Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Aynur Məsimova

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Aynur Məsimova
Məsimova Aynur Namiq qızı
Aynur Məsimova
Aynur Məsimova çəkdiyi tabloların qarşısında, 2016-cı il.
Doğum tarixi 9 noyabr 1978 (1978-11-09) (45 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi (1994–1998)
Atası Namiq Rəsulov
Anası Səadət Çələbiyeva
facebook səhifəsi

Aynur Məsimova — rəssam-pedaqoq, Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin müəllimi. Ədəbi-bədii yaradıcılıqla da məşğuldur.

Haqqında məlumatlar

9 noyabr 1978-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili

1994 – 1998-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil alıb.

Əmək fəaliyyəti

1998-ci ildə Şəki Şəhər Dövlət Rəsm Qalareyasında elmi işçi olaraq əmək fəaliyyətinə başlayıb.

1999-ci ildən Şəki Uşaq İncəsənət Məktəbində rəssamlıqdan dərs deyir.

Rəssamlıq fəaliyyəti

2016-ildə ilk fərdi sərgisi təşkil olunub. Sonraki illərdə müxtəlif sərgilərdə iştirak edib.

Ədəbi-bədii yaradıcılığı

Hekayə və şeirlərini “Aynur Tənkin” imzasiyla yazır. 2017-ci ildə “İtirlmiş səadət” adlı ilk kitabı çap olunub.

Ailəsi

Yazıçı-dramaturq Məmməd Çələbiyevin nəvəsi, Şəki radiosunun diktoru Səadət Çələbiyevanın qızıdır.

Ədəbiyyat

  1. Orsər R. Aynur Məsimova // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 792. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.