"Səadət Çələbiyeva" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 1: | Sətir 1: | ||
− | [[Kateqoriya:S]][[Kateqoriya:Şəkidən çıxmış jurnalistlər]][[Kateqoriya:Şəkidən çıxmış pedaqoqlar]] | + | [[Kateqoriya:S]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış jurnalistlər]][[Kateqoriya:Şəkidən çıxmış pedaqoqlar]] |
{{Şəxs | {{Şəxs | ||
|Adı = Səadət Çələbiyeva | |Adı = Səadət Çələbiyeva |
23:17, 26 iyun 2020 versiyası
Səadət Çələbiyeva | |
---|---|
Çələbiyeva Səadət Məmməd qızı | |
Səadət Çələbiyeva, 2009-cu il | |
Anadan olub | 31 iyul 1955 |
Anadan olduğu yer | İnçə, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Uşaqları | Aynur Məsimova, Gunel Qulamova, Elnur Rəsulov |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili |
|
Səadət Çələbiyeva (Çələbiyeva Səadət Məmməd qızı; d. 31 iyul 1955-ci il, İnçə, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ) – Şəki radiosunun sonuncu diktoru (1984-cü ildən), Qarabağ şəhidləri barədə silsilə verilişlər hazırlamış və radionun efirində səsləndirmişdir. Həmçinin, 1980-cı ildən Şəkidəki 7-saylı orta məktəbdə azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deyir, 1987-ci ildən isə həmin məktəbdə ibtidai siniflər üzrə tədris hissə müdiridir.
Haqqında məlumatlar
1955-ildə Nuxa rayonunun İnçə kəndində anadan olub.
Nuxa şəhərindəki 3 saylı məktəbdə oxuyub.
1970 – 1973-cü illərdə Şəki Pedaqoji Texnikumunun məktəbəqədər fakültəsində,
1975 – 1980-cı illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyət fakültəsində təhsil alıb.
1980-cı ildən Şəkidəki 7-saylı orta məktəbdə azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deyir (1987-ci ildən həm də ibtidai siniflər üzrə tədris hissə müdiridir).
1984 – 1994-cü illərdə Şəki radiosunun diktoru olub.