"Ələkbər Mahmudov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 33: | Sətir 33: | ||
|Commons = | |Commons = | ||
}} | }} | ||
− | '''Ələkbər Mahmudov''' (?–?) — sovetləşmənin ilk | + | '''Ələkbər Mahmudov''' (?–?) — sovetləşmənin ilk illərində [[Nuxa qəzası|Nuxa qəza]] maarif şöbəsinin müdiri olmuş şəxs. |
==Haqında məlumatlar== | ==Haqında məlumatlar== |
01:28, 28 may 2023 versiyası
Ələkbər Mahmudov | |
---|---|
Ələkbər Mahmudov. |
Ələkbər Mahmudov (?–?) — sovetləşmənin ilk illərində Nuxa qəza maarif şöbəsinin müdiri olmuş şəxs.
Haqında məlumatlar
1917-ci ilədək Nuxa məktəblərində fizika və riyaziyyatdan dərs deyib.
1 aprel 1917-ci il tarixdə təsis edilmiş Nuxa Hürriyyəti-Maarif Cəmiyyətinin təşkilatçılarından biri olub.
1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra qəza maarif şöbəsinin müdiri vəzifəsində çalışıb.
1921-ci ildə bir neçə nəfər AK(b)P üzvü ilə birlikdə Xüsusi Şöbə tərəfindən həbs olunub. O zaman partiya özəyinin katibi vəzifəsində çalışan Əbdülmabud Əfəndiyev məktubla Xüsusi Şöbəyə müraciət edərək belə adamlara ehtiyac olduğunu vurğulayıb və onların azad edilməsini xahiş edib. Həbs olunanlar 25 gün sonra azad ediliblər (Əliəkbər Mahmudov nəzarət altında olmaq şərti ilə azad edilib).
1924-cü ildə Nuxada nəşrə başlayan “Bilgi” jurnalının redaktoru olub (bu jurnalın cəmi 3-4 nömrəsi çap edilmişdi). “İnqilab və mədəniyyət”, “Şərq qadını” jurnallarında və “Kommunist” qəzetində xalq maarifinin problemləri ilə bağlı məqalələrli dərc olunub.
Ədəbiyyat
- Əhmədov H., Əfəndiyev S. Yubilyar məktəb və Şəki xalq maarifi inqilablar dövründə // 150 yaşlı Şəki məktəbi = 150 јашлы Шәки мәктәби. — Bakı: Maarif, 1983. — Səhifələrin sayı: 95. — Səh.: 53. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 27 may 2023.
- Tahirzadə Ə., Manaflı H. Unutdurulmuş azman – Əliabbas Qədimov. — Bakı: Apostroff, 2012. — Səhifələrin sayı: 204. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 27 Apr 2021 - 23 May 2022.
.