"Binyət Abdullayeva" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 54: Sətir 54:
 
1959 – 1961-ci illərdə Nuxa rayon Komsomol Komitəsinin ikinci katibi olub.
 
1959 – 1961-ci illərdə Nuxa rayon Komsomol Komitəsinin ikinci katibi olub.
  
1961 – 1963-cü illərdə əvvəl 11 №-li orta məktəbdə azərbaycan dili və ədəbiyyatı müəllimi, sonra isə 12 №-li  orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini işləyib.
+
1961 – 1963-cü illərdə əvvəl 11 №-li orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi, sonra isə 12 №-li  orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini işləyib.
  
1963 – 1988-ci illərdə Nuxa/Şəki Pedaqoji Texnikumunda pedaqogika, psixologiya və uşaq ədəbiyyatı fənlərindən dərs deyib, burada müxtəlif illərdə Pedaqoji Kabinetin və Tələbə Elmi Cəmiyyətinin rəhbəri olub.
 
Sətir 65: Sətir 65:
 
Azərbaycan Pedaqoji İnstitutunda tələbə Komsomol Komitəsinin büro üzvü, Nuxa şəhər 11 №-li orta məktəbdə və Şəki Pedaqoji Texnikumunda ilk partiya təşkilatının katibi kimi ictimai iş aparıb. Böyük Dəhnə kənd və Nuxa rayon Xalq Deputatları Sovetinin deputatı seçilib.
 
Vaxtaşırı olaraq yerli və respublika mətbuatında kiçik publisistik məqalələrlə çıxış edib. II Dünya Müharibəsi illərində arxa cəbhədə insanların fədakar əməyindən bəhs edən “O illəri xatırlayıram” xatirə-hekayəsi kitabça şəklində dərc olunmuş,Şəki yerli radio verilişləri redaksiyası tərəfindən faşizm üzərində Qələbənin ildönümü günlərində 1995-ci ildə efirdə radiooçerk şəklində səsləndirilmişdir.
+
Vaxtaşırı olaraq yerli və respublika mətbuatında kiçik publisistik məqalələrlə çıxış edib. II Dünya Müharibəsi illərində arxa cəbhədə insanların fədakar əməyindən bəhs edən “O illəri xatırlayıram...” xatirə-hekayəsi kitabça şəklində dərc olunmuş,Şəki yerli radio verilişləri redaksiyası tərəfindən faşizm üzərində Qələbənin ildönümü günlərində 1995-ci ildə efirdə radiooçerk şəklində səsləndirilmişdir.
  
===Mükafatları===
 
===Mükafatları===
* ÜİLKGİ MK-nın, Azərbaycan LKGİ MK-nın, Azərbaycan SSR Maarif Nazirliyinin, Azərbaycan SSR Ali və Orta İxtisas Nazirliyinin, Nuxa rayon Xalq Maarif Şöbəsinin, Nuxa/Şəki Pedaqoji Texnikumu rəhbərliyinin fəxri fərman və təşəkkürnamələri.
+
* ÜİLKGİ MK-nın, Azərbaycan LKGİ MK-nın,OADKYC Respublika Komitəsinin, Azərbaycan SSR Maarif Nazirliyinin, Azərbaycan SSR Ali və Orta İxtisas Nazirliyinin, Nuxa rayon Xalq Maarif Şöbəsinin, Nuxa/Şəki Pedaqoji Texnikumu rəhbərliyinin fəxri fərman və təşəkkürnamələri.
 
* "Əmək veteranı" medalı
 
* "Əmək veteranı" medalı
  
07:17, 11 iyun 2020 versiyası

Binyət Abdullayeva
Abdullayeva Binyət İbrahimxəlil qızı
Binyət Abdullayeva
Binyət Abdullayeva,1974-cü il
Anadan olub 26 fevral 1931(1931-02-26)
Anadan olduğu yer Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat edib 10 fevral 1994 (62 yaşında)
Vəfat etdiyi yer Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Həyat yoldaşı Soltan Abdullayev
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili
  • Nuxa Pedaqoji Texnikumu, 1950
  • V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu, 1954
Mükafatları "Əmək veteranı" medalı

Binyət Abdullayeva (Abdullayeva Binyət İbrahimxəlil qızı; d.  26 fevral 1931-ci ildə, Nuxa, Azərbaycan SSR – ö.  10 fevral 1994-cü ildə, Şəki, Azərbaycan Respublikası) – pedaqoq, partiya və komsomol fəalı, Azərbaycan LKGİ Nuxa rayon Komitəsinin ikinci katibi (1959 – 1961), orta məktəb direktoru və pedaqoji sahədə bir sıra digər vəzifələrdə işləmişdir.

Haqqında məlumatlar

1931-ci ildə Nuxada anadan olub.

1938 – 1946-cı illərdə Nuxa şəhər 16 №-li ibtidai və 11 №-li orta məktəblərdə oxuyub.

1947 – 1950-ci illərdə Nuxa Pedaqoji Texnikumunda,

1951 – 1954-cü illərdə isə V.İ.lenin adına Azərbaycan Pedaqoji İnstitutunun azərbaycan dili, məntiq və psixologiya fakültəsində təhsil alıb.

1955-ci ildə təyinatla Yevlax rayonunun Malbinəsi kəndində müəllim kimi əmək fəaliyyətinə başlayıb.

1957-ci ildə iş yeri Nuxa rayonuna dəyişdirilib və Daşüz kəndində uşaq bağçası-körpələr evinə müdir təyin edilib.

1957 – 1959-cu illərdə Suçma kənd yeddiillik məktəbinin direktoru vəzifəsində işləyib.

1959 – 1961-ci illərdə Nuxa rayon Komsomol Komitəsinin ikinci katibi olub.

1961 – 1963-cü illərdə əvvəl 11 №-li orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi, sonra isə 12 №-li orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini işləyib.

1963 – 1988-ci illərdə Nuxa/Şəki Pedaqoji Texnikumunda pedaqogika, psixologiya və uşaq ədəbiyyatı fənlərindən dərs deyib, burada müxtəlif illərdə Pedaqoji Kabinetin və Tələbə Elmi Cəmiyyətinin rəhbəri olub.

1988-ci ildə təqaüdə çıxıb.

1994-cü ildə Şəki şəhərində vəfat edib və burada dəfn olunub.

İctimai fəaliyyəti

Azərbaycan Pedaqoji İnstitutunda tələbə Komsomol Komitəsinin büro üzvü, Nuxa şəhər 11 №-li orta məktəbdə və Şəki Pedaqoji Texnikumunda ilk partiya təşkilatının katibi kimi ictimai iş aparıb. Böyük Dəhnə kənd və Nuxa rayon Xalq Deputatları Sovetinin deputatı seçilib.

Vaxtaşırı olaraq yerli və respublika mətbuatında kiçik publisistik məqalələrlə çıxış edib. II Dünya Müharibəsi illərində arxa cəbhədə insanların fədakar əməyindən bəhs edən “O illəri xatırlayıram...” xatirə-hekayəsi kitabça şəklində dərc olunmuş,Şəki yerli radio verilişləri redaksiyası tərəfindən faşizm üzərində Qələbənin ildönümü günlərində 1995-ci ildə efirdə radiooçerk şəklində səsləndirilmişdir.

Mükafatları

  • ÜİLKGİ MK-nın, Azərbaycan LKGİ MK-nın,OADKYC Respublika Komitəsinin, Azərbaycan SSR Maarif Nazirliyinin, Azərbaycan SSR Ali və Orta İxtisas Nazirliyinin, Nuxa rayon Xalq Maarif Şöbəsinin, Nuxa/Şəki Pedaqoji Texnikumu rəhbərliyinin fəxri fərman və təşəkkürnamələri.
  • "Əmək veteranı" medalı

Ailəsi

Ədəbiyyat

  • Alxaslı A. Ziyalı qadınlarımız haqqında-Binyət Abdullayeva, “Şəkinin səsi” qəzeti, 03 iyun 1994-cü il;
  • Qədirli P. Şam kimi yanan ömür,"Maarifçi" qəzeti, 12 sentyabr 1996-cı il;
  • Süleymanov B. Unudulmaz insan, “Şəki təhsili” qəzeti, 27 yanvar 2011-ci il;
  • Almaz Qeysər qızı. Nurlu həyat yolu//Mənəviyyatımızın memarları, “Sumqayıt” nəşriyyatı, 2002;
  • Mais Əmrah,Məhsəti Mais qızı,Şəkidə Təhsil:tarix,inkişaf yolu,Bakı-1914,səh.281-282
  • Şükürov R., Orsər R. Abdullayeva Binyət İbrahimxəlil qızı // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı:  310. — Səh.: 195. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.

Şablon:Yaxşı məqalə