Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

"İftixar Əyyubsoy" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
(Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış alimlə...' ilə yarat)
(Fərqli deyil)

00:19, 19 may 2024 versiyası

İftixar Əyyubsoy
Əyyubsoy İftixar Adil oğlu
İftixar Əyyubsoy
İftixar Əyyubsoy.
Doğum tarixi 4 fevral 1985 (1985-02-04) (39 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Təhsili

 • Bakı Dövlət Universiteti, coğrafiya fakültəsi, bakalavriat (2002–2007)

 • Bakı Dövlət Universiteti, coğrafiya fakültəsi, magistratura, hidrologiya ixtisası (2009–2011).

 • Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Hidrometeorologiya” Elmi Tədqiqat İnstitutu, doktorantura (2011–)
Həyat yoldaşı Əyyubova Billur Famil qızı
Evladları Yusif və Neslihan

İftixar Əyyubsoy — “Azərsu” ASC “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun kanalizasiya və yağış sularının layihələndirilməsi və ekspertizası şöbəsinin mühəndisi və layihə baş mühəndisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Hidrometeorologiya” Elmi Tədqiqat İnstitutunun doktorantı.

Haqqında məlumatlar

4 fevral 1985-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili

1991 – 2002-ci illərdə Şəki şəhər 11 saylı orta məktəbində,

2002 – 2007-ci illərdə Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinin bakalavriatında,

2009 – 2011-ci illərdə həmin fakültənin magistraturasında təhsil alıb.

2011-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Hidrometeorologiya” Elmi Tədqiqat İnstitutunun doktoranturasına qəbul olunub.

Hərbi xidməti

2006 − 2007-ci illərdə hərbi xidmətdə olub.

Elmi fəaliyyəti

“Oğuz-Qəbələ zonasında səth və yeraltı suların qarşılıqlı təsirinin tədqiqi” adlı mövzuda dissertasiya üzərində işləyir. 30-a yaxın elmi məqalənin müəllifidir.

Əmək fəaliyyəti

2007-ci ildə Şəki Regional Hidrometeorologiya Mərkəzində hidroloq vəzifəsinə işə başlayıb.

2010-cu ilin yanvar ayından “Azərsu” ASC-nin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun kanalizasiya və yağış sularının layihələndirilməsi və ekspertizası şöbəsində mühəndis və layihə baş mühəndisi vəzifəsində çalışır.

İctimai-siyasi aktivliyi

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəsi

Bir oğlu və bir qızı var.