"Əbdürəhman Abdullayev" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 39: | Sətir 39: | ||
|Vikianbar = | |Vikianbar = | ||
}} | }} | ||
− | '''Əbdürəhman Abdullayev''' (''Abdullayev Əbdürəhman Məmməd oğlu''; {{d.}} 1914-cü ildə, [[Nuxa]], [[Nuxa qəzası]], Yelizavetpol quberniyası, Rusiya İmperiyası – {{ö.}} 9 iyul 1997-ci ildə, Şəki, Azərbaycan Respublikası) – filologiya elmləri namizədi (1963), Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1990); bir sıra məsul partiya və dövlət vəzifələrində işləmiş, 1970-cı ildən isə Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat Muzeyinin məktəblər şöbəsinin müdiri olmuşdur. [[Rəşid bəy Əfəndiyev|Rəşid bəy Əfəndiyevin]] həyatı və yaradıcılığı haqqında “Görkəmli maarifçi və demokrat yazıçı” (Azərnəşr Elm nəşriyyatı, 1960), “Rəşid bəy Əfəndiyevin dram əsərləri” (Azərnəşr, 1961) və “Maarif pərvanəsi” (Azərbaycan Maarif nəşriyyatı, 1982) kitabları çap olunub, 40-dan artıq elmi məqalənin müəllifidir. “XVIII-XIX əsr Şəki şairləri” kitabı isə ölümündən sonra – 2020-ci ildə nəşrə təqdim edilib. | + | '''Əbdürəhman Abdullayev''' (''Abdullayev Əbdürəhman Məmməd oğlu''; {{d.}} 1914-cü ildə, [[Nuxa]], [[Nuxa qəzası]], Yelizavetpol quberniyası, Rusiya İmperiyası – {{ö.}} 9 iyul 1997-ci ildə, Şəki, Azərbaycan Respublikası) – filologiya elmləri namizədi (1963), Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1990); bir sıra məsul partiya və dövlət vəzifələrində işləmiş, 1970-cı ildən isə Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat Muzeyinin məktəblər şöbəsinin müdiri olmuşdur. [[Rəşid bəy Əfəndiyev|Rəşid bəy Əfəndiyevin]] həyatı və yaradıcılığı haqqında “Görkəmli maarifçi və demokrat yazıçı” (Azərnəşr Elm nəşriyyatı, 1960), “Rəşid bəy Əfəndiyevin dram əsərləri” (Azərnəşr, 1961) və “Maarif pərvanəsi” (Azərbaycan Maarif nəşriyyatı, 1982) kitabları çap olunub, digər mövzularda 40-dan artıq elmi məqalənin müəllifidir. “XVIII-XIX əsr Şəki şairləri” kitabı isə ölümündən sonra – 2020-ci ildə nəşrə təqdim edilib. |
==Haqqında məlumatlar== | ==Haqqında məlumatlar== |
23:13, 15 iyun 2020 versiyası
Əbdürəhman Abdullayev | |
---|---|
Abdullayev Əbdürəhman Məmməd oğlu | |
Əbdürəhman Abdullayev | |
Əbdürəhman Abdullayev, 1976-cı il | |
Doğum tarixi | 1914 |
Doğum yeri | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 9 iyul 1997 (83 yaşında) |
Vəfat yeri | Şəki, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | filologiya |
Elmi dərəcəsi | filologiya elmləri namizədi |
Təhsili |
Nuxa Pedaqoji Məktəbi (? - 1933) V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu (1937 – 1941) |
Evladı | Arif Abdullazadə |
Mükafatları |
Əbdürəhman Abdullayev (Abdullayev Əbdürəhman Məmməd oğlu; d. 1914-cü ildə, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö. 9 iyul 1997-ci ildə, Şəki, Azərbaycan Respublikası) – filologiya elmləri namizədi (1963), Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1990); bir sıra məsul partiya və dövlət vəzifələrində işləmiş, 1970-cı ildən isə Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat Muzeyinin məktəblər şöbəsinin müdiri olmuşdur. Rəşid bəy Əfəndiyevin həyatı və yaradıcılığı haqqında “Görkəmli maarifçi və demokrat yazıçı” (Azərnəşr Elm nəşriyyatı, 1960), “Rəşid bəy Əfəndiyevin dram əsərləri” (Azərnəşr, 1961) və “Maarif pərvanəsi” (Azərbaycan Maarif nəşriyyatı, 1982) kitabları çap olunub, digər mövzularda 40-dan artıq elmi məqalənin müəllifidir. “XVIII-XIX əsr Şəki şairləri” kitabı isə ölümündən sonra – 2020-ci ildə nəşrə təqdim edilib.
Haqqında məlumatlar
1914-cü ildə Nuxada anadan olub.
Təhsili
1933-cü ildə Nuxa Pedaqoji Məktəbini bitirib.
1937 – 1941-ci illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda qiyabi təhsil alıb.
İş yerləri
1933 – 1937-ci illərdə Nuxa rayonunun Bideyiz kənd məktəbində müəllim,
1937 – 1941-ci illərdə Nuxa 11 №-li orta məktəbdə dərs hissə müdiri, 12 saylı məktəbdə direktor,
1941 – 1944-cü illərdə Nuxa rayon Maarif Şöbəsinin müfəttişi və Pedaqoji kabinənin müdiri,
1944 – 1945-ci illərdə Nuxa şəhər Maarif Şöbəsinin müdiri, Azərbaycan SSR Maarif Nazirliyi ibtidai orta məktəblər idarəsinin baş müfəttişi,
1945 – 1947-ci illərdə ildə Nuxada Ümumittifaq əhəmiyyətli məktəb yaşlı oğlanlar evinin direktoru,
1947 – 1950-ci illərdə Azərbaycan KP Şəki şəhər Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri,
1950 – 1957-ci illərdə ildə Azərbaycan siyasi və elmi bilikləri yayan “Bilik” cəmiyyətin Nuxa rayonlararası şöbəsinin məsul katibi,
1957 – 1961-ci illərdə ildə Azərbaycan KP Şəki şəhər Komitəsinin katibi,
1961 – 1963-cü illərdə Azərbaycan Elmlər Akademiyasına kadrlar şöbəsinin rəisi,
1970-cı ildən Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat Muzeyində məktəblər şöbəsinin müdiri vəzifəsində işləyib.
İctimai fəaliyyəti
1938-ci ildən bir neçə dəfə Azərbaycan KP Nuxa şəhər Komitəsi plenumuna üzv və Nuxa şəhər Xalq Deputatları Sovetinə deputat seçilib.
Vəfatı
1997-cı ildə Şəki şəhərində dünyasını dəyişib.
Adının əbədiləşdirilməsi
1999-cü ildə Şəki şəhərindəki 21 saylı orta məktəbə Əbdürəhman Abdullayevin adı verilib.
Mükafatları
- “Qırmızı Əmək Bayrağı” ordeni;
- “Qafqazın müdafiəsi” medalı;
- 1941 – 1945-ci illərdə əməkdə fərqlənməyə görə” medalı;
- “1941 – 1945-ci illər Böyük Vətən müharıbəsində qələbənin 20 illiyi” medalı (1965);
- “1941 – 45-ci illər Böyük Vətən müharıbəsində qələbənin 40 illiyi” medalı (1985);
- “Əmək veteranı” medalı;
- 1974-cü ildə “Azərbaycan SSR qabaqcıl maarif xadimi” nişanı (1974);
- “Azərbaycan SSR Əməkdar Mədəniyyət İşçisi” fəxri adı (1990).
- Ə
- Şəkidən çıxmış alimlər
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1914-cü ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- 9 iyulda vəfat edənlər
- İyulda vəfat edənlər
- 1997-ci ildə vəfat edənlər
- "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) laureatları
- "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Əmək veteranı" medalı ilə təltif edilənlər
- Azərbaycan SSR əməkdar mədəniyyət işçiləri
- Alimlər
- Şəxslər (ad sırası ilə)