Səfiqulunun bütün Şəki ölkəsinin məliyi olması ilə yanaşı ona Şəkərənd kəndinin illik “malucəhat”ı hesabına 14 tümən 500 dinar məbləğdə soyurğal da ayrılmışdı. O, II Şah Abbasın hakimiyyətinin son dövrlərinədək – təxminən, 15 il, Şəkinin məliyi olduqdan sonra vəzifəsindən götürülmüş, bütün sərvəti və əmlakı Şirvan bəylərbəyisi tərəfindən müsadirə olunmuşdur. II Şah Abbasdan sonra hakimiyyətə gəlmiş II Şah Səfinin (Şah Süleyman) 1671-ci ilin fevral/may ayı tarixli fərmanı ilə vaxtilə Kiş, Nuxu və Şəkərənd kəndlərinin illik gəlirləri hesabına Davud bəyə, qardaşı Səfiquluya və əmisi oğlu Baydar bəyə ayrılmış üç tümən puldan Baydar bəyin payına düşən hissə əvvəlki kimi yenə də Baydar bəyə bağışlanmış və Baydar bəy vergidən azad olunmuşdur. Lakin Davud bəy və Səfiqulu bəylə bağlı belə bir fərman verilməmişdir{{Sfn|15. Şəki ölkəsi məlikliyi haqqında Şah Sultan Hüseynin fərmanı|2023|s=122-123}}. | Səfiqulunun bütün Şəki ölkəsinin məliyi olması ilə yanaşı ona Şəkərənd kəndinin illik “malucəhat”ı hesabına 14 tümən 500 dinar məbləğdə soyurğal da ayrılmışdı. O, II Şah Abbasın hakimiyyətinin son dövrlərinədək – təxminən, 15 il, Şəkinin məliyi olduqdan sonra vəzifəsindən götürülmüş, bütün sərvəti və əmlakı Şirvan bəylərbəyisi tərəfindən müsadirə olunmuşdur. II Şah Abbasdan sonra hakimiyyətə gəlmiş II Şah Səfinin (Şah Süleyman) 1671-ci ilin fevral/may ayı tarixli fərmanı ilə vaxtilə Kiş, Nuxu və Şəkərənd kəndlərinin illik gəlirləri hesabına Davud bəyə, qardaşı Səfiquluya və əmisi oğlu Baydar bəyə ayrılmış üç tümən puldan Baydar bəyin payına düşən hissə əvvəlki kimi yenə də Baydar bəyə bağışlanmış və Baydar bəy vergidən azad olunmuşdur. Lakin Davud bəy və Səfiqulu bəylə bağlı belə bir fərman verilməmişdir{{Sfn|15. Şəki ölkəsi məlikliyi haqqında Şah Sultan Hüseynin fərmanı|2023|s=122-123}}. |