Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Əhməd Nəbiyev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Əhməd Nəbiyev
Nəbiyev Əhməd Əbdürrəhim oğlu
Əhməd Nəbiyev
Əhməd Nəbiyev.
Doğum tarixi 1 iyul 1885(1885-07-01)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi +1970
Vəfat yeri Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Təhsili Qori seminariyası, müəllimlik ixtisası (–1911)
Həyat yoldaşı Maral Əfəndiyeva-Nəbiyeva
Uşaqları Rüxsarə və İzzət
Mükafatları Lenin ordeni  — 1949

Əhməd Nəbiyev (1885–+1970) — tanınmış maarifçi, maarif tədqiqatçısı, pedaqoq və etnoqraf.

Haqqında məlumatlar

1 iyul 1885-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1893 – 1899-cu illərdə Nuxada altıillik üsuli-cədid məktəbində təhsil alıb.

1899 – 1901-ci illərdə rus dili üzrə fərdi hazırlaşıb.

1901 – 1908-ci illərdə Bakıda Mixailovski məktəbində təhsil alıb.

1911-ci ildə Qori seminariyasını bitirib.

Əmək fəaliyyəti

1911 – 1913-cü illərdə həyat yoldaşı Maral Əfəndiyeva-Nəbiyeva ilə birlikdə Karyagin qəzasının Qarğabazar kənd məktəbində,

1913 – 1919-cü illərdə Nuxa məktəblərində,

1920 – 1925-ci illərdə Nuxa qız seminariyasında,

1946 – 1957-ci illərdə Bakı şəhər 44 №-li orta məktəbində müəllim işləyib[qeyd 1].

1957-ci ildə – 72 yaşında, təqaüdə çıxıb.

Elmi fəaliyyəti

Şəkidə təhsilin tarixi mövzusunda bir neçə məqaləsi çap olunmuşdur. Lakin Şəki haqqında bir neçə yüz dəftər səhifəsi həcmində qələmə aldığı tarixi-etnoqrafik yazıları isə heç vaxt çap olunmayıb.

Təltif və mükafatları

Vəfatı

1970-ci ildə həyatda idi. Vəfat etdiyi il məlum deyil.

Ailəsi

Atası Əbdürrəhim Mahmud oğlu (1843–1927) zərgər idi. Anası isə savadsız bir qadın olub.

Rəşid bəy Əfəndiyevin qızı Maral Əfəndiyeva-Nəbiyeva (1889-1967) ilə evlənmişdir. O da tanınmış pedaqoq idi. Qızları Rüxsarə 1942-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra təyinatla V.İ.Lenin adına Nuxa İpək Kombinatına iqtisadçı işləməyə göndərilmişdir. Oğulları İzzət Nəbiyev texnika elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar elm və texnika xadimi, SSRİ Dövlət mükafatı laureatı olub.

Ailə fotoşəkilləri[qeyd 2]

Qeydlər

  1. Əhməd Nəbiyev 7 aprel 1964-cü il tarixdə öz əli ilə qələmə aldığı tərcümeyi-halında 1925 – 1946-cı illərdə harada və hansı vəzifədə işləməsi barədə məlumat vermir. Yalnız qeyd edir ki, 1925-ci ildə Bakıya köçmüş, 1943 – 1946-cü illərdə əvvəl iki il Qutqaşendə (indiki Qəbələ), sonra isə Nuxada yaşamış, 1946-cı ilin yanvar ayında yenidən Bakıya qayıtmış və Bakı şəhər 44 №-li orta məktəbində müəllim təyin olunmuşdur.
  2. Fotoşəkillər professor Ədalət Tahirzadə tərəfindən Şəki Ensiklopediyasına təqdim edilib.

Ədəbiyyat

  1. Əhməd Nəbiyevin qələmə aldığı Şəki haqqında tarixi-etnoqrafik materiallar (əlyazma). — Müraciət tarixi: 11.11.2023.