifəsində işləmiş və İsmət İnönünün etibarını qazanmışdır. Kommunist keçmişi səbəbiylə daima sıxışdırılsa da, uğurları səbəbiylə yüksəlmişdir.

Ədəbi fəaliyyəti[redaktə | HTML redaktə]

1951-cü ildə təqaüdə çıxdıqdan sonra yazıçılığa başlayır.

Öz həyatından bəhs etdiyi “Suyu arayan adam”, Atatürk və İsmət İnönü dövrləri haqqında hər biri 3 cildlik “Tək adam”“İkinci adam” adlı kitabları onu bir yazıçı kimi məşhurlaşdırıb.

Vəfatı[redaktə | HTML redaktə]

25 mart 1976-ci il tarixdə Ankaradakı evində vəfat edib. Ankara bələdiyyə sədrinin əmri ilə tabutu Türkiyə bayrağına sarılı olaraq dəfn edilib. Yaşadığı evin yanından keçən küçəyə isə adı verilib.

Kitabları[redaktə | HTML redaktə]

İstinadlar[redaktə | HTML redaktə]