"Məmməd Çələbiyev" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 74: Sətir 74:
  
 
==İstifadə edilmiş mənbə==
 
==İstifadə edilmiş mənbə==
{{ŞAZ|Çələbiyev Məmməd Musa oğlu|101}}
+
*{{ŞAZ|Çələbiyev Məmməd Musa oğlu|101}}
 +
{{Yaxşı məqalə}}

04:18, 29 may 2020 versiyası

Məmməd Çələbiyev
Çələbiyev Məmməd Musa oğlu
Məmməd Çələbiyev
Məmməd Çələbiyev, 1970
Təxəllüsü Şəkili
Doğum tarixi 1 aprel 1923(1923-04-01)
Doğum yeri İnçə, Nuxa qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR
Vəfatı 3 avqust 1987 (64 yaşında)
Vəfat yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ

Məmməd Çələbiyev (Çələbiyev Məmməd Musa oğlu; d.  1 aprel 1923-cü il, Nuxa, Nuxa qəzası, Azərbaycan SSR, ZSFSR – ö.  3 avqust 1987-ci il, Şəki, Azərbaycan SSR, SSRİ) - azərbaycanlı yazıçı, 4 bədii kitabın müəllifidir, qələmə aldığı dram əsərləri Şəki Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulmuşdur.

Haqqında məlumatlar

1923-cü ildə nuxa qəzasının inçə kəndində anadan olub.

1930 – 1937-ci illərdə İnçə kənd məktəbində,

1937 – 1940-cı illərdə Nuxa Pedaqoji texnikumunda təhsil alıb.

1940-cı ilin 8 martından Nuxa rayonunun Aşağı Şabalıd,

1940-cı ilin sentyabrından 1941-ci ilin 22 dekabrına qədər isə İnçə-Zunud 7 illik kənd məktəbində müdir və müəllim işləyib.

1941-ci ilin 22 dekabrında cəbhəyə cedib.

Stalino, Makivka, Cənubi Ukrayna cəbhələrində vuruşmuş, ağır yaralanaraq 1942-ildə ordudan təxris olunmuşdur.

1943-cü ilin yanvar ayından 1961-ci ilin oktyabr ayına qədər Nuxa rayonunun bir sıra məktəblərində müəllim, müdir müavini və director vəzifəsində işləyib.

1952 – 1956-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda, azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə qiyabi təhsil alıb.

1961 – 1972-ci illərdə “Şəki fəhləsi” qəzetinin redaksiyasında,

1972 – 1974 -ci illərdə Şəki Pedaqoji Texnikumunda işləyib.

1971-ci ilin noyabrından ömrünün sonuna – 1987 ci ilin avqust ayının 3-ə qədər Şəki Musiqi Texnikumunda müəllim işləyib.

Yaradıcılığı

1956-ci ildən ədəbi yaradıcılıqla məşğul olub. Əsərləri “Azərbaycan” jurnalında və digər respublika və rayon qəzetlərində çap edilib. Qələmə aldığı dram əsərləri Şəki Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulub.

Kitabları

  • Bir yay günü;
  • Zoğal ağacları;
  • Haronnaya gəlin gəlir;
  • Təmkin.

İstifadə edilmiş mənbə

Şablon:Yaxşı məqalə