"Mərahim Fərzəlibəyov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 56: | Sətir 56: | ||
Dəvətlə Naxçıvan Dövlət Musiqili Dram Teatrında Nəriman Həsənzadənin “Pompeyin Qafqaza yürüşü” və “Atabəylər”, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Marat Haqverdiyevin “Məhəbbət, şeytan və lambada” (1991) və “Ləyaqət” (1982) pyeslərini tamaşaya hazırlayıb. | Dəvətlə Naxçıvan Dövlət Musiqili Dram Teatrında Nəriman Həsənzadənin “Pompeyin Qafqaza yürüşü” və “Atabəylər”, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Marat Haqverdiyevin “Məhəbbət, şeytan və lambada” (1991) və “Ləyaqət” (1982) pyeslərini tamaşaya hazırlayıb. | ||
− | 1980-ci illərin əvvəllərində Cəfər Cabbarlı adına “Azərbaycanfılm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Kino-Aktyor Teatrı truppası ilə birlikdə Məmməd Muradın “Təkan” (“Köksüz budaqlar”), | + | 1980-ci illərin əvvəllərində Cəfər Cabbarlı adına “Azərbaycanfılm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Kino-Aktyor Teatrı truppası ilə birlikdə Məmməd Muradın “Təkan” (“Köksüz budaqlar”), Qarsia Lorkanın “Qanlı toy” (Tofiq Kazımovun tərcüməsi), Aleksandr Nikitinin “Abşeronda bir gecə” (Qeybulla Rəsulovun tərcüməsi) pyeslərini tamaşaya qoyub. |
=== Mükafatları === | === Mükafatları === |
04:21, 26 iyun 2020 versiyası
Mərahim Fərzəlibəyov | |
---|---|
Fərzəlibəyov Mərahim Fərzəli oğlu | |
Mərahim Fərzəlibəyov, 2015-ci il | |
Doğum tarixi | 26 iyun 1949 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ, |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Uşağı | Samir Mərahim oğlu Fərzəlibəyov |
Atası | Fərzəli Mustafa oğlu Fərzəlibəyov |
Peşəsi | teatr rejissoru |
Təhsili | Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafıya İnstitutu(ru), rejissorluq fakültəsi (1970 – 1975) |
Mükafatları | |
IMDb | ID 1076526 |
Fərzəlibəyov Mərahim (Fərzəlibəyov Mərahim Fərzəli oğlu; d. 26 iyun 1949-cu il, Bakı, Azərbaycan SSR, SSRİ) — Bakı Bələdiyyə Teatrının rejissoru, Azərbaycan Respublikasının xalq artisti (2000). 2006 – 2012-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rejissoru olub.
Haqqında məlumatlar
1949-cu ildə Bakıda anadan olub.
Təhsili
Bakıda 56 saylı orta məktəbi bitirib.
1970 – 1975-ci illərdə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafıya İnstitutunun(ru) rejissorluq fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
Orta məktəbi bitirəndən sonra Azərbaycan Respublikası Jurnalistlər İttifaqının yaradıcılıq fotostudiyasında şagird-laborant, Suraxanı rayon mədəniyyət evində kinomexanik köməkçisi, 26-lar Mədəniyyət sarayında “Şəfəq” pioner dram dərnəyinin rəhbəri işləyib.
1975 – 1977-ci illərdə təyinatla M.Y.Lermontov adına Respublika Rus Dram Teatrında (Qroznı, Çeçen-İnquş MSSR, RSFSR, SSRİ) quruluşçu rejissor işləyib.
1977 – 1981-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında baş rejissor,
1981 – 2006-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrı/Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında rejissor,
2006 – 2012-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş rejissor vəzifələrinə işləyib.
2012-ci ildən Bakı Bələdiyyə Teatrının rejissorudur.
Yaradıcılığı
Qroznıda “Arzu tramvayı” dramına, Jan Batist Molyerin “Tartüf” komediyasına, Boris Vasilyevin “Qış gecəsinin nağılı” pyesinə, Alla Sokolovanın “Faryatevin fantaziyası” psixoloji tragikomediyasına, Yevgeni Sefip və Nikolay Novitskinin “Yegelyanın səadəti”, uşaqlar üçün Sergey Mixalkovun "“Lovğa dovşan” nağılına səhnə quruluşları verib.
Sumqayıtda “Poladəridənlər”, H.Muxtarovun “Mən nənəyə evlənirəm”, P.Pançevin “Məktub”, C.Cabbarlının “Vəfalı Səriyyə”, O.Məmmədovun “Mehrişah”, T.Kazımovun “Muradın kələkləri”, N.Həsanzadınin “Bütün Şərq bilsin”, N.Xəzrinin “Mənim arxalandığım” tamaşalarına quruluş verib.
M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrı/Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında əsasən çağdaş Azərbaycan dramaturqlarının, həmçinin dünya klassiklərinin əsərlərinə müxtəlif janrlarda səhnə quruluşları verib. Bunların arasında, İ.Əfəndiyevin “Xurşidbanu Natəvan”, “Şeyx Xiyabani”, “Bizim qəribə taleyimiz”, “Dəlilər və ağıllılar”, “Hökmdar və qızı”, V.Şekspirin “Maqbet”, Anarın “Təhminə və Zaur”, N.Xəzrinin “Torpağa sancılan qılınc”, “Mənsiz dünya”, Q.Lorkanın “Qadın Faciəsi”, “Dişi canavar”, J.Rasinin “Fedra”, C.Məmmədquluzadınin “Ölülər” və s. tamaşalar var.
Dəvətlə Naxçıvan Dövlət Musiqili Dram Teatrında Nəriman Həsənzadənin “Pompeyin Qafqaza yürüşü” və “Atabəylər”, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Marat Haqverdiyevin “Məhəbbət, şeytan və lambada” (1991) və “Ləyaqət” (1982) pyeslərini tamaşaya hazırlayıb.
1980-ci illərin əvvəllərində Cəfər Cabbarlı adına “Azərbaycanfılm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Kino-Aktyor Teatrı truppası ilə birlikdə Məmməd Muradın “Təkan” (“Köksüz budaqlar”), Qarsia Lorkanın “Qanlı toy” (Tofiq Kazımovun tərcüməsi), Aleksandr Nikitinin “Abşeronda bir gecə” (Qeybulla Rəsulovun tərcüməsi) pyeslərini tamaşaya qoyub.
Mükafatları
- Azərbaycan SSR əməkdar artisti (1982);
- Azərbaycan Respublikasının xalq artisti, (2000).
- “Şöhrət” ordeni (2019).
Filmoqrafiya
- Bizim qəribə taleyimiz (film, 2005)
- Canavar balası (film, 1997)
- Doğan Günəş (film, 2002)
- Qəm pəncərəsi (film, 1986)
- Qırmızı qar (film, 1998)
- Mənim ağ şəhərim (film, 1994)
- O dünyadan salam (film, 1991)
- Sən həmişə bizimləsən (film, 1997)
Ailəsi
- Atası: Fərzəli Mustafa oğlu Fərzəlibəyov 1915-ci ildə Nuxada anadan olmuşdur.
- Oğlu: Samir Mərahim oğlu Fərzəlibəyov, rejissordur, 2010-cu ildə İstanbulda fəaliyyət göstərən Avropa Qəzetçilər Dərnəyinin (AQD) keçirdiyi müsabiqədə “Ən yaxşı rejissor” nominasiyasının qalibi olub.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Fərzəlibəyov Mərahim // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 143 – 146. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış teatr xadimləri
- 26 iyunda doğulanlar
- İyunda doğulanlar
- 1949-cu ildə doğulanlar
- Azərbaycan SSR əməkdar artistləri
- Azərbaycan Respublikasının xalq artistləri
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- Teatr xadimləri
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr