Binyət Abdullayeva
Binyət Abdullayeva | |
---|---|
Abdullayeva Binyət İbrahimxəlil qızı. | |
Binyət Abdullayeva, 1974-cü il. | |
Anadan olub | 26 fevral 1931 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat edib | 9 fevral 1994 (62 yaşında) |
Vəfat etdiyi yer | Şəki, Azərbaycan |
Həyat yoldaşı | Soltan Abdullayev |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili |
• Nuxa Pedaqoji Texnikumu, ibtidai təhsil şöbəsi (1947–1950) • V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu, azərbaycan dili, məntiq və psixologiya fakültəsi (1951–1954) |
Mükafatları |
Binyət Abdullayeva (1931–1994) — sovet dövründə Şəki rayonunda və Şəki şəhərində tanınmış pedaqoq və tanınmış partiya və komsomol fəalı olmuş şəxs. Müxtəlif illərdə Suçma kənd yeddiillik məktəbinin direktoru, Azərbaycan LKGİ Nuxa rayon Komitəsinin ikinci katibi, Nuxa şəhər 12 №-li orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində və pedaqoji sahədə digər vəzifələrdə çalışmışdır.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
26 fevral 1931-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1938 – 1946-cı illərdə əvvəl Nuxa şəhər 16 №-li ibtidai məktəbində, sonra Nuxa şəhər 11 №-li orta məktəbində,
1947 – 1950-ci illərdə Nuxa Pedaqoji Texnikumunun ibtidai təhsil şöbəsində,
1951 – 1954-cü illərdə isə V.İ.lenin adına Azərbaycan Pedaqoji İnstitutunun azərbaycan dili, məntiq və psixologiya fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1954-cü ildə təyinatla Yevlax rayonunun Malbinəsi kənd məktəbində müəllim,
1955-ci ildə Nuxa rayonunun Daşüz kənd uşaq bağçası-körpələr evininin müdiri,
1955 – 1957-ci illərdə Suçma kənd yeddiillik məktəbinin direktoru,
1957 – 1961-ci illərdə Azərbaycan LKGİ Nuxa rayon Komsomol Komitəsinin ikinci katibi,
1961 – 1963-cü illərdə əvvəl Nuxa şəhər 11 №-li orta məktəbində azərbaycan dili və ədəbiyyatı müəllimi, sonra isə Nuxa şəhər 12 №-li orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
1963 – 1988-ci illərdə Nuxa/Şəki Pedaqoji Texnikumunda pedaqogika, psixologiya və uşaq ədəbiyyatı fənlərindən dərs deyib.
1988-ci ildə əmək təqaüdünə çıxıb.
İctimai aktivliyi[redaktə | HTML redaktə]
Azərbaycan Pedaqoji İnstitutunda tələbə Komsomol Komitəsinin büro üzvü, Nuxa şəhər 11 №-li orta məktəbində və Şəki Pedaqoji Texnikumunda ilk partiya təşkilatının katibi olub. Müxtəlif illərdə Böyük Dəhnə kənd və Nuxa rayon Xalq Deputatları Sovetinin deputatı seçilib. Nuxa/Şəki Pedaqoji Texnikumunda işləyərkən Pedaqoji Kabinetin və Tələbə Elmi Cəmiyyətinin rəhbəri olub.
Ədəbi fəaliyyəti[redaktə | HTML redaktə]
Vaxtaşırı olaraq yerli və respublika mətbuatında kiçik publisistik məqalələrlə çıxış edib. II Dünya Müharibəsi illərində arxa cəbhədə insanların fədakar əməyindən bəhs edən “O illəri xatırlayıram...” xatirə-hekayəsi kitabça şəklində dərc olunub və 1995-ci ildə Şəki yerli radio verilişləri redaksiyası tərəfindən faşizm üzərində Qələbənin ildönümü günlərində radiooçerk şəklində efirdə səsləndirilib.
Təltif və mükafatları[redaktə | HTML redaktə]
- ÜİLKGİ MK-nın, Azərbaycan LKGİ MK-nın, OADKYC Respublika Komitəsinin, Azərbaycan SSR Maarif Nazirliyinin, Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin, Nuxa rayon Xalq Maarif Şöbəsinin, Nuxa/Şəki Pedaqoji Texnikumu rəhbərliyinin fəxri fərman və təşəkkürnamələri;
- “Əmək veteranı” medalı.
Vəfatı[redaktə | HTML redaktə]
9 fevral 1994-cü il tarixdə – 62 yaşında, Şəkidə vəfat edib.
Ailəsi[redaktə | HTML redaktə]
- Həyat yoldaşı:Abdullayev Soltan Məmməd oğlu (d. 1930 – ö. 2002).
- Övladları: Xatirə (vəfat edib), Elxan, Elçin, Cavanşir.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Alxaslı A. Ziyalı qadınlarımız haqqında-Binyət Abdullayeva, “Şəkinin səsi” qəzeti, 3 iyun 1994-cü il;
- Qədirli P. Şam kimi yanan ömür, "Maarifçi" qəzeti, 12 sentyabr 1996-cı il;
- Süleymanov B. Unudulmaz insan, “Şəki təhsili” qəzeti, 27 yanvar 2011-ci il;
- Almaz Qeysər qızı. Nurlu həyat yolu//Mənəviyyatımızın memarları, “Sumqayıt” nəşriyyatı, 2002, səh.49-52;
- Mais Əmrah, Məhsəti Mais qızı, Şəkidə təhsil: tarix, inkişaf yolu, Bakı-2014, səh. 281-282;
- Şükürov R., Orsər R. Abdullayeva Binyət İbrahimxəlil qızı // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı: 310. — Səh.: 195. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710..
- Əmrah M. Binyət Abdullayeva. IV FƏSİL. TEXNİKİ PEŞƏ, ORTA İXTİSAS VƏ ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ // Şəkidə təhsil: tarix, inkişaf yolu. — AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu. — Bakı, 2015. — Səhifələrin sayı: 542. — Səh.: 291.
Həmçinin, bax:[redaktə | HTML redaktə]
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- B
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış pedaqoqlar
- 1931-ci ildə doğulanlar
- 26 fevralda doğulanlar
- Fevralda doğulanlar
- 9 fevralda vəfat edənlər
- Fevralda vəfat edənlər
- 1994-cü ildə vəfat edənlər
- "Əmək veteranı" medalı ilə təltif edilənlər
- Şəxslər (ad sırası ilə)
- “İşıq məbədi” kitabına istinad olunan məqalələr
- “Şəkidə təhsil: tarix, inkişaf yolu” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə