Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.

"Nazim İbrahimov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
(Səhifəni 'Kateqoriya:N{{eyni ad-soyadlı|Nazim İbrahimov}} {{Dövlət xadimi | azərbaycan dilində adı = Nazim İbrahimov | adın orijinalı = Nazim Asab...' ilə yarat)
 
Sətir 1: Sətir 1:
[[Kateqoriya:N]]{{eyni ad-soyadlı|Nazim İbrahimov}}
+
[[Kateqoriya:N]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]]
 
{{Dövlət xadimi
 
{{Dövlət xadimi
 
| azərbaycan dilində adı      = Nazim İbrahimov
 
| azərbaycan dilində adı      = Nazim İbrahimov

15:29, 26 iyun 2020 versiyası

Nazim İbrahimov
Nazim İbrahimov
bayraqŞəki Şəhər İcra Hakimiyyətinin başçısıbayraq
30 sentyabr 2004 — 21 aprel 2010
Sələfi Əşrəf Məmmədov
Xələfi Murad Cabbarlı
Şəxsi məlumatlar
Doğum tarixi 1 sentyabr 1951 (1951-09-01) (73 yaş)
Doğum yeri Şəki şəhəri

Nazim İbrahimovŞəki şəhər İcra Hakimiyyətinin başçısı (2004-2010-cu illər).

Həyatı

Nazim Asabəli oğlu İbrahimov 1951-ci il sentyabrın 1-də Şəki şəhərində anadan olmuşdur. 1968-ci ildə, Bakıda, 150 saylı orta məktəbini bitirmişdir. 1968-ci ildə Azərbaycan Xalq Təssərüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) "Ticarətin iqtisadiyyatı" fakultəsinə daxil olmuşdur və 1972-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa çatdırmışdır.

1973-1974-cü illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur.

1974-1976-cı illərdə Xüsusi Tikinti-quraşdırma idarəsində mühəndis vəzifəsində çalışmışdır.

1976-2001-ci illərdə Nazim İbrahimov Azərbaycan Respublikası Ticarət Nazirliyində şöbə rəisi, nazir köməkçisi, idarə müdiri, departament rəisi kimi məsul vəzifələrdə çalışmışdır.

2001-ci ildən 2004-cü ilin 30 sentyabr tarixinə qədər ABB-nin (Azərbaycan Beynəlxalq Bankı) Mərkəzi idarəetmə Departamentinin direktoru və İdarə heyətinin üzvü vəzifələrində çalışmışdır.

Nazim Asabəli oğlu İbrahimov 30 sentyabr 2004-cü il tarixindən 21 aprel 2010-cu il tarixinədək Şəki Şəhər İcra Hakiməyyətinin başçısı vəzifəsində çalışmışdır.

Ailəlidir. İki övladı var.

Xarici keçidlər