Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

"Ülviyyə Mahmudova" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 37: Sətir 37:
 
  |Mükafatları            =  
 
  |Mükafatları            =  
 
  |İmzası                  =  
 
  |İmzası                  =  
  |Adının digər versiyası  = <!--Burada şəxsin ad və familiyasının digər yazılış formaları göstərilməlidir; Məsələn, şəxsin adı ''Məmməd Əliyev''dirsə, bura '''Memmed Eliyev''', Mammad Aliyev və s. bu kimi adlar yazmaq olar. Çünki internetdə axtarış edilərkən, çox vaxt ingilis əlifbasında olmayan hərflərin (ə, ü, ö və s.) əvəzinə başqa hərflər yazılır  --> Ulviyye Mahmudova, Ulviyya Mahmudova, Ульвие Махмудова, Ульвия Махмудова, Үлвијјә Маһмудова
+
  |Adının digər versiyası  = <!--Burada şəxsin ad və familiyasının digər yazılış formaları göstərilməlidir; Məsələn, şəxsin adı ''Məmməd Əliyev''dirsə, bura '''Memmed Eliyev''', Mammad Aliyev və s. bu kimi adlar yazmaq olar. Çünki internetdə axtarış edilərkən, çox vaxt ingilis əlifbasında olmayan hərflərin (ə, ü, ö və s.) əvəzinə başqa hərflər yazılır  --> Ulviyye Mahmudova, Ulviyya Mahmudova, Ульвие Махмудова, Ульвийе Махмудова, Ульвия Махмудова, Үлвијјә Маһмудова
 
  |Sayt                    = [https://www.facebook.com/timur.ulvi Facebook səhifəsi]
 
  |Sayt                    = [https://www.facebook.com/timur.ulvi Facebook səhifəsi]
 
  |Commons                =  
 
  |Commons                =  

12:38, 5 may 2023 versiyası

Ülviyyə Mahmudova
Mahmudova Ülviyyə Tərlan qızı
Ülviyyə Mahmudova
Ülviyyə Mahmudova.
Doğum tarixi 5 may 1982(1982-05-05)
Doğum yeri Aşağı Göynük, Şəki rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Elm sahəsi biologiya
Elmi dərəcəsi biologiya üzrə fəlsəfə doktoru
Təhsili

 • Bakı Dövlət Universiteti, biologiya fakültəsi, bakalavriat (–2004)

 • Bakı Dövlət Universiteti, biologiya fakültəsi, biofizika kafedrası, magistratura (–2009)

 • Gəncə Dövlət Universiteti, biologiya fakültəsi, botanika kafedrası, dissertantura (–2022)
Adının digər versiyaları Ulviyye Mahmudova, Ulviyya Mahmudova, Ульвие Махмудова, Ульвийе Махмудова, Ульвия Махмудова, Үлвијјә Маһмудова
Facebook səhifəsi

Ülviyyə Mahmudova — pedaqoq-alim, biologiya üzrə fəlsəfə doktoru, Ağdam rayon 71 saylı tam orta məktəbinin direktoru.

Haqqında məlumatlar

5 may 1982-ci il tarixdə Şəki rayonunun Aşağı Göynük kəndində anadan olub.

Təhsili

2000-ci ildə Şəki şəhər fizika–riyaziyyat və humanitar təmayüllü liseyini,

2004-cü ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsinin bakalavriatını,

2009-cı ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsinin biofizika kafedrasının magistraturasını,

2022-ci ildə Gəncə Dövlət Universitetinin biologiya fakültəsinin botanika kafedrasının dissertanturasını bitirib.

Əmək fəaliyyəti

2006-cı ildən Şəki rayonu Köndələn kənd orta məktəbində biologiya, Aşağı Göynük kənd orta məktəbində kimya,

2012-ci ildən Goranboy rayonu Ülfət Məhərrəmov adına Dəyirmanlar kənd tam orta məktəbində biologiya,

2017-ci ildən Bakı şəhərində yerləşən Ağdam rayon 71 saylı köçkün tam orta məktəbində biologiya müəllimi vəzifəsində çalışıb.

15 sentyabr 2019-cu il tarixdən Ağdam rayon 71 saylı tam orta məktəbinin direktorudur.

Elmi fəaliyyəti

2022-ci ilin oktyabr ayında biologiya üzrə fəlsəfə doktorluğu pilləsi üzrə “Gəncə və onun ətrafının çirklənmiş ərazilərinin bitki örtüyünün ekoloji və fitomeliorativ qiymətləndirilməsi” mövzusunda dissertasiya müdafiə edib.

15 elmi məqalənin müəllifidir.

Təltif və mükafatları

  • 2014-ci ildə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Meşələri qoruyaq” mövzusunda Gənc Meşəçilərin respublika müsabiqəsində “Gənc Meşəçilər” adlı layihə ilə qalib olub.
  • 2016-cı ildə Təhsil Nazirliyinin keçirdiyi “Elektron Təhsil” müsabiqəsində Təhsildə Ən Yaxşı İnternet resursları nominasiyası üzrə Diplomla təltif olunub.
  • 2020-ci ildə “Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”ndə ümumi təhsil müəssisələrində şagirdlərin sosial və sağlamlıq layihələrinə cəlb edilməsi üzrə “Həkim gələnə qədər ilk yardım” layihəsi ilə qalib olub.

Ədəbiyyat

  1. (Siyahı) : [arx. 05.05.2023] // Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası. — Müraciət tarixi: 05.05.2023.

Həmçinin, bax: