Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

"Fərman Musayev" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
(a)
(Fərqli deyil)

18:28, 9 may 2024 versiyası

Fərman Musayev
Musayev Fərman İbrahim oğlu
Fərman Musayev
Anadan olub 9 may 1940(1940-05-09)
Anadan olduğu yer Fazıl, Nuxa (indiki Şəki) rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat edib 29 sentyabr 2003 (63 yaşında)
Təhsili

 • Görçay Kənd Təsərrüfatı Texnikumu, elektrikləşdirmə fakültəsi (1956–1960)

 • Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, (Kirovabad, indiki Gəncə) meyvə-tərəvəz və üzümçülük fakültəsi (1964–1969)

Fərman Musayev (1940–2003) — kənd təsərrüfatı sahəsi üzrə tanınmış mütəxəssis və rəhbər kadr. Şəki rayonunda müxtəlif vaxtlarda kolxoz sədri və sovxoz direktoru vəzifəsində çalışmışdır.

Haqqında məlumatlar

9 may 1940-cı il tarixdə Nuxa rayonunun Fazıl kəndində anadan olub.

Təhsili

1956 – 1960-cı illərdə Görçay Kənd Təsərrüfatı Texnikumunun elektrikləşdirmə fakültəsini,

1964 – 1969-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (Kirovabad, indiki Gəncə) meyvə-tərəvəz və üzümçülük fakültəsində təhsil alıb.

Hərbi xidmətdə

1960 – 1963-cü illərdə hərbi xidmətdə olub.

Əmək fəaliyyəti

1969 – 1973-cü illərdə Cəfərabad kolxozunda aqronom,

1974 – 1988-ci illərdə həmin kolxozu sədri,

1988 – 1996-cı illərdə Şəki Meyvə Tingliyi sovxozunda direktor,

1996 – 2003-cü illərdə Bitkiçilik üzrə mühafizənin rəisi vəzifəsində çalışıb.

Vəfatı

29 sentyabr 2003-cü il tarixdə – 63 yaşında, Şəkidə vəfat edib.