"Binyət Abdullayeva" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 60: | Sətir 60: | ||
1994-cü ildə Şəki şəhərində vəfat edib və burada dəfn olunub. | 1994-cü ildə Şəki şəhərində vəfat edib və burada dəfn olunub. | ||
+ | |||
+ | ==İctimai fəaliyyəti== | ||
+ | |||
+ | Azərbaycan Pedaqoji İnstitutunda tələbə Komsomol Komitəsinin büro üzvü,Nuxa şəhər 11 №-li orta məktəbdə və Şəki Pedaqoji Texnikumunda ilk partiya təşkilatının katibi kimi ictimai iş aparıb.Böyük Dəhnə kənd və Nuxa rayon Xalq Deputatları Sovetinin deputatı seçilib. | ||
+ | |||
+ | == Haqqında dərc olunmuş yazılar== |
22:47, 10 iyun 2020 versiyası
Binyət Abdullayeva (Abdullayeva Binyət İbrahimxəlil qızı,d.26 fevral1931-ci il,Nuxa,Azərbaycan SSR,ö.10 fevral1994-cü İl,Şəki,Azərbaycan) -pedaqoq,keçmiş partiya və komsomol fəalı,Azərbaycan LKGİ Nuxa rayon Komitəsinin ikinci katibi (1959-1961),məktəb direktoru və pedaqoji sahədə bir sıra digər vəzifələrdə işləmişdir.
Haqqında məlumatlar
1931-ci ildə Nuxada anadan olub.
1938-1946-cı illərdə Nuxa şəhər 16 №-li ibtidai və 11 №-li orta məktəblərdə oxuyub.
1947-1950-ci illərdə Nuxa Pedaqoji Texnikumunda təhsil alıb və buranı Fərqlənmə diplomu ilə bitirib.
1951-1954 -cü illərdə V.İ.lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU-nun) Azərbaycan dili,məntiq və psixologiya fakultəsində təhsil alıb. 1955-ci ildə Yevlax rayonunun Malbinəsi kəndində təyinatla müəllim kimi əmək fəaliyyətinə başlayıb.
1957-ci ildə iş yeri Nuxa rayonuna dəyişdirilmiş və Daşüz kəndində Uşaq bağçası-körpələr evinə müdir təyin edilib.
1957-1959-cu illərdə Suçma kənd yeddillik məktəbinin direktoru vəzifəsində işləyib.
1959-1961-ci illərdə Nuxa rayon Komsomol Komitəsinin ikinci katibi olub.
1961-1963-cü illərdə şəhər 11 №-li orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi,sonra isə 12 №-li orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini işləyib.
1963-1988-ci illərdə Nuxa/Şəki Pedaqoji Texnikumunda pedaqogika,psixologiya və Uşaq ədəbiyyatı fənlərindən dərs deyib,burada müxtəlif illərdə Pedaqoji kabinetin və Tələbə Elmi Cəmiyyətinin rəhbəri olub.
1988-ci ildə təqaüdə çıxıb.
1994-cü ildə Şəki şəhərində vəfat edib və burada dəfn olunub.
İctimai fəaliyyəti
Azərbaycan Pedaqoji İnstitutunda tələbə Komsomol Komitəsinin büro üzvü,Nuxa şəhər 11 №-li orta məktəbdə və Şəki Pedaqoji Texnikumunda ilk partiya təşkilatının katibi kimi ictimai iş aparıb.Böyük Dəhnə kənd və Nuxa rayon Xalq Deputatları Sovetinin deputatı seçilib.