Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

"Anar Qaffarov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
(Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış şair v...' ilə yarat)
(Fərqli deyil)

22:03, 4 aprel 2024 versiyası

Anar Qaffarov
Qaffarov Anar Şamil oğlu
Anar Qaffarov
Anar Qaffarov.
Doğum tarixi 8 avqust 1987 (1987-08-08) (37 yaş)
Doğum yeri Kiş, Şəki rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Bakı Slavyan Universiteti, jurnalistika fakültəsi (2005–2009)

 • Xəzər Universiteti, jurnalistika departamenti, beynəlxalq jurnalistika ixtisası, magistratura (2010–2012)
İlk əsəri “Tanrı” hekayəsi (Kulis.az, 2019)

Anar Qaffarov — Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin mərkəzi aparatının inspektoru, həvəskar yazıçı və peşəkar jurnalist.

Haqqında məlumatlar

8 avqust 1987-ci il tarixdə Şəki rayonunun Kiş kəndində anadan olub.

Təhsili

1994 – 1995-ci və 2003 – 2005-cü illərdə Kiş kənd 1 saylı tam orta məktəbində,

1995 – 2003-cü illərdə Nijni Novqorod şəhər (Rusiya Federasiyası) 96 sayli orta məktəbində,

2005 – 2009-cu illərdə Bakı Slavyan Universitetinin jurnalistika fakültəsində,

2010 – 2012-ci illərdə Xəzər Universitetinin jurnalistika departamentinin magistraturasında təhsil alıb.

Hərbi xidmətdə

2009 – 2010-cu illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyəti

2011-ci ildə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə işə qəbul olunub.

2022-ci ildən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin mərkəzi aparatında inspektor vəzifəsində çalışır.

Ədəbi-bədii yaradıcılığı

2019-cu ildən başlamaqla “Kulis.az” və “Sim-sim.az” kimi ədəbiyyat saytlarında hekayələri dərc olunub.

2021-ci ildə “Xocalı soyqırımı xarici ölkələrin mətbuatında” adlı kitabı,

2021-ci ildə “Üçlü bir həyat” adlı kitabı çap olunub.

Ailəsi

2014-cü ildə ailə qurub, ailəlidir, iki qızı var.