Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.

"Əhməd Nəbiyev" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 58: Sətir 58:
  
 
1946 – 1957-ci illərdə Bakı şəhər 44 №-li orta məktəbində müəllim işləyib<ref name=Q1 group=qeyd/>.
 
1946 – 1957-ci illərdə Bakı şəhər 44 №-li orta məktəbində müəllim işləyib<ref name=Q1 group=qeyd/>.
 +
 +
1957-ci ildə – 72 yaşıbda, təqaüdə çıxıb.
  
 
===Elmi fəaliyyəti===
 
===Elmi fəaliyyəti===

20:20, 11 noyabr 2023 versiyası

Əhməd Nəbiyev
Nəbiyev Əhməd Əbdürrəhim oğlu
Əhməd Nəbiyev
Əhməd Nəbiyev, 1924-cü il.
Doğum tarixi 1 iyul 1885(1885-07-01)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi +1970
Təhsili Qori seminariyasını, müəllimlik ixtisası (–1911)
Həyat yoldaşı Maral Əfəndiyeva-Nəbiyeva
Evladları İzzət və Rüxsarə
Mükafatları Lenin ordeni  — 1949

Əhməd Nəbiyev (1885–+1970) — tanınmış maarifçi, maarif tədqiqatçısı, pedaqoq və etnoqraf.

Haqqında məlumatlar

1 iyul 1885-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1893 – 1899-cu illərdə Nuxada altıillik üsuli-cədid məktəbində təhsil alıb.

1899 – 1901-ci illərdə rus dili üzrə fərdi hazırlaşıb.

1901 – 1908-ci illərdə Bakıda Mixailovski məktəbində təhsil alıb.

1911-ci ildə Qori seminariyasını bitirib.

Əmək fəaliyyəti

1911 – 1913-cü illərdə həyat yoldaşı Maral Əfəndiyeva-Nəbiyeva ilə birlikdə Karyagin qəzasının Qarğabazar kənd məktəbində,

1913 – 1919-cü illərdə Nuxa məktəblərində,

1920 – 1925-ci illərdə Nuxa qız semiariyasında,

1946 – 1957-ci illərdə Bakı şəhər 44 №-li orta məktəbində müəllim işləyib[qeyd 1].

1957-ci ildə – 72 yaşıbda, təqaüdə çıxıb.

Elmi fəaliyyəti

Şəkidə təhsilin tarixi haqqında məqalələri çap olunub. Şəki haqqında təxminən, 1000 dəftər səhifəsi həcmində tarixi-etnoqrafik yazıları olsa da, lakin bunlar heç vaxt çap olunmayıb.

Təltif və mükafatları

Vəfatı

1970-ci ildə hayatda idi. Vəfat etdiyi il məlum deyil.

Ailəsi

Atası Əbdürrəhim Mahmud oğlu (1843–1927) zərgər idi. Anası isə savadsız bir qadın olub.

Rəşid bəy Əfəndiyevin qızı Maral Əfəndiyeva-Nəbiyeva (1889-1967) ilə evlənmişdir. O da tanınmış pedaqoq idi. Oğulları İzzət Nəbiyev texnika elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar elm və texnika xadimi, SSRİ Dövlət mükafatı laureatı olmuşdur. Qızları Rüxsarə 1942-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini bitirdikrən sonra təyinatla V.İ.Lenin adına Nuxa İpək Kombinatına iqtisadçı işləməyə göndərilmişdi.

Qeydlər

  1. Əhməd Nəbiyev 7 aprel 1964-cü il tarixdə öz əli ilə qələmə aldığı tərcümeyi halında 1925 – 1946-cı ildərdə harada və hansı vəzisədə işləməsi barədə məlumat vermir. Yalnız qeyd edir ki, 1943 – 1946-cü illərdə əvvəl iki il Qurtqaşendə (indiki Qəbələ), sonra isə Nuxada yaşamış, 1946-cı ilin yanvar ayında yenidən Bakıya köçüb və Bakı şəhər 44 №-li orta məktəbində müəllim təyin olunub.

Ədəbiyyat

  1. Əhməd Nəbiyevin qələmə aldığı Şəki haqqında tarixi-etnoqrafik materiallar (əlyazma). — Müraciət tarixi: 11.11.2023.