5.692 bayt əlavə edildi
, 07:08, 28 may 2020
[[Kateqoriya:C]][[Kateqoriya:Şəkidən çıxmış alimlər]][[Kateqoriya:Şəkidən çıxmış həkimlər]][[Kateqoriya:Şəkidən çıxmış pedaqoqlar]][[Kateqoriya:Şəkidən çıxmış görkəmli şəxslər]]{{Alim
|Piktoqram = tibb
|Adı = Cəlil Hüseynov
|Orijinal adı = Hüseynov Cəlil Yusif oğlu
|Şəkil = Cəlil Hüseynov.jpg
|Şəklin ölçüsü =
|Şəklin izahı = Cəlil Hüseynov
|Doğum tarixi = {{Doğum tarixi |1896|12|28}}
|Doğum yeri = [[Nuxa]], [[Nuxa qəzası]], Yelizavetpol quberniyası, {{RUSEMP}}
|Vəfat tarixi = {{Vəfat tarixi və yaşı|1975|3|21|1896|12|28}}
|Vəfat yeri = Bakı, {{AzSSR}}, {{SSRİ}}
|Vəfat səbəbi =
|Dəfn yeri =
|Vətəndaşlığı =
|Milliyyəti =
|Həyat yoldaşı =
|Uşağı =
|Atası =
|Anası =
|Elm sahəsi = tibb
|Elmi dərəcəsi = tibb elmləri namizədi
|Elmi adı = akademik
|İş yeri = Azərbaycan Dövlət Tibb İnstitutunda patoloji anatomiya kafedrasının müdiri
|Alma-mater = <!--Qədim təhsil ocaqları-->
|Təhsili = Azərbaycan Dövlət Universiteti, tibb fakültəsi
|Elmi rəhbəri =
|Tanınmış yetirmələri =
|Tanınır = <!--Alimə fəaliyyətinə görə verilən ləqəb-->
|Mühüm layihələri =
|Üzvlüyü =
|Mükafatları = {{"Lenin" ordeni}}{{"Lenin" ordeni}}{{"Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ)}}{{"Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ)}}{{"Şərəf Nişanı" ordeni}}<br/>{{Azərbaycan SSR əməkdar elm xadimi}}
|İmzası =
|Saytı =
|Vikianbar =
}}
'''Cəlil Hüseynov''' (''Hüseynov Cəlil Yusif oğlu''; {{d.}} 28 dekabr 1896-cı il, [[Nuxa]], [[Nuxa qəzası]], Yelizavetpol quberniyası, Rusiya İmperiyası – {{ö.}} 31 avqust 1975-ci il, Bakı, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı alım, Azərbaycan Dövlət Tibb İnstitutunun patoloji anatomiya kafedrasının müdiri (1946 – 1979), Azərbaycan SSR EA-nın həqiqi üzvü (1967-ci ildən).
==Haqqında məlumatlar==
1896-cı ildə Nuxada anadan olub.
1924-cü ildə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsini bitirib.
1924 – 1946-cı illərdə akademik İ.İ.Şirokoqorovun rəhbərlik etdiyi patoloji anatomiya kafedrasında assistent, dosent, 1936-cı ildə doktorluq dissertasiyası müdafiə etdikdən sonra isə professor vəzifəsində çalışıb.
1925-ci ildə “Muğan malyariya ekspedisiyası”nın Cənub-Muğan qrupuna rəhbərlik edib.
1946 – 1979-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun patoloji anatomiya kafedrasının müdiri, eyni zamanda Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş patoloqanatomu olub.
1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1967-ci ildə həqiqi üzvü seçilib.
200-ə yaxın elmi əsərin, monoqrafiya, dərslik və dərs vəsaitinin, o cümlədən, azərbaycan dilində “Ümumi patoloji anatomiya” (1963), “Xüsusi patoloji anatomiya” (1977) dərsliklərinin<ref>“Ümumi patoloji anatomiya” (1963) və “Xüsusi patoloji anatomiya” (1977) dərsliklərinə görə 1979-cu ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb.</ref>, həmçinin, apardığı elmi tədqiqat işlərinin nəticələrinin yekunu kimi “Periferik sinir sisteminin – reseptor və sinapsların patomorfologiyası barədə” (1957) və “Patologiya şəraitində və sinapslarda struktur dəyişikliklər (makro-, mikro- və elektronmikroskopik dəyişikliklər)” (1965) adlı 2 klassik monoqrafiyanın müəllifidir.
İlk dəfə Azərbaycan Dövlət Tibb İnstitutu nəzdində histologiya, mikrobiologiya, patoloji anatomiya fənlərindən Azərbaycan dilində mühazirə və praktik dərslər aparıb.
SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının təklifi ilə histologiya, patoloji anatomiya və patoloji fiziologiya üzrə azərbaycan dilində 2500 termindən ibarət terminoloji lügət tərtib etmişdir. Onun məsləhətçiliyi və rəhbərliyi altında 15 doktorluq, 28 namizədlik dissertasiyası müdafiə olunub. Xarici ölkələrdə təşkil edilən bir sıra beynəlxalq qurultay, konfrans və simpoziumlarda iştirak etmiş, elmi məruzələrlə çıxış etmişdir.
1946-cı ildən Azərbaycan Patoloqlar Cəmiyyətinin sədri, 1971-ci ildən Ümumittifaq Patoloji Anatomiya Cəmiyyətinin fəxri üzvü, 1976-cı ildən Azərbaycan Sovet Ensiklopediyası redaksiya şurasının üzvü olub.
21 mart 1979-cu ildə Bakıda vəfat edib.
===Mükafatları===
1957-ci ildə Azərbaycan SSR Əməkdar elm xadimi fəxri adına layiq görülüb.
Səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 2 dəfə “Lenin” ordeni, 2 dəfə “Qırmızı Əmək Bayrağı” ordeni, “Şərəf nişanı” ordeni və bir sıra medallarla təltif edilib.
== İstinad və qeydlər ==
{{İstinad siyahısı}}
==İstifadə edilmiş mənbələr==
{{cite web |url=http://science.gov.az/forms/skonchavshiesya-deystvitelnyie-chlenyi/3285 |title=Hüseynov Cəlil Yusif oğlu/ Vəfat etmiş həqiqi üzvlər |author=Azərbaycan Milli Elmlər Akademiyası |date= |website= |publisher= |language= |accessdate= |archiveurl =https://web.archive.org/web/20190718162601/http://science.gov.az/forms/skonchavshiesya-deystvitelnyie-chlenyi/3285 |archivedate =28 Mar 2018 - 18 Jul 2019 }}