Bu məqalə Şəki Ensiklopediyasının yaxşı məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Baxşəli Axundov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Baxşəli Axundov
Axundov Baxşəli Kazım oğlu
Baxşəli Axundov
Baxşəli Axundov, 1976-cı il
Digər adı Baxşəli əfəndi
Doğum tarixi 1898(1898-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 1985(1985-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Atası Molla Kazım
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ

Baxşəli Axundov (Axundov Baxşəli Kazım oğlu; d. 1898-ci ildə, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö. 1985-ci ildə, Şəki, Azərbaycan SSR, SSRİ) – Şəkidə teatrın, musiqi texnikumunun, uşaq musiqi məktəblərinin, diyarşünaslıq muzeyinin yaradılmasında çox böyük əməyi olmuş ziyalı. İti hafizəsinə, dünyagörüşünə və savadına görə yaşadığı dövrdə “yeriyən canlı ensiklopediya” da adlandırılıb[1].

Haqqında məlumatlar[redaktə | əsas redaktə]

1898-ci ildə Nuxada anadan olub.

Təhsili[redaktə | əsas redaktə]

İlk təhsilini Nuxada, atasının direktor olduğu məktəbdə alıb. Daha sonra Parisdə (Fransa) natamam tibb təhsili almışdır.

Əmək fəalliyyəti[redaktə | əsas redaktə]

Bir müddət İranda müəllimlik etmiş, sonra Nuxaya qayıtmış, qəza firqə komitəsinin katibi, qəza maarif şöbəsinin müdiri və s. vəzifələr tutmuşdur.

1936-cı ildə Kirovabadda (indiki Gəncə) qəzet redaksiyasında şöbə müdiri idi.

1959 – 1985-ci illərdə, əvvəl Nuxa Musiqi Texnikumunun, sonra isə Rəşid bəy Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyinin direktoru olub.

Həbsi[redaktə | əsas redaktə]

1937 – 1947-ci illərdə repressiyaya məruz qalmış və həbsdə olmuşdur. 1956-cı ildə bəraət alıb[2].

Teatr fəaliyyəti[redaktə | əsas redaktə]

Həmçinin, 1920-ci ildə Nuxada Fəhlə-kəndli klubu nəzdində teatr qrupu təşkil etmişdir. SSRİ Xalq artisti İsmayıl Osmanlı sənət taleyindən söhbətinə həmişə bu sözlərlə başlayardı:

" Cavanlıqda nədənsə həmişə darıxırdım, həmişə narahat idim. Məni ovunduran, mənə təsəlli verə bilən bir iş axtarırdım. Ancaq onun nə olduğunu dərk edə bilmirdim. Bir dəfə Şəkidə klubun yanından keçirdim. Gördüm çalıb-oynayırlar. Orda Mahmud adlı bir oğlan var idi. O, məni apardı kluba. Rəhbərimiz rejissor, artist, həm də müəllim Baxşəli Axundov idi. O vaxtdan, yəni 1921-ci ildən mənim teatr həyatım başlandı[3]. "

Jurnalistlik fəaliyyəti[redaktə | əsas redaktə]

Dövrü-mətbuatda «B.A» (“Kommunist”, “Yeni fikir” 1924 − 1937; “Şəki fəhləsi”, 1925), «Bəka» (“Kommunist”, “Yeni fikir”, “Yeni yol”, “Nuxa fəhləsi”, 1922 − 1937), «Bəxşəli» (“Şəki fəhləsi”, 1925), «Quqkay» (“Molla Nəsrəddin”, 1923), «Kazımlı» (“Yeni fikir”, “Kommunist”, “Kəndçi qəzeti”), «Maqqay» (“Molla Nəsrəddin”, 1925) imzaları ilə[4] müntəzəm olaraq publisistik məqalələrə çıxış etmiş, xalqın maariflənməsinə çalışmışdır.

Vəfatı[redaktə | əsas redaktə]

1985-ci ildə Şəkidə vəfat edib.

İstinadlar[redaktə | əsas redaktə]

  1. ŞGS 2018, s. 182.
  2. OTÖ 2006, s. 111.
  3. Təranə Məhərrəmova 2017.
  4. Məmmədli Q. 1977, s. 21, 24, 25, 34.

Ədəbiyyat[redaktə | əsas redaktə]

  1. Mete Ə. Axundov Baxşəli Kazım oğlu // O torpağın övladları. — Bakı: «Nurlan», 2006. — I  cild. — Səhifələrin sayı:  606. — Səh.: 111 – 112. — 500 nüsx.
  2. Orsər R. Baxşəli Axundov // Şəkidən gələn səslər. — Bakı: «Elm və təhsil», 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 182. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
  3. Məmmədli Q. İmzalar. — təkrar (2010). — «Azərbaycan Dövlət Nəşriyyatı», 1977. — Səh.: 21, 24, 25, 34. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 12 iyun 2020.
  4. Təranə Məhərrəmova (2017). "Epizodik rolların mahir ifaçısı". http://anl.az/ (azərb.). “Kaspi” qəzeti. 12 Jun 2020 tarixində arxivləşdirilib.