Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Arif Abdullazadə

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Arif Abdullazadə
Abdullazadə Arif Əbdürrəhman oğlu
Arif Abdullayev.jpg
Arif Abdullazadə, 1978-ci il.
Doğum tarixi 5 aprel 1940(1940-04-05)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfatı 31 may 2002 (62 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR
Dəfn yeri Şəki,
Atası Əbdürəhman Abdullayev
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
İxtisası filoloq
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi (1956–1961)
İlk əsəri “Arzular” şeirlər kitabı (Bakı: Azərnəşr, 1964, 143 səh.)
Elmi dərəcəsi filologiya elmlər doktoru
Elmi adı professor

Arif Abdullazadə (1940–2002) — ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor, XX əsr Azərbaycan ədəbiyyatının “60-cı illər nəsli”nə mənsub şairlərdən biri, nasir, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin poeziya bölməsinin sədri, AMEA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun XX əsr ədəbiyyatı şöbəsinin müdiri.

Haqqında məlumatlar

5 aprel 1940-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1956-cı ildə Nuxa şəhər 11 №-li orta məktəbini bitirib.

1956 – 1961-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1961 – 1962-ci illərdə Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat Tarixi Muzeyində redaktor-mütəxəssis vəzifəsində işləyib.

1962 – 1966-cı illərdə Azərbaycan SSR EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda kiçik elmi,

1966 – 1977-cı illərdə böyük elmi işçi,

1977 – 1993-cü illərdə aparıcı elmi işçi olub.

1993 – 2002-ci illərdə isə AMEA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun XX əsr ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində çalışıb.

Elmi fəaliyyəti

1966-cı ildə akademik Məmməd Arifin rəhbərliyi ilə “Qafur Qantəmirin həyat və yaradıcılığı” mövzusunda namizədlik dissertasiyasını,

1977-ci ildə “Azərbaycan poeziyasında yaradıcılıq üslubları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

1996-cı ildə professor elmi adını alıb.

XX əsr Azərbaycan ədəbiyyatının müxtəlif janr və sahələri üzrə 6 monoqrafiya, yüzə qədər elmi və publisistik məqalənin müəllifidir.

Çoxcildlik “Azərbaycan ədəbiyyatı tarixi” kitabının V cildinin məsul redaktoru və əsas müəlliflərindən biri olub.

Poeziyanın müxtəlif problemlərinə həsr etdiyi “Novatorluq və üslub” (Bakı, 1976), “Şairlər və yollar” (Bakı, 1984), “Şair Cəfər Cabbarlı” (Bakı, 1989), “Od nə çəkdi” (Bakı, 1999) monoqrafiyaları çap olunub.

Müxtəlif illərdə forum, simpozium, konfrans və sessiyalarda məruzələrlə çıxış edib.

Çoxsaylı namizədlik dissertasiyalarına rəhbərlik edib, doktorluq dissertasiyalarına elmi məsləhətçi olub və opponentlik edib.


Çap olunmuş şeir kitabları
  1. Arzular, Bakı: Azərnəşr, 1964, 143 səh.
  2. Könüllərin dünyası. Bakı: Azərnəşr, 1966, 183 səh.
  3. Hər yerdə, hər zaman. Bakı: Azərnəşr, 1969, 72 səh.
  4. Ana dünyamız. Bakı: Azərnəşr, 1975, 74 səh.
  5. Sevin Azərbaycanı. Bakı: Gənclik, 1979, 104 səh.
  6. Всегда и всюду (Moskva, 1976),
  7. Səninlə sənsiz. Bakı: Yazıçı, 1983, 136 səh.
  8. Свет Абшерона (Mockva, 1986),
  9. Bəxtimizin kitabı. Bakı: Yazıçı, 1988, 240 səh.
  10. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1991, 334 səh.
  11. Ulu Qorqud (1999),
  12. Tövbə duaları. Bakı:Çaşıoğlu, 2003, 357 səh.
Çap olunmuş romanları
  1. Bir ovuc torpaq (roman). Bakı: Gənclik, 1982, 287 səh.
  2. Duyum (roman). Bakı: Gənclik, 1986, 336 səh.
  3. “Sınaq Kürrəsi” (“Azərbaycan” jurnalı, № 3, 4. 2000.),
  4. Qanlı yaddaş. Bakı: Elm və təhsil, 2010, 398 səh.
Çap olunmuş pyesləri
  1. “Evlərin axşamları”
  2. “Aqillər”

Mükafatları

Rəsul Rza adına mükafat, ədəbi-elmi fəaliyyətinə görə.

Vəfatı

31 may 2002-ci il tarixdə – 62 yaşında, Bakıda vəfat edib.

Şəkidə dəfn edilib.

Xatirəsi

2003-cü ildə Şəki şəhər İcra Hakimiyyətinin sərəncamı ilə Şəki şəhərindəki küçələrdən birinə Arif Abdullazadənin adı verilib.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Abdullazadə Arif // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 18. — 1.000 nüsx.
  2. Orsər R. Arif Abdullazadə // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 433-436. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
  3. Abdullazadə Arif Əbdürrəhman oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2009. —I  c. — Səh. 40. — ISBN 978-9952-441-02-4.