"Pərvin Muradova-Dilbazi" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 32: | Sətir 32: | ||
==Haqqında məlumatlar== | ==Haqqında məlumatlar== | ||
− | [[Fayl:Pərvin_Muradova-Dilbazi3.jpg|350px|thumb|left|ABŞ-ın Vivian Fang Liu (Kolumbiya Universitetinin magistri – pianoçu ), Həqiqət Məhərrəmova (Atatürk Universitetinin Gözəl sənətlər fakültəsinin professor-doktoru), Pərvin Muradova-Dilbazi, Cahangir Zülfüqarov (bəstəkar – Oqtay Zülfüqarovun oğlu, əməkdar | + | [[Fayl:Pərvin_Muradova-Dilbazi3.jpg|350px|thumb|left|ABŞ-ın Vivian Fang Liu (Kolumbiya Universitetinin magistri – pianoçu ), Həqiqət Məhərrəmova (Atatürk Universitetinin Gözəl sənətlər fakültəsinin professor-doktoru), Pərvin Muradova-Dilbazi, Cahangir Zülfüqarov (bəstəkar – Oqtay Zülfüqarovun oğlu, əməkdar incəsənət xadimi) və digər şəxslər Şəki Pedaqoji Kollecində tələbələrlə və Şəkinin media təmsilçiləri ilə görüşdə, 11 iyul 2018. ]] |
1954-cü ildə Bakıda anadan olub. | 1954-cü ildə Bakıda anadan olub. | ||
22:56, 4 iyun 2020 versiyası
Pərvin Muradova-Dilbazi | |
---|---|
Muradova-Dilbazi Pərvin Cövdət qızı | |
Pərvin Muradova-Dilbazi | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 oktyabr 1954 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ ABŞ |
Peşəsi | Florida Texnologiya Universitetinin fortepiano üzrə professoru |
Atası | Cövdət Hacıyev |
|
|
Musiqi aləti | fortepiano |
Pərvin Muradova-Dilbazi (Muradova-Dilbazi Pərvin Cövdət qızı; d. 6 oktyabr 1954-cü il, Bakı, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı pianoçu, ABŞ Musiqiçiləri Gildiyasının üzvü, Florida Universitetində fortepiano professoru, Florida ştatının “Azərbaycan – Amerika Mədəniyyəti Cəmiyyəti”nin mədəniyyət işləri üzrə direktoru, xeyriyyəçi[1][2].
Haqqında məlumatlar
1954-cü ildə Bakıda anadan olub.
1972-ci ildə Bülbül adına orta ixtisas məktəbini bitirib. Eyni zamanda Bakı Xoreoqrafiya Məktəbində təhsil alıb.
1972 – 1977-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında fortopiano ifaçısı və müəllimi ixtisasına yiyələnib.
1977 – 1981-ci illərdə indiki Sumqayıt Musiqi Məktəbində fortopianodan dərs deyib.
1981 – 1990-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasında müəllim işləyib.
1990-cı ildə ailəsi ilə birlikdə Amerika Birləşmiş Ştatlarına köçüblər. Elə o vaxtdan da fərdi musiqi dərsləri keçməyə başlayıb.
1994 – 1995-ci illərdə Melburndakı icma kolleclərindən birində oxuyaraq ingilis dili biliklərini artırıb.
1995-ci ildə “Muradov Piano Studio” təsis edib. Bir müddət yaratdığı studiyada fərdi piano dərsləri keçib.
1996 – 1998-ci illərdə orta məktəb şagirdlərinə xarici dil kimi rus dilini tədris edib (müəllimlərin ali attestasiya müsabiqəsindən yüksək balla keçdiyindən ABŞ-ın hər yerində müəllim işləmək hüququ əldə etmişdir).
2013-cü ildə Florida Texnologiya Universitetinə dəvət olunub və orada fortepiano kafedrasını yaradıb.
2018-ci ildə atası Cövdət Hacıyevin yubiley tədbirlərində iştirak etmək üçün Azərbaycana gəlmiş, o cümlədən ata yurdu Şəkini də ziyarət etmişdir[3].
Xeyriyyəçilik fəaliyyəti
ABŞ-ın bir sıra ştatlarında, o cümlədən, İsveç, İspaniya, Almaniya, İngiltərə və Avstriyada xeyriyyə konsertləri verib. Əldə olunan vəsaiti autizmdən əziyyət çəkən uşaqların müalicəsinə yönəldib.
2017-ci ildə “Musiqi, Təhsil və Autizm Fondu”nu təsis edib. Bu fondun xətti ilə bir sıra xeyriyyə işlərinin həyata keçirib. 2018-ci ildə Nyu-Yorkda Azərbaycan bəstəkarlarının musiqi əsərlərindən ibarət beynəlxalq müsabiqə təşkil edib. Bu tədbirdə sağlamlığı məhdud imkanlı uşaqlar da iştirak ediblər. 2017-ci ildə Londonda atası Cövdət Hacıyevin əsərlərindən ibarət ingilis dilində kitab nəşr etdirib və həmin il orada konsert verib.
Xeyriyyə işlərinə görə adı 1999 – 2000-ci illər üzrə ABŞ-da dərc olunmuş məşhur “Kim kimdir?” kitabına salınıb.
Ailəsi
- Atası – Cövdət Hacıyev, Azərbaycan bəstəkarı, Azərbaycan Dövlət Konservatoriyasının rektoru və professoru, Azərbaycan SSR xalq artisti, Azərbaycan SSR əməkdar incəsənət xadimi.
- Anası – Əminə Dilbazi, məşhur azərbaycanlı rəqqasə, baletmeyster və pedaqoq, Azərbaycan SSR xalq artisti.
Evlidir, 2 övladı var.
İstinadlar
- ↑ Cövdət Hacıyevin yubiley tədbirlərinə Vyana Konservatoriyası da qoşulub (“Mədəniyyət” qəzeti)
- ↑ Cövdət Hacıyevlə Əminə Dilbazinin ABŞ-da yaşayan canlı əsəri - Pərvin Muradova- Dilbazi (Modern.az)
- ↑ Cövdət Hacıyevin qızı Pərvin Muradova-Dilbazi ata yurdunu - Şəkini, ziyarət etdi, tələbələrlə görüşdü ("İpəkçi" qəzeti)