"Fətəli xan Xoyski" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 57: | Sətir 57: | ||
|vəfat səbəbi = }} | |vəfat səbəbi = }} | ||
− | '''Fətəli xan Xoyski''' (1875–1919) — görkəmli dövlət xadimi; | + | '''Fətəli xan Xoyski''' (1875–1919) — görkəmli dövlət xadimi; 1918 – 2020-ci illərdə əvvəl Azərbaycan Cümhuriyyətinin nazirlər şurasının sədri və daxili işlər naziri, sonra isə xarici işlər naziri vəzifəsində çalışmışdır. |
== Haqqında məlumatlar == | == Haqqında məlumatlar == | ||
Sətir 86: | Sətir 86: | ||
[[Şəkil:Группа депутатов Второй Государственной думы.jpeg|left|thumb|Xoyski (sol tərəfdə oturub) İkinci Dövlət dumasının bir qrup deputatı ilə birlikdə.]] | [[Şəkil:Группа депутатов Второй Государственной думы.jpeg|left|thumb|Xoyski (sol tərəfdə oturub) İkinci Dövlət dumasının bir qrup deputatı ilə birlikdə.]] | ||
− | Zaqafqaziya Seyminin (10 | + | Zaqafqaziya Seyminin (10 fevral—26 may 1918) üzvü idi; Müsavat və demokratik bitərəf qrupun fraksiyasına daxil olmuşdur. Müvəqqəti Azərbaycan Milli Şurasının (27 may—7 dekabr) üzvü. Mayın 27-dən Milli Şuranın icraiyyə komitəsinin sədri olmuşdur. |
[[Şəkil:Radiogramma of Fatali Khan Khoyski.jpg|thumb|Xoyskinin Azərbaycanın müstəqilliyinin elan edilməsi barədə bir sıra dövlətlərin xarici işlər nazirlərinə göndərdiyi radioqramın surəti. 30 may 1918-ci il.]] | [[Şəkil:Radiogramma of Fatali Khan Khoyski.jpg|thumb|Xoyskinin Azərbaycanın müstəqilliyinin elan edilməsi barədə bir sıra dövlətlərin xarici işlər nazirlərinə göndərdiyi radioqramın surəti. 30 may 1918-ci il.]] | ||
− | Azərbaycan Parlamentinin (7 dekabr | + | Azərbaycan Parlamentinin (7 dekabr 1918—27 aprel 1920) üzvü. Zaqafqaziya respublikalarının nümayəndələri konfransında Azərbaycan nümayəndə heyətinin üzvü idi (25 aprel—30 may 1919, Tiflis). |
=== Vəfatı === | === Vəfatı === |
10:58, 19 iyun 2024 versiyası
Fətəli xan Xoyski | |||||||
---|---|---|---|---|---|---|---|
Xoyski Fətəli xan İsgəndər oğlu | |||||||
Fətəli xan Xoyski, 1906-cı il. | |||||||
|
|||||||
Sələfi | Məmməd Yusif Cəfərov | ||||||
Xələfi | vəzifə ləğv edilib | ||||||
|
|||||||
Sələfi | Əlimərdan bəy Topçubaşov | ||||||
Xələfi | Məmməd Yusif Cəfərov | ||||||
|
|||||||
Sələfi | vəzifə təsis edilib | ||||||
Xələfi | Nəsib bəy Yusifbəyli | ||||||
|
|||||||
Sələfi | vəzifə təsis edilib | ||||||
Xələfi | Behbud xan Cavanşir | ||||||
|
|||||||
Sələfi | Xəlil bəy Xasməmmədov | ||||||
Xələfi | Teymur bəy Makinski | ||||||
Doğum tarixi | 7 dekabr 1875 | ||||||
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası | ||||||
Vəfat tarixi | 19 iyun 1920 (44 yaşında) | ||||||
Vəfat yeri | Tiflis, Gürcüstan Demokratik Respublikası | ||||||
Atası | İskəndər xan Xoyski | ||||||
Uşağı | Tamara xanım Xoyskaya | ||||||
Təhsili | Moskva Universiteti (1897) | ||||||
Avtoqraf | |||||||
Commonsda da Fətəli xan Xoyski ilə əlaqəli mediafayllar var |
Fətəli xan Xoyski (1875–1919) — görkəmli dövlət xadimi; 1918 – 2020-ci illərdə əvvəl Azərbaycan Cümhuriyyətinin nazirlər şurasının sədri və daxili işlər naziri, sonra isə xarici işlər naziri vəzifəsində çalışmışdır.
Haqqında məlumatlar
7 dekabr 1875-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
Yelizavetpol gimnaziyasını bitirib.
1897-cı ildə Moskva Universitetinin hüquq fakültəsini bitirib.
Əmək fəaliyyəti
1897 – 1907-ci illərdə əvvəl Yelizavetpol dairə məhkəməsi yanında məhkəmə vəzifələri üçün kiçik namizəd təyin olunub; sonra Kutaisi, Zuqdidi və Suxumidə bir neçə il məhkəmə-hüquq sahəsində vəzifələr tutub.
1917-ci ilin oktyabrından 1918-ci ilin aprelinədək Bakı şəhər Dumasına rəhbərlik edib.
1917-ci ilin noyabr ayının 15-dən 1918-ci ilin fevral ayının 10-dək Zaqafqaziya komissarlığı nəzdində xalq maarif komissarı olub.
1918-ci ilin aprel ayından Zaqafqaziya hökumətinin ədliyyə naziri təyin olunub.
1918-ci ilin may ayının 28-dən iyun ayının 17-dək Azərbaycan Cümhuriyyətinin Nazirlər Şurasının sədri, eyni vaxtda daxili işlər naziri,
1918-ci ilin dekabr ayının 26-dan 1919-cu ilin mart ayının 14-dək və
1919-cu ilin dekabr ayının 24-dən 1920-ci ilin aprel ayının 1-dək isə Azərbaycan Cümhuriyyətinin xarici işlər naziri vəzifəsində çalışıb.
İctimai-siyasi aktivliyi
1907-ci ildə Rusiya imperiyasının II Dövlət dumasına deputat seçilib.
Zaqafqaziya Seyminin (10 fevral—26 may 1918) üzvü idi; Müsavat və demokratik bitərəf qrupun fraksiyasına daxil olmuşdur. Müvəqqəti Azərbaycan Milli Şurasının (27 may—7 dekabr) üzvü. Mayın 27-dən Milli Şuranın icraiyyə komitəsinin sədri olmuşdur.
Azərbaycan Parlamentinin (7 dekabr 1918—27 aprel 1920) üzvü. Zaqafqaziya respublikalarının nümayəndələri konfransında Azərbaycan nümayəndə heyətinin üzvü idi (25 aprel—30 may 1919, Tiflis).
Vəfatı
Bakıda Sovet hakimiyyəti qurulduqdan sonra Tiflisə köçmüş, orada 19 iyun 1920-ci il tarixdə erməni-qatil tərəfindən qətlə yetirilmişdir. Dəfn mərasimini Tiflisdəki İran konsulluğu təşkil edib.
Ailəsi
İslamı qəbul edərək Ceyran xanım adını almış Yevqeniya Vasilevna ilə evli olub.
Üç uşağı vardı: qızı Tamara (1902-1990) və iki oğlu Murad (1910-1973) və Ənvər (1914-1935).
Qızı Tamara xanım Azərbaycan SSR KP MK-nın sədri, Azərbaycan SSR maliyyə xalq komissarı və Tacikistan SSR Kommunist Partiyası MK-nın birinci katibi vəzifəsində işləmiş Mirzə Davud Hüseynova ərə getmişdir.
Oğlu: Murad Bakıda nəqliyyat idarəsində çalışıb.
Kiçik oğlu: Ənvər Moskvada əməliyyat olunduqdan sonra diabet xəstəliyi səbəbindən narkozdan sonra oyanmayıb və vəfat edib.
Xatirəsi
- Bakı şəhərin prospektlərindən biri Fətəli xan Xoyskinin adını daşıyır.
- 1997-ci ildə Azərbaycanda Xoyskiyə həsr olunmuş poçt markası buraxılıb
- Dəfn olduğu yerdə yəni Tbilisi nəbatat bağının ərazisində qəbirüstü abidəsi ucaldılıb.
- Bakıda (İstiqlaliyyət küçəsində) Fətəli xan Xoyskinin 1918-ci ildən 1920-ci ilədək yaşamış olduğu evin divarında, barelyef vurulub.
- Şəkidə əvvəllər Karl Marks adını daşımış küçəyə onun adı verilib.
Ədəbiyyat
- Mərdanov M, Tahirzadə Ə. XOYSKİ Fətəli xan İsgəndər xan oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (ensiklopedik soraq kitabı). — F-İ hərflər. — Bakı: Təhsil, 2019. — III cild. — Səh.: 368–381. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 22 aprel 2021.
Video
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- F
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış dövlət xadimləri
- 1875-ci ildə doğulanlar
- 7 dekabrda doğulanlar
- Dekabrda doğulanlar
- 19 iyunda vəfat edənlər
- İyunda vəfat edənlər
- 1920-ci ildə vəfat edənlər
- Dövlət xadimləri
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə