"Baxşəli Axundov" səhifəsinin versiyaları arasındakı fərqlər
(Səhifəni '{{Şəxs |Adı = Baxşəli Axundov |Orijinal adı = ''Axundov Baxşəli Kazım oğlu'' |Şəkil = Baxşəli əfəndi.jpg |Şəklin ölçüs...' ilə yarat) |
(Fərqli deyil)
|
21:17, 12 iyun 2020 versiyası
Baxşəli Axundov | |
---|---|
Axundov Baxşəli Kazım oğlu | |
Baxşəli Axundov, 1976-cı il | |
Digər adı | Baxşəli əfəndi |
Anadan olub | 1898 |
Anadan olduğu yer | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | 1985 |
Vəfat etdiyi yer | Şəki, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ |
Baxşəli Axundov (Axundov Baxşəli Kazım oğlu; d. 1898-ci ildə, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö. 1985-ci ildə, Şəki, Azərbaycan SSR, SSRİ) –
Haqqında məlumatlar
1895-ci ildə Nuxada anadan olub.
Parisdə (Fransa) tibb təhsili alarkən, ailəsinin xahişi ilə Nuxaya qayıtmış, bundan sonra Parisə geri dönə və təhsilini tamamlaya bilməmişdir. Əvəzində Tehrana (İran) − orada yaşayan qardaşının yanına getmiş, bir müddət İranda müəllimlik etmiş, sonra Nuxaya qayıtmış, qəza firqə komitəsinin katibi, qəza maarif şöbəsinin müdiri, musiqi texnikumunun direktoru vəzifələrində işləmişdir.
Şəkidə diyarşünaslıq muzeyinin, teatrın, musiqi texnikumunun, uşaq musiqi məktəblərinin yaradılmasında çox böyük rolu olub.
Dövrü-mətbuatda müntəzəm olaraq publisistik məqalələrə çıxış etmiş, xalqın maariflənməsinə çaşışmışdır.
İti hafizəsinə, dünyagörüşünə və savadına görə yaşadığı dövrdə “canlı ensiklopediya” adlandırılıb.
Ailəsi
Şəki teatrında ilk dəfə səhnəyə çıxan üç qadından biri olan Anabəyimlə evlənib. Hesab edirdi ki, səhnəyə çıxan qızlardan birini o alarsa, o birilərini də alan olar və evdə qalmazlar.