1979-cu ildə İranda islam inqilabının baş verməsindən sonra T.Musəvi İrana qayıdıb. Amma ailəsini İrana aparmayıb, özü tək gedib. 1981-ci ildə, Bakıda qalmış 1929-cu il təvəllüdlü həyat yoldaşı Tuğra Məmməd qızı Musəvinin ölümcül xəstə olması xəbərini alıb və Bakıya geri dönüb. Həyat yoldaşını ölümün pəncəsindən xilas etmək mümkün olmayıb, o, 52 yaşında Bakıda vəfat edib. T.Musəvi bundan sonra yenidən İrana qayıdıb. Lakin daha orada çox yaşaya bilməyib. Siyasi təqiblərə məruz qalıb. 1982-ci ildə dostlarının köməyi ilə Əfqanıstan tərəfdən SSRİ-yə qaçırılıb və bundan sonra yenidən Bakıda yaşamağa başlayıb. 1994-cü ildə insult keçirdikdən sonra isə İsveçin Lund şəhərində yaşayan qızı Azərin yanına gedib və ömrünün sonunadək onun yanında qalıb. | 1979-cu ildə İranda islam inqilabının baş verməsindən sonra T.Musəvi İrana qayıdıb. Amma ailəsini İrana aparmayıb, özü tək gedib. 1981-ci ildə, Bakıda qalmış 1929-cu il təvəllüdlü həyat yoldaşı Tuğra Məmməd qızı Musəvinin ölümcül xəstə olması xəbərini alıb və Bakıya geri dönüb. Həyat yoldaşını ölümün pəncəsindən xilas etmək mümkün olmayıb, o, 52 yaşında Bakıda vəfat edib. T.Musəvi bundan sonra yenidən İrana qayıdıb. Lakin daha orada çox yaşaya bilməyib. Siyasi təqiblərə məruz qalıb. 1982-ci ildə dostlarının köməyi ilə Əfqanıstan tərəfdən SSRİ-yə qaçırılıb və bundan sonra yenidən Bakıda yaşamağa başlayıb. 1994-cü ildə insult keçirdikdən sonra isə İsveçin Lund şəhərində yaşayan qızı Azərin yanına gedib və ömrünün sonunadək onun yanında qalıb. |