Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Cəlil Hüseynov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Cəlil Hüseynov
Hüseynov Cəlil Yusif oğlu
Cəlil Hüseynov
Cəlil Hüseynov.
Doğum tarixi 28 dekabr 1896(1896-12-28)[1]
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 21 mart 1979 (82 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Elm sahəsi tibb
İş yeri Azərbaycan Dövlət Tibb İnsti­tutunda patoloji anatomiya kafedra­sının müdiri
Elmi dərəcəsi tibb elmləri doktoru
Elmi adı professor
Təhsili Azər­baycan Dövlət Univer­siteti, tibb fakültəsi (–1924)
Həyat yoldaşı Leyla Adıgözəlova
Evladları Fərid Hüseynov, Gülarə Hüseynova, Ədilə Hüseynova
Üzvlüyü Azərbaycan SSR EA-nın həqiqi üzvü
Mükafatları “Azərbaycan SSR əməkdar elm xadimi” fəxri adı
Lenin ordeniLenin ordeni"Qırmızı Əmək Bayrağı" ordeni"Qırmızı Əmək Bayrağı" ordeni"Şərəf Nişanı" ordeni

Cəlil Hüseynov (1896–1979) — tanınmış sovet patanatomu və Azərbaycanda patoloji anatomiyanın banilərindən biri[2], tibb elmləri doktoru, professor, Azərbaycan SSR EA-nın həqiqi üzvü, Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş patoloq ­anatomu, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnsti­tutunun patoloji anatomiya kafedra­sının müdiri.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

28 dekabr 1896-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1905 – 1907-ci illərdə Nuxa şəhər məktəbində,

1908 – 1918-ci illərdə Tiflisdəki birinci kişi gimnaziyasında,

1919-cu ildə Tiflisdəki ikinci kişi gimnaziyasında təhsil alıb.

1924-cü ildə Azər­baycan Dövlət Univer­sitetinin tibb fakültəsini bitirib.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1923 – 1924-cü illərdə Bakıda fəhlə fakültəsində dərs deyib.

1924 – 1925-ci illərdə “Muğan malyariya ekspedisi­ya­sı”nın Cənub – Muğan qrupuna rəhbərlik etməklə yanaşı, Azər­baycan Dövlət Univer­sitetinin patoloji anatomiya kafedrasında prozektor,

1926 – 1930-cu illərdə assistent,

1930 – 1935-ci illərdə dosent,

1936 – 1946-cı illərdə isə professor vəzifə­sində çalışıb.

1946 – 1979-cu illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnsti­tutunun patoloji anatomiya kafedra­sının müdiri, eyni zamanda Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş patoloq ­anatomu olub.

İkinci iş yerləri[redaktə | HTML redaktə]

1926 – 1935-cu illərdə Bakıdakı Semaşko adına klinik xəstəxanada, diş həkimliyi və veterianarlıq texnikumlarında, tibb müəssisələrində, histologiya və mikrobiologiyadan dərs deyib.

1941 – 1945-ci illərdə, Böyük Vətən müharibəsi illərində, Azərbaycanda təşkil edilmiş hərbi hospitalların baş patoloji anatomu olub.

Elmi fəaliyyəti[redaktə | HTML redaktə]

1930 – 1935-ci illərdə patoloji anatomiyaya dair azərbaycan dilində üç kitabı çap olunub.

1930-cu ildə dosent elmi adını,

1936-cı ildə isə tibb elmləri doktoru elmi dərəcəsi və professor elmi adını alıb.

1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü,

1967-ci ildə isə həqiqi üzvü seçilib.

200-ə yaxın elmi əsərin, monoqrafiya, dərslik və dərs vəsaitinin, o cümlədən, azərbay­can dilində “Ümumi patoloji anatomiya” (1963), “Xüsusi pato­loji anatomiya” (1977) dərsliklərinin[3], həmçinin, apardığı elmi tədqiqat işlərinin nəticə­lərinin yekunu kimi “Periferik sinir sisteminin – reseptor və sinapsların pato­mor­fologiyası barədə” (1957) və “Patologiya şəraitində və sinapslarda struk­tur dəyişik­liklər (makro-, mikro- və elektron mikroskopik dəyişikliklər)” (1965) adlı 2 klassik monoqrafiyanın müəllifidir.

İlk dəfə Azərbaycan Dövlət Tibb İnstitutu nəz­dində his­tologiya, mikrobiologiya, patoloji anatomiya fənlərindən Azər­bay­can dilində mü­hazirə və praktik dərslər aparıb.

SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının təklifi ilə histologiya, patoloji anatomiya və patoloji fiziologiya üzrə azərbaycan dilində 2500 termindən ibarət terminoloji lüğət tərtib etmişdir. Onun məsləhətçiliyi və rəhbərliyi altında 15 doktorluq, 28 namizədlik dissertasiyası müdafiə olunub. Xarici ölkələrdə təşkil edilən bir sıra beynəlxalq qurultay, konfrans və simpoziumlarda iştirak etmiş, elmi məru­zə­lərlə çıxış etmişdir.

Elmi-ictimai aktivliyi[redaktə | HTML redaktə]

1946-cı ildən Azərbaycan Patoloqlar Cəmiyyətinin sədri,

1971-ci ildən Ümumittifaq Patoloji Anatomiya Cəmiyyətinin fəxri üzvü,

1976-cı ildən Azər­baycan Sovet Ensiklopediyası elmi redaksiya şurasının üzvü olub.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

Vəfatı[redaktə | HTML redaktə]

21 mart 1979-cu il tarixdə – 82 yaşında, Bakıda vəfat edib.

Xatirəsi[redaktə | HTML redaktə]

Şəkidə adına küçə var.

Ailəsi[redaktə | HTML redaktə]

Həyat yoldaşı: Leyla Adıgözəlova, həkim-terapevt;

Oğlu: Fərid Hüseynov, mühəndis-elektronik;

Qızları: Gülarə Hüseynova – tibb elmləri namizədi, dosent, patomorfoloq elektronomikroskopist; Ədilə Hüseynova – fizik, Moskva Dövlət Universitetinin məzunu.

Nəvələri: Elmira Nəcəfova – həkim-psixoterapevt; Murad Hüseynov – pianist musiqiçi, Azərbaycan respublikasının əməkdar artisti; FuadFərhad Hüseynovlar – musiqiçi və damaçı; Zaur Hüseynov – mühəndis; Leyla Məmmədova – kafedra dosenti.

İstinad və qeydlər[redaktə | HTML redaktə]

  1. ASE-də və Ənvər Metenin “O torpağın övladları” kitabında 20 dekabr, AMEA saytının “Vəfat etmiş həqiqi üzvlər/Hüseynov Cəlil Yusif oğlu” səhifəsində 28 dekabr.
  2. ASE, 1987, s. 290.
  3. “Ümumi patoloji anatomiya” (1963) və “Xüsusi pato­loji anatomiya” (1977) dərsliklərinə görə 1979-cu ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Hüseynov // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X  cild. — Səhifələrin sayı:  610. — Səh.: 290. — 80.000 nüsx.
  2. Məmmədov Ə., Xalıqov F. Hüseynov Cəlil // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 244-245. — 1.000 nüsx.
  3. Mete Ə. Akademik Cəlil Hüseynov // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 333-335. — 500 nüsx.
  4. Azərbaycan Milli Elmlər Akademiyası. "Vəfat etmiş həqiqi üzvlər/Hüseynov Cəlil Yusif oğlu". http://science.gov.az (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 28 Mar 2018 – 18 Jul 2019 tarixində arxivləşdirilib.