"İffət Əfəndiyeva" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 47: | Sətir 47: | ||
===Əmək fəaliyyəti=== | ===Əmək fəaliyyəti=== | ||
− | 1971-ci ildə | + | 1971-ci ildə Ümumittifaq “VODGEO” Elmi-Tədqiqat İnstitutunda baş laborant, |
1972 – 1979-cu illərdə Azərbaycan SSR EA Mikrobiologiya Bölməsində elmi işçi, | 1972 – 1979-cu illərdə Azərbaycan SSR EA Mikrobiologiya Bölməsində elmi işçi, |
23:45, 15 sentyabr 2024 versiyası
İffət Əfəndiyeva | |
---|---|
Əfəndiyeva İffət Məmməd qızı | |
İffət Əfəndiyeva |
İffət Əfəndiyeva — tanınmış bioloq, biologiya elmləri namizədi və pedaqoq.
Haqqında məlumatlar
1 aprel 1950-ci il tarixdə Kirovabadda (indiki Gəncə) anadan olub.
Təhsili
1966-cı ildə Kirovabad şəhər 1 №-li orta məktəbini bitirib.
1966 – 1971-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsində bioloq, biologiya və kimya müəllimi ixtisası üzrə təhsil alıb.
Əmək fəaliyyəti
1971-ci ildə Ümumittifaq “VODGEO” Elmi-Tədqiqat İnstitutunda baş laborant,
1972 – 1979-cu illərdə Azərbaycan SSR EA Mikrobiologiya Bölməsində elmi işçi,
1981 – 1982-ci illərdə Azərbaycan SSR Dövlət Ətraf Mühitin Mühafizəsi Komitəsinin Aqrokimya Laboratoriyasında baş aqroximik və Kosmik tədqiqatlar Elmi-Tədqiqat Birliyində bölmə müdiri,
1982 – 1985-ci illərdə Təbii Sərvətlərin Kosmik Tədqiqatları İnstitutunda baş elmi işçi,
1985 – 1988-ci illərdə Azərbaycan SSR EA Geologiya İnstitutunda baş elmı işçi,
1988 – 1995-ci illərdə Azərbaycan SSR EA/AMEA Coğrafiya İnstitutunun “Xəzər dənizinin resursları” bölməsində baş elmi işçi,
1995 – 2008-ci illərdə ARDNŞ/SOCAR Xaricı Sərmayələr İdarəsinin kontraktlar şöbəsində aparicı mütəxəssis,
2010 – 1911-ci illərdə Sumqayıt Dövlət Universitetində baş müəllim vəzifəsində çalışıb.
2010 – 2014, 2018 – 2019-cu illərdə Bakı Dövlət Universitetinin ekologiya və torpaqşünaslıq fakültəsində,
2014 – 2015-ci illərdə isə Qafqaz Universitetində saat hesabı dərs deyib.
Elmi fəaliyyəti
1979-cu ildə Bakı buxtasının neft məhsullarından təmizlənməsində mikroorqanizmlərin roluna həsr olunmuş dissertasiya müdafiə edərək biologiya elmləri namizədi elmi dərəcəsi alıb.
90-dan çox elmi və elmi-populyar məqalənin müəllifidir. 40-dan çox elmi konfrans və konqresdə iştirak edib.
İctimai-siyasi fəaliyyəti
1981 – 1996-cı illərdə YUNESKO-nun “İnsan və Biosfer” (MAB) Proqramı üzrə Azərbaycan komitəsinin elmi-katibi olub.
Təltif və mükafatları
- “Tərəqqi” medalı (18.09.2008).
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. . . // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 181-182. — 1.000 nüsx.
.
.