1743-cü ildə Şəkidə Nadir şaha qarşı üsyanın başlaması barədə Məhəmməd Kazımın, Molla Məhəmməd əl-Carinin, Kərim ağa Şəkixanovun və digər müəlliflərin əsərlərində məlumat var. Lakin Kərim ağa Şəkixanov bu üsyanı Şəki məliyi Məlik Nəcəfqulu ilə vəkil Hacı Çələbi arasındakı ziddiyyətlərin inikası kimi təqdim etdiyi halda, birinci və ikinci müəlliflər yalnız 1743-cü ildə Şirvanda baş vermiş Sam mirzə üsyanının Şəkini də əhatə etdiyinə işarə edirlər. | 1743-cü ildə Şəkidə Nadir şaha qarşı üsyanın başlaması barədə Məhəmməd Kazımın, Molla Məhəmməd əl-Carinin, Kərim ağa Şəkixanovun və digər müəlliflərin əsərlərində məlumat var. Lakin Kərim ağa Şəkixanov bu üsyanı Şəki məliyi Məlik Nəcəfqulu ilə vəkil Hacı Çələbi arasındakı ziddiyyətlərin inikası kimi təqdim etdiyi halda, birinci və ikinci müəlliflər yalnız 1743-cü ildə Şirvanda baş vermiş Sam mirzə üsyanının Şəkini də əhatə etdiyinə işarə edirlər. |