"Əliyar Əmircanov" səhifəsinin versiyaları arasındakı fərqlər
(→Ailəsi) |
(→Ailəsi) |
||
Sətir 84: | Sətir 84: | ||
==Ailəsi== | ==Ailəsi== | ||
[[Fayl:Fərid Əmircanov.jpg|150px|thumb|Əmircanov Fərid Əliyar oğlu.]] | [[Fayl:Fərid Əmircanov.jpg|150px|thumb|Əmircanov Fərid Əliyar oğlu.]] | ||
− | '''Atası:''' Hacı bəy Süleyman bəy oğlu Əmircanov Nuxa rus-tatar ibtidai məktəbinin müəllimi, Bakı 4-cü rus-türk məktəbinin müdiri olub (1907/1908-ci ilədək). Sonra | + | '''Atası:''' Hacı bəy Süleyman bəy oğlu Əmircanov Nuxa rus-tatar ibtidai məktəbinin müəllimi, Bakı 4-cü rus-türk məktəbinin müdiri olub (1907/1908-ci ilədək). Sonra qardaşı Musa bəy Əmircanovun kontorunda hesabdar işləyib (1920-ci ilin mayınadək). |
Bacıları: 1935-ci ildə Leninqradda həbs edilərkən istintaq materiallarında bacıları haqqında aşağıdakı məlumatlar daxil edilib: | Bacıları: 1935-ci ildə Leninqradda həbs edilərkən istintaq materiallarında bacıları haqqında aşağıdakı məlumatlar daxil edilib: |
18:07, 18 may 2020 versiyası
Əliyar Əmircanov | |
---|---|
Əmircanov Əliyar bəy Hacı bəy oğlu | |
Əliyar Əmircanov | |
Əliyar Əmircanov | |
Anadan olub | 17 may 1897 |
Anadan olduğu yer | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | +1945 |
Vəfat etdiyi yer | Zaparojye, Ukrayna SSR, SSRİ |
Təhsili | Bakı kişi realnı məktəbi (1907/1908 – 1915); Moskva Ali Texniki Məktəbi (1915 – 1917, natamam), Berlin Ali Texniki Məktəbi (1922 – 1927) |
Əliyar Əmircanov (Əmircanov Əliyar bəy Hacı bəy oğlu; d. 17 may 1897-ci il, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö. + 1945, Zaparojye, Ukarayna SSR, SSRİ) — Berlin Ali Texniki Məktəbinin məzunu (1922 – 1927), Leninqrad Elmi-Tədqiqat Dizel İnstitutunda avtomobil dizellərinin layihələndirilməsi üzrə mühəndis vəzifəsində işləyib (1932-ci ildən). 1935-ci ildə siyasi ittihamla həbs edilsə də ittiham sübuta yetirilmədiyi üçün həbsdən azad edilib və Leninqradda işinə davam edib; 1945-ci ildən sonra Zaporojyeyə ezamiyyətdə olarkən orada xəstələnib və vəfat edib, orada da dəfn edilib. 1922-ci ildə Berlində təhsil alarkən, Məhəmmədəmin Rəsulzadənin ona məktub yazdığı və onu etibarlı şəxs hesab etdiyi məlumdur[1]. General-polkovnik Tofiq Ağahüseynovun dayısıdır.
Haqqında məlumatlar
1897-ci ildə Nuxada anadan olub.
Təhsili
1907/1908 – 1915-ci ilərdə 1-ci Bakı kişi realnı məktəbində oxuyub.
1915-ci ildə attestatların müsabiqəsi üzrə Petroqrad Politexnik İnstitutunun elektromexanika bölümünə qəbul olunsa da, arzusuna uyğun olaraq Moskva Ali Texniki Məktəbinin mexanika şöbəsində təhsil almağa başlayıb.
1917-ci ilin 7 noyabrında Rusiyada baş vermiş Oktyabr nqilabından sonra təhsilini yarımçıq buraxaraq geri qayıtmağa məcbur olub.
2 avqust 1919-cu ildə Azərbaycan Cümhuriyyəti xalq maarif nazirinin adına məktub yazaraq İsveçrədəki məşhur Sürix Politexnikumunun mexanika bölməsində dövlət hesabına təhsil almasına imkan yaradılmasını xahiş edib.
Azərbaycan Cümhuriyyəti Parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarında isə təhsilini dövlət hesabına davam etdirməsi üçün onun İsveçrəyə yox, Rusiya göndərilməsi məqbul sayılmışdır.
5 noyabr 1919-cu il tarixdə Azərbaycan Cümhuriyyəti xalq maarif nazirinin adına ikinci məktubunu yazaraq Rusiya əvəzinə İsveçrəyə göndərilməsini təkrarən xahiş edib.
25 noyabr 1919-cu il tarixdə Azərbaycan Cümhuriyyəti xalq maarif nazirinin adına yazdığı ərizəsində isə təhsilini Xarkov şəhərində davam etdirməkdən ötrü Rusiyaya getmək üçün ona çatası pulların verilməsini xahiş edib.
29 noyabr 1919-cu il tarixli Azərbaycan Cümhuriyyəti xalq maarif nazirinin təliqəsində göstərilir ki, “Rusiyaya ali təhsilini davam etdirmək üçün getməkdən ötrü tələbə Əliyar bəy Əmircanova 21 min manat yazmağınızı təklif edirəm; həmin məbləğdən 18 min manat bugünkü gündən 6 aylıq dolanışıq üçün və 3 min manat yolpuludur”.
Lakin pulu alsa da həmin vaxt oxumağa gedə bilməyib və Bakıda qalıb.
1922-ci ilin fevral ayında RSFSR XXİK-dan ali təhsilini davam etdirmək məqsədi ilə xaricə getmək üçün rəsmi icazə alıb.
1922 – 1927-ci illərdə Berlin Ali Texniki Məktəbində təhsil alıb. İlk iki ili orada yaşayan dayısı İsmayıl Əlizadənin hesabına yaşayıb və oxuyub. Sonradan isə Azərbaycan SSR Xalq Maarif Komissarlığından təqaüd almağa başlayıb.
İş yerləri
1918-ci ildə qısa müddət ərzində türk hərbçilərinin sürücüsü,
1919-cu ildə Bakıda təcrübəçi tələbə kimi əvvəl 2 ay dəmiryol emalatxanasında, sonra isə avtomobil təmiri emalatxanasında işləyib.
12 aprel 1919-cu il tarixdə Azərbaycan Cümhuriyyəti Ticarət, Sənaye və Ərzaq Nəzarəti dəftərxanasının ümumi şöbə kargüzarının müavini təyin edilib.
1920-ci ilin mart ayında Azərbaycan Cümhuriyyəti Xariciyyə Nəzarətinin ümumi şöbəsində, Azərbaycan sovetləşdikdən sonra isə Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığının Şərq şöbəsində 1921-ci ilədək kargüzar vəzifəsində çalışıb.
1927-ci ilin iyun – dekabr aylarında Almaniyadakı “Yunkers” zavodunda sürətli daxiliyanma mühərrikləri üzrə təcrübəçi-mühəndis,
1928-ci ilin yanvar – sentyabr aylarında XTŞ Azərdövlətmetalsənaye 5-ci zavodunda mühəndis-konstruktor,
1928-ci ilin oktyabr ayından 1932-ci ilin noyabr ayınadək Azərneftin avtomobil təmiri zavoduna mühəndis-konstruktor işləyib.
1932-ci ilin noyabr ayından Leninqrad Elmi-Tədqiqat Dizel İnstitutunun dəvəti ilə Leninqrad şəhərinə köçmüş və həmin institutda avtomobil dizellərinin layihələndirilməsi üzrə mühəndis vəzifəsində işləməyə başlamışdır.
Siyasi ittihamla həbsi
1922-ci ildə Məhəmmədəmin Rəsulzadə Finlandiyada olarkən Sədri Maqsudi Arsala yazdığı məktubunda Əliyar Əmircanovun adını çəkib və onun həmin vaxt Berlində təhsil aldığndan məlumatlı olduğunu, ona məktub yazdığını və ona etibar etdiyini göstərib[1].
6 fevral 1935-ci ildə əks-inqilabçı “Qafqaz-Türk Xalq Partiyası”nın üzvü olması ittihamı ilə Leninqradda həbs edilib.
21 may 1935-ci ildə əks-inqilabi təşkilata mənsub olması ittihamı sübuta yetirilmədiyi üçün həbsdən azad edilib.
Vəfatı
Həbsdən azad edildikdən sonra Leninqradda işinə davam etmişdir.
Zaporojyedə ezamiyyətdə olarkən, orada ağır xəstələnib; Zaporojyedə vəfat etmiş, orada da dəfn edilmişdir.
Ailəsi
Atası: Hacı bəy Süleyman bəy oğlu Əmircanov Nuxa rus-tatar ibtidai məktəbinin müəllimi, Bakı 4-cü rus-türk məktəbinin müdiri olub (1907/1908-ci ilədək). Sonra qardaşı Musa bəy Əmircanovun kontorunda hesabdar işləyib (1920-ci ilin mayınadək).
Bacıları: 1935-ci ildə Leninqradda həbs edilərkən istintaq materiallarında bacıları haqqında aşağıdakı məlumatlar daxil edilib:
- Ağahüseynova Hüsniyyə, 40 yaş, evdar, Bakı şəhəri;
- Əmircanova Hökumə, 33 yaş, Bakı şəhəri, XMK, katibə;
- Dadanova Zivər, 29 yaş, evdar, Bakı şəhəri;
- İbrahimova Cavahir, 27 yaş, Bakı, Azərneft, kimyaçı mühəndis;
- Əmircanova İsmət, 24 yaş, Bakı, teleqrafçı;
- Əmircanova Şövkət, 21 yaş, makinaçı, Bakı.
Həyat yoldaşı: Səkinə.
Oğlu: Fərid; çox gec evlənib, 49 yaşında, evladı olmayıb.
İstifadə edilmiş əsas mənbə
Ədəbiyyat
- Mərdanov M., Tahirzadə Ə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (ensiklopedik soraq kitabı), Bakı, 2018, 479 s.
- Tahirzadə Ə. Azərbaycan Cümhuriyyəti tələbələri: tarixi arayış, bəlgələr, yaşamlar / Ədalət Tahirzadə, Oğuztoğrul Tahirli; red. Ə.M.Quliyev; ön sözün müəl. K.K.Şükürov; Avropa-Azərbaycan Cəmiyyətinin Azərbaycanşünaslıq Araşdırmalar Mərkəzi.- Bakı : TEAS Press, 2016. - 1222 s.
- Tanyeri C. M.E.Resulzade'nin Sadri Maksud Arsal'a Hitaben yazdığı Iki Mektub (türk) // Kardaş Edebiyatlar : rüblük jurnal. — 1995. — № 30. — Səh. 30.
İstinadlar
- ↑ 1,0 1,1 Tanyeri C., 1995, p. 30.