"Veysəl Xəlilov" səhifəsinin versiyaları arasındakı fərqlər
(Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış hərbç...' ilə yarat) |
(Fərqli deyil)
|
03:16, 2 dekabr 2022 versiyası
Veysəl Xəlilov | |
---|---|
Xəlilov Veysəl Əsgər oğlu | |
Anadan olub | 1900 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | 23 may 1962 (62 yaşında) |
Vəfat etdiyi yer | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Uşaqları | Sabir, Həcər |
Vətəndaşlıq | Rusiya İmperiyası→ SSRİ |
Təhsili | Respublika hüquq məktəbi (1949–1952) |
Mükafatları |
Veysəl Xəlilov (1900–1962) — sovet dövründə Azərbaycanın bir sıra rayonlarında milis şöbəsi rəisi vəzifəsində çalışmış şəxs. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müşaviri general-leytenant Əsgər Xəlilovun babasıdır.
Haqqında məlumatlar
1900-cü ildə Nuxada (indiki Şəki) kasıb bir ailədə anadan olub.
Əmək və fəaliyyəti
16 yaşından Nuxadakı ipək fabriklərində fəhlə işləyib.
1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bir müddət milis orqanında çalışıb.
1922 – 1924-cü illərdə orduda xidmət edib.
1924-cü ildən Nuxada milis orqanında yenidən xidmətə başlayıb. Sonra müxtəlif illərdə Azərbaycanın bir sıra rayonlarında, o cümlədən, Göyçay, Şamaxı, Ağdaş, Vartaşen (indiki Oğuz) rayonlarında milis şöbəsi rəisi vəzifəsində çalışıb, daha sonra Daxili İşlər Nazirliyi sistemindən istefaya çıxıb.
İctimai-siyasi aktivliyi
1938-ci ildən Kommunist partiyasının üzvü olub.
Təhsili
1952-ci ildə 3 illik Respublika hüquq məktəbini bitirib.
Təltif və mükafatları
- Lenin ordeni;
- “Qırmızı Əmək Bayrağı” ordeni;
- medallar.
Vəfatı
23 may 1962-ci il tarixdə Nuxada vəfat edib. Vəfatı münasibəti ilə 24 may 1962-ci il tarixli “Nuxa fəhləsi” qəzetində yoldaşlarından bir qrupu adından nekroloq dərc olunub. Nekroloqla yanaşı, eyni səhifədə Nuxa birləşmiş xəstəxanasının işçilərindən bir qrupu həmin xəstəxanada həkim işləyən Ş.Xəlilovaya əmisinin, Nuxa şəhər 7 nömrəli məktəbinin onuncu sinif şagirdləri isə sinif yoldaşları Həcər Xəlilovaya atasının vəfatı münasibəti ilə başsağlığı veriblər.
Ədəbiyyat
- VEYSƏL ƏSGƏR oğlu XƏLİLOV = ВЕЈСӘЛ ӘСҜӘР оғлу ХӘЛИЛОВ // Məhyəddin Abbasov (redaktor) Lenin bayrağı : qəzet. — Nuxa: Kirov adına mətbəə, 1962. — В. 23 may. — № 10. — Səh. 4.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- V
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış hərbçilər
- 1900-cü ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- 23 mayda vəfat edənlər
- Mayda vəfat edənlər
- 1962-ci ildə vəfat edənlər
- Lenin ordeninin kavalerləri
- "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) laureatları
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə