"Əbülfət Məmmədrəhimov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 1: | Sətir 1: | ||
− | [[Kateqoriya:Ə]]{{Musiqiçi | + | [[Kateqoriya:Ə]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]] |
+ | {{Musiqiçi | ||
| Adı = Əbülfət Məmmədrəhimov | | Adı = Əbülfət Məmmədrəhimov | ||
| Orijinal adı = Əbülfət Yaqub oğlu Məmmədrəhimov | | Orijinal adı = Əbülfət Yaqub oğlu Məmmədrəhimov |
02:20, 27 iyun 2020 versiyası
Əbülfət Məmmədrəhimov | |
---|---|
Əbülfət Yaqub oğlu Məmmədrəhimov | |
Əbülfət Məmmədrəhimov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 yanvar 1952 |
Doğum yeri | Nuxa |
Vəfat tarixi | 27 yanvar 2016 (64 yaşında) |
Vəfat yeri | Bakı |
Dəfn yeri | Şəki |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Peşəsi | tarzən |
|
|
Musiqi alətləri | tar, saz, ud, gitara, qarmon, nağara, qoşa nağara |
Əbülfət Yaqub oğlu Məmmədrəhimov (Əbülfət Şəkili) — tanınmış tarzən, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti. Tarla yanaşı, sazın və udun da əvəzsiz ifaçısı hesab edilirdi.
Həyat və fəaliyyəti
1952-ci ildə Nuxada anadan olub. Ələfsər Rəhimovun (Ələfsər Şəkilinin) qardaşı oğlu idi. Uşaq yaşlarından nağara çalmağı öyrənib, hətta toylara da gedib. Sonra qarmon, daha sonra tar çalmağa başlayıb. Şəki Şəhər Uşaq Musiqi Məktəbində musiqi təhsili alıb. Daha sonra Şəki Şəhər Orta İxtisas Musiqi Məktəbində təhsilini davam etdirib. 1980-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri fakültəsində daxil olub.
Muğam Mərkəzində, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında çalışmaqla yanaşı, Asəf Zeynallı adına Musiqi Kollecində və 6 saylı İncəsənət Məktəbində tar ixtisası üzrə müəllimlik edirdi.
Ömrünün sonuna yaxın ağciyər xərçəngindən əziyyət çəkib. 27 yanvar 2016-cı il tarixdə Bakıda vəfat etmiş, 28 yanvar 2016-cı il tarixdə Şəkidə torpağa tapşırılmışdır.