"Əfsər Abdullayev" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 38: | Sətir 38: | ||
1926-cu ildə Nuxada anadan olub. | 1926-cu ildə Nuxada anadan olub. | ||
− | 1933 – 1943-cü illərdə | + | 1933 – 1943-cü illərdə Nuxadakı 12 №-li orta məktəbdə, |
− | 1943 – 1945-ci illərdə [[Nuxa İkiillik Müəllimlər İnstitutu|Nuxa İkiillik Müəllimlər İnstitutunda]] təhsil alıb. | + | 1943 – 1945-ci illərdə isə [[Nuxa İkiillik Müəllimlər İnstitutu|Nuxa İkiillik Müəllimlər İnstitutunda]] təhsil alıb. |
1945 – 1953-cü illərdə Nuxa rayonun kənd məktəblərində və şəhər 11 №-li orta məktəbində coğrafiya fənnini tədris edib. | 1945 – 1953-cü illərdə Nuxa rayonun kənd məktəblərində və şəhər 11 №-li orta məktəbində coğrafiya fənnini tədris edib. |
18:26, 8 iyun 2020 versiyası
Əfsər Abdullayev | |
---|---|
Abdullayev Əfsər Məmməd oğlu | |
Əfsər Abdullayev, 1990-cı il | |
Anadan olub | 17 dekabr 1926 |
Anadan olduğu yer | Nuxa, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat edib | 6 may 2010 (83 yaşında) |
Vəfat etdiyi yer | Şəki, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili |
|
Əfsər Abdullayev (Abdullayev Əfsər Məmməd oğlu; d. 17 dekabr 1926-cı ildə, Nuxa, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ – ö. 6 may 2010-cu ildə, Şəki, Azərbaycan Respublikası) – dövlət məmuru, Nuxa rayon Kooperativlər İttifaqı İdarə heyətinin sədri, Şəki rayon “Aqrar-sənaye Birliyi”nin təftiş-nəzarət şöbəsinin müdiri, ticarət və kənd təsərrüfatı sahələrində bir sıra digər məsul vəzifələrdə işləmişdir. Ölümündən sonra – 2017-ci ildə, ARB Şəki televiziya kanalında onun həyatından bəhs edən “El ağsaqqalı – Əfsər Abdullayev” adlı televiziya filmi nümayiş etdirilib.
Haqqında məlumatlar
1926-cu ildə Nuxada anadan olub.
1933 – 1943-cü illərdə Nuxadakı 12 №-li orta məktəbdə,
1943 – 1945-ci illərdə isə Nuxa İkiillik Müəllimlər İnstitutunda təhsil alıb.
1945 – 1953-cü illərdə Nuxa rayonun kənd məktəblərində və şəhər 11 №-li orta məktəbində coğrafiya fənnini tədris edib.
1948 – 1953-cü illərdə Azərbaycan Dövlət Universitetində qiyabi təhsil alıb, mühasibat uçotu ixtisasına yiyələnib.
1955 – 1960-cı illərdə Nuxa rayonunun Baltalı, Aşağı Küngüt, Çapağan və Baş Zəyzid kəndlərindəki kolxozlarda mühasib və baş mühasib vəzifələrində çalışıb.
1960 – 1968-ci illərdə Nuxa rayon Kooperativlər İttifaqının İdarə heyətinin sədri olub.
1968 – 1977-ci illərdə Qışlaq kənd İstehlak cəmiyyətinin və Şəki rayon İctimai İaşə Birliyinin direktoru olub.
1977 – 2002-ci illərdə Şəki rayon “Aqrar-sənaye Birliyi”/“Aqrokombinat” da mühasib, təftişçi-mühasib və təftiş-nəzarət şöbəsinin müdiri vəzifələrində çalışıb.
2002-ci ildə təqaüdə çıxıb.
2010-cu ildə Şəkidə vəfat edib.
İctimai fəaliyyəti
Nuxa/Şəki Rayon Xalq Deputatları Sovetinin deputatı olub.
Mükafatları
- “Azərittifaq”ın, “Sentrosoyuz”un və Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin fəxri fərmanları;
“Əla ticarətçi” döş nişanı ( “Sentrosoyuz” un İdarə heyətinin 1966-cı il tarixli qərarı ilə).
Ailəsi
- Həyat yoldaşı: Abdullayeva Lətifə Mustafa qızı (1949 – 1962-ci illərdə), Abdullayeva Firuzə Məmməd qızı (1962-ci ildən sonra)
- Övladları: Vaqif, Nəzakət, Rafiq, Nazim, Sevda, Azər.
Həmçinin, bax:
(“El ağsaqqalı – Əfsər Abdullayev” televiziya filmi. ARB Şəki, yanvar-2017-ci il.)
İstifadə edilmiş mənbələr
- Qafar Cəfəroğlu, ”Əfsər kişi-Şəkililərin inandığı və güvəndiyi insan”. “Miras” elmi-kütləvi jurnalı. Mart, 2012.