Nazim İbrahimov
Nazim İbrahimov | |||||||
---|---|---|---|---|---|---|---|
İbrahimov Nazim Asabəli oğlu | |||||||
![]() | |||||||
Nazim İbrahimov. | |||||||
|
|||||||
Sələfi | Əşrəf Məmmədov | ||||||
Xələfi | Murad Cabbarlı | ||||||
Doğum tarixi | 1 sentyabr 1951 | ||||||
Doğum yeri |
Nuxa (indiki Şəki), ![]() ![]() |
||||||
Atası | Əsabəli İbrahimov | ||||||
Təhsili | D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, ticarətin iqtisadiyyatı fakültəsi (1968–1972) |
Nazim İbrahimov — Şəki Şəhər İcra Hakimiyyətinin sabiq başçısı.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
1 sentyabr 1951-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1968-ci ildə Bakıda 150 saylı orta məktəbini bitirib.
1968 – 1972-ci illərdə D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun ticarətin iqtisadiyyatı fakültəsində təhsil alıb.
Hərbi xidmət[redaktə | HTML redaktə]
1973 – 1974-cü illərdə sovet ordusunda hərbi xidmətdə olub.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1974 – 1976-cı illərdə Xüsusi Tikinti-Quraşdırma İdarəsində mühəndis,
1976 – 2001-ci illərdə Azərbaycan SSR/Azərbaycan Respublikası Ticarət Nazirliyində şöbə rəisi, nazir köməkçisi, idarə müdiri, departament rəisi,
2001 – 2004-cü illərdə Azərbaycan Beynəlxalq Bankı Mərkəzi idarəetmə Departamentinin direktoru və İdarə Heyətinin üzvü vəzifələrində çalışıb.
2004 – 2010-cu illərdə isə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı olub.
Ailəsi[redaktə | HTML redaktə]
Ailəlidir, iki övladı var.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. İbrahimov Nazim // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 197-198. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
© 2019 – 2023 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |