Lakin Şah Səfi və II Şah Abbasın göstərişlərinə baxmayaraq, Şəki vilayətinin hakim və tiyuldarları Kiş, Nuxu və Şəkərənd kəndlərinin vergiləri hesabına olan gəliri özləri mənimsəyərək Davud bəyə, qardaşına və əmisi oğluna ondan istifadə etmək imkanı verməmişlər. Buna görə də 1646-cı ilin iyun/iyul ayında Məlik Səfiqulu Şirvan bəylərbəyi Xosrov xanın divanına gedərək Şah Səfinin 1633-cü ilin avqust/sentyabr tarixli fərmanını onun nəzərinə çatdırmış və bəylərbəyinin də bu məsələyə dair hökm verməsini xahiş etmişdir. Xosrov xanın hökmündə Kiş, Nuxu və Şəkərənd kəndlərinin gəlirinin Şəki mahalı tiyuldarının sərəncamından çıxarılması və həmin gəlir hesabına olan vəsaitin divan məmurları tərəfindən tiyuldara ödəniləcəyi göstərilmişdir. Bu hökmdə daha Davud bəyin adı çəkilməmiş və hər üç kəndin vergiləri hesabına gəlirin yalnız Səfiquluya və Baydar bəyə bağışlanması qeyd olunmuşdur{{Sfn|6. Kiş, Nuxu, Şəkərənd kəndlərinin tiyul verilməsi haqqında Şirvan bəylərbəyisi Xosrov xanın hökmü|2023|s=86-88}}. | Lakin Şah Səfi və II Şah Abbasın göstərişlərinə baxmayaraq, Şəki vilayətinin hakim və tiyuldarları Kiş, Nuxu və Şəkərənd kəndlərinin vergiləri hesabına olan gəliri özləri mənimsəyərək Davud bəyə, qardaşına və əmisi oğluna ondan istifadə etmək imkanı verməmişlər. Buna görə də 1646-cı ilin iyun/iyul ayında Məlik Səfiqulu Şirvan bəylərbəyi Xosrov xanın divanına gedərək Şah Səfinin 1633-cü ilin avqust/sentyabr tarixli fərmanını onun nəzərinə çatdırmış və bəylərbəyinin də bu məsələyə dair hökm verməsini xahiş etmişdir. Xosrov xanın hökmündə Kiş, Nuxu və Şəkərənd kəndlərinin gəlirinin Şəki mahalı tiyuldarının sərəncamından çıxarılması və həmin gəlir hesabına olan vəsaitin divan məmurları tərəfindən tiyuldara ödəniləcəyi göstərilmişdir. Bu hökmdə daha Davud bəyin adı çəkilməmiş və hər üç kəndin vergiləri hesabına gəlirin yalnız Səfiquluya və Baydar bəyə bağışlanması qeyd olunmuşdur{{Sfn|6. Kiş, Nuxu, Şəkərənd kəndlərinin tiyul verilməsi haqqında Şirvan bəylərbəyisi Xosrov xanın hökmü|2023|s=86-88}}. |