Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb...

"Əfsər Abdullayev" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 68: Sətir 68:
 
==Həmçinin, bax:==
 
==Həmçinin, bax:==
 
(Arbtv.az tərəfindən çıkilmiş “El ağsaqqalı – Əfsər Abdullayev” televiziya filmi. Yanvar-2017-ci il)
 
(Arbtv.az tərəfindən çıkilmiş “El ağsaqqalı – Əfsər Abdullayev” televiziya filmi. Yanvar-2017-ci il)
 +
 
<youtube width="200" height="120">8IG7tAYCd38</youtube>.
 
<youtube width="200" height="120">8IG7tAYCd38</youtube>.
 +
 
==İstifadə edilmiş mənbələr==
 
==İstifadə edilmiş mənbələr==
 
* Qafar Cəfəroğlu, ”Əfsər kişi-Şəkililərin inandığı və güvəndiyi insan”. “Miras” elmi-kütləvi jurnalı. Mart, 2012.
 
* Qafar Cəfəroğlu, ”Əfsər kişi-Şəkililərin inandığı və güvəndiyi insan”. “Miras” elmi-kütləvi jurnalı. Mart, 2012.

18:09, 8 iyun 2020 versiyası

Əfsər Abdullayev
Abdullayev Əfsər Məmməd oğlu
Əfsər Abdullayev
Əfsər Abdullayev, 1990-cı il
Doğum tarixi 17 dekabr 1926(1926-12-17)
Doğum yeri Nuxa, Şəki qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 6 may 2010 (83 yaşında)
Vəfat yeri Şəki, Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

Əfsər Abdullayev (Abdullayev Əfsər Məmməd oğlu; d.  17 dekabr 1926-cı ildə, Nuxa, Şəki qəzası, Azərbabaycan SSR, ZSFSR, SSRİ – ö.  6 may 2010-cu ildə, Şəki, Azərbaycan Respublikası) – dövlət məmuru, Nuxa rayon Kooperativlər İttifaqı İdarə heyətinin sədri, Şəki rayon “Aqrar-sənaye Birliyi”nin təftiş-nəzarət şöbəsinin müdiri, ticarət və kənd təsərrüfatı sahələrində bir sıra digər məsul vəzifələrdə işləmişdir. Ölümündən sonra – 2017-ci ildə ARB Şəki televiziya kanalında “El ağsaqqalı – Əfsər Abdullayev” adlı televiziya filmi nümayiş etdirilib.

Haqqında məlumatlar

1926-cu ildə Nuxada anadan olub.

Nuxa 12 №-li orta məktəbdə və Nuxa İkiillik Müəllimlər İnstitutunda təhsil alıb.

1945 – 1953-cü illərdə Nuxa rayonun kənd məktəblərində və şəhər 11 №-li orta məktəbdə coğrafiya fənnini tədris edib.

1948 – 1953-cü illərdə Azərbaycan Dövlət Universitetində qiyabi təhsil alıb, mühasibat uçotu ixtisasına yiyələnib.

1955 – 1960-cı illərdə Nuxa rayonunun Baltalı, Aşağı Küngüt, ÇapağanBaş Zəyzid kəndlərindəki kolxozlarda mühasib və baş mühasib vəzifələrində çalışıb.

1960-cı ildə Nuxa rayon Kooperativlər İttifaqı müvəkkillər yığıncağında bu qurumun İdarə heyətinin sədri seçilib, 1968-ci ilə qədər həmin vəzifədə işləyib.

1968 – 1977-ci illərdə Qışlaq kənd İstehlak cəmiyyətinin və Şəki rayon İctimai İaşə Birliyinin direktoru olub.

1977 – 2002-ci illərdə Şəki rayon “Aqrar-sənaye Birliyi”/“Aqrokombinat” da mühasib, təftişçi-mühasib və təftiş-nəzarət şöbəsinin müdiri vəzifələrində çalışıb.

2002-ci ildə təqaüdə çıxıb.

2010-cu ildə Şəkidə vəfat edib.

=İctimai fəaliyyəti

Nuxa/Şəki Rayon Xalq Deputatları Sovetinin deputatı olub.

mükafatları

  • “Azərittifaq”ın, “Sentrosoyuz”un və Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin fəxri fərmanları;

“Əla ticarətçi” döş nişanı ( “Sentrosoyuz” un İdarə heyətinin 1966-cı il tarixli qərarı ilə).

Ailəsi

  • Həyat yoldaşı: Abdullayeva Lətifə Mustafa qızı (1949 – 1962-ci illərdə), Abdullayeva Firuzə Məmməd qızı (1962-ci ildən sonra)
  • Övladları: Vaqif, Nəzakət, Rafiq, Nazim, Sevda, Azər.

Həmçinin, bax:

(Arbtv.az tərəfindən çıkilmiş “El ağsaqqalı – Əfsər Abdullayev” televiziya filmi. Yanvar-2017-ci il)

.

İstifadə edilmiş mənbələr

  • Qafar Cəfəroğlu, ”Əfsər kişi-Şəkililərin inandığı və güvəndiyi insan”. “Miras” elmi-kütləvi jurnalı. Mart, 2012.