"Nadir Əhmədov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 51: | Sətir 51: | ||
| mükafatları = {{"Şərəf Nişanı" ordeni}} | | mükafatları = {{"Şərəf Nişanı" ordeni}} | ||
| imzası = | | imzası = | ||
− | | sayt = [http://www.nadir-ahmedov.com/index.html nadir-ahmedov.com] | + | | sayt = [http://www.nadir-ahmedov.com/index.html nadir-ahmedov.com] ([https://web.archive.org/web/20200406103751/http://nadir-ahmedov.com/ arxivləşdirilib]) |
| Commons = | | Commons = | ||
}} | }} |
21:44, 10 may 2020 versiyası
Nadir Əhmədov | |||||||
---|---|---|---|---|---|---|---|
Nadir Əhmədov | |||||||
|
|||||||
|
|||||||
|
|||||||
Doğum tarixi | 1940 | ||||||
Doğum yeri | Aşağı Layısqı, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ | ||||||
Vəfat tarixi | 10 may 2020 | ||||||
Milliyyəti | azərbaycanlı | ||||||
Təhsili | Odessa Rabitə Elektrotexnika İnstitutu | ||||||
Təltifləri | |||||||
nadir-ahmedov.com (arxivləşdirilib) |
Nadir Əhmədov (Əhmədov Nadir Alı oğlu; d. 1940-cı il, Aşağı Layısqı, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ – ö. 10 may 2020-ci il, Bakı, Azərbaycan Respublikası) – Azərbaycan Respublikasının sabiq rabitə naziri (1997 – 2004).
Həyat və fəaliyyəti
1940-cı ildə Nuxa rayonunun Aşağı Laysqı kəndində anadan olub. 1960-cı ildə Bakı Rabitə Texnikumunu, 1965-ci ildə isə Odessa Rabitə Elektrotexnika İnstitutunun Elektrik rabitəsi fakültəsini bitirib. 1968–70-ci illərdə sovet ordusunda xidmət edib. 1960-85-ci illərdə Bakı Telefon şəbəkəsində texnik, mühəndis, sex rəisi, stansiya xidməti rəisi, baş mühəndis, daha sonra rəis işləyib. 1985-ci ildən 1997-ci ilədək rabitə nazirinin müavini, 1997-ci ildən 2004-cü ilədək isə rabitə naziri olub.
Dövlət və ictimai işlərdə xidmətlərinə görə «Şərəf nişanı» ordeni ilə təltif olunmuş, SSRİ Rabitə Nazirliyinin «Rabitə ustası» adına, Respublikanın «Əməkdar rabitəçisi» fəxri adına, MDB Dövlətlərinin Assambleyasında qızıl medal və xüsusi diplomuna layiq görülüb; ABŞ Bioqrafiyalar İnstitutunun dünyada apardığı sorğusuna əsasən «2001-ci ilin adamı» seçilmiş, 2002-ci ildə ABŞ-da aparılan digər sorğuya əsasən «Dünyanın qabaqcıl ziyalısı» tituluna layiq görülmüşdür.
Azərbaycan KİV və Sosial Araşdırma Mərkəzləri tərəfindən 2000-ci ildə «İlin ən işgüzar dövlət məmuru», 2001-ci ildə «İlin ciddi siması», 2002-ci ildə «İlin naziri», 2003-cü ildə «İlin dövlət məmuru» və «Veteranların dostu» adına layiq görülüb. Abşeron rayonunun və Mingəçevir şəhərinin fəxri vətəndaşıdır.
50-dən çox səmərələşdirici təklifin, bir ixtiranın, beş texniki kitabın, çoxsaylı məqalələrin müəllifidir.
1979-87-ci illərdə Bakı şəhər Xalq Deputatları Sovetinə deputat seçilib.
Qarabağ müharibəsi veteranıdır.
Evli idi, 3 övladı və 3 nəvəsi var.