"MediaWiki:Bodbe monastırı" səhifəsinin versiyaları arasındakı fərqlər
(Eyni redaktor tərəfindən edilmiş bir dəyişiklik göstərilmir) | |||
Sətir 1: | Sətir 1: | ||
− | |||
{{GY | {{GY | ||
|Azərbaycanca adı = Bodbe monastırı | |Azərbaycanca adı = Bodbe monastırı | ||
Sətir 75: | Sətir 74: | ||
* [http://bigtrip.by/Article/palomnicheskaya-mekka-gruzii-bodbijskij-monastir/6 Паломническая мекка Грузии - Бодбийский монастырь] | * [http://bigtrip.by/Article/palomnicheskaya-mekka-gruzii-bodbijskij-monastir/6 Паломническая мекка Грузии - Бодбийский монастырь] | ||
− | {{Yoxlanılmış məqalə}} | + | {{Yoxlanılmış köməkçi məqalə}} |
+ | |||
+ | {{Ensiklopedikləşdirilməli köməkçi məqalə}} |
Səhifəsinin 21:32, 2 yanvar 2024 tarixinə olan son halı
GY | |||||
Bodbe monastırı ბოდბის მონასტერი | |||||
Bodbe monastırı | |||||
Ölkə | Gürcüstan | ||||
Bələdiyyə | Siqnaxi | ||||
Koordinatlar | 41/60/66/N/45/93/34/E | ||||
Məzhəb | provoslav | ||||
Yeparxiya | Siqnaxi | ||||
Banisi | Mirian | ||||
Tikinti | IV əsr—XIX əsr | ||||
Xronologiya: IV əsr — Kilsə tikilir
1880-cı il — Müqəddəs Ninanın nəşi saxlanılan kilsə yenidən quruldu 1991-ci il — Fəaliyyəti bərpa olunur | |||||
| |||||
Koordinatlar | 41°36′24″N 45°56′00″E / 41.6066°N 45.9334°E 41°36′24″N 45°56′00″E / 41.6066°N 45.9334°E |
Bodbe monastırı — Gürcüstanın Kaxeti ölkəsindəki Siqnaxi şəhərindən 2 km məsafədə yerləşən provoslav monastırı[1].
Orada Gürcüstanın din marifçisi, apastol səviyyəli müqəddəs Nina dəfn olunub. Nina 347-ci ildə – 35 illik apastol fəaliyyətindən sonra ömrünün 67-ci ilində orada dünyasını dəyişmişdir[1].
Kilsə bayramı 14 yanvar tarixində keçirilir və ənənəvi olaraq bayrama çoxlu zəvvar gəlir[1].
Monastırın tarixi
Müqəddəs Nina ölümündən bir qədər əvvəl getdiyi və bir müddət fəaliyyət göstərdiyi Bodbe adlanan yerdə dəfn olunmuşdur. Az sonra çar Mirianın göstərişi ilə müqəddəs Ninanın qəbri üzərində gürcülərin özlərinə hami və ən müqəddəs hesab etdikləri müqəddəs Georginin şərəfinə kilsə inşa edildi. Kilsənin yaxınlığında isə monastır tikildi.
Sonra monastır xalqın mariflənməsi üçün əsil mədəni mərkəzə və Bodbi yeparxiyasının mərkəzinə çevrildi. Amma ki müqəddəs Nina monastırının əsil çiçəklənmə dövrü XV əsrə təsadüf edir. Bu dövrdə Kaxetiya çarları həmişə monastıra hədiyyələr verirdilər və hətta tacqoyma mərasimləri üçün buranı seçmişdilər.
XVII əsrin əvvəllərində monastır İran şahı I Abbas tərəfindən qarət olundu. XVII əsrin ikinci yarısında ziyarətgahı Kaxeti çarı I Teymuraz bərpa etdi. Bodbedə monastır həyatının yenidən bərpasından sonra ilayiyyat seminariyası açıldı. Bütün Gürcüstan üzrə ən böyük dini kitab kitabxanalarından biri də burada idi. XVIII əsrdən isə monastır kişi monastırına çevrildi.
1811-ci ildə Gürcü Kilsəsinin avtokefallığının ləğv edilməsindən sonra monastır tədricən tənəzzül etməyə başladı. XIX əsrin ikinci yarısında ikona rəssamı Mixail Sabinin monastırın dirçəlməsi istiqamətində xeyli iş gördü. Onun tərəfindən 1880-cı ildə Müqəddəs Ninanın nəşi saxlanılan kilsə yenidən quruldu. 1889-cu ildə isə rus çarı III Aleksandrın ziyarətə gəlməsi zamanı qərara alındı ki, Bodbedə qadın monastırı açılsın. Tezliklə elan olunan qadın monastırına Rusiyadan ilk rahibələr gəldilər, burada əl işləri və rəssamlıq məktəbi açıldı, Bodbedə həyat yenidən dirçəldi.
1924-cü ildə isə Sovet rəhbərliyi monastırı bağlatdırdı, o vaxtdan orada xəstəxana yerləşdi. 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra müqəddəs monastır yenidən yeni həyata başladı.
Monastır bü gün
Müqəddəs Ninanın qəbri üzərində inşa edilmiş ilk kilsə zamanəmizədək gəlib çatmayıb, onun yerində Müqəddəs Qriqori adına kafedral kilsə tikilib. Bu kilsənin cənub tərəfdəki dəhlizində gürcü milli türbəsi – müqəddəs Ninanın qəbri yerləşir. Kilsə həm də Siqnaxi yeparxiyasının mərkəzidir. O üçnefli bazilika şəklibədir, əvvəlcə IX—XI əsrlər arasında inşa olunmuş, sonra zamanəmizədək əhəmiyyətli dərəcədə dəyişikliyə məruz qalmışdır. Aralıda duran üçmərtəbəli zəng qülləsi isə XIX əsrdə ucaldılmışdır.
İstinadlar
- ↑ 1,0 1,1 1,2 Бодбийский монастырь // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). — 1890—1907
Ədəbiyyat
- Бодбийский монастырь // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). — 1890—1907
- Паломническая мекка Грузии - Бодбийский монастырь
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış köməkçi məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
Bu köməkçi məqaləni ensiklopedikləşdirmək lazımdır. |