"Rasim Mustafayev" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 78: | Sətir 78: | ||
*2011-ci ildə rəhbəri olduğu "Elmi tədqiqatlar və kimyəvi məhsullar" müəssisəsi Rusiya Federasiyası "Qızıl Merkuri" Milli mükafatınının innovativ fəaliyyət sahəsində laureatı olmuşdur. | *2011-ci ildə rəhbəri olduğu "Elmi tədqiqatlar və kimyəvi məhsullar" müəssisəsi Rusiya Federasiyası "Qızıl Merkuri" Milli mükafatınının innovativ fəaliyyət sahəsində laureatı olmuşdur. | ||
− | + | * {{ŞAZ|1|292 – 293}} | |
{{Yaxşı məqalə}} | {{Yaxşı məqalə}} |
16:43, 27 iyun 2020 versiyası
Rasim Mustafayev | |
---|---|
Mustafayev Rasim Fərman oğlu | |
Rasim Mustafayev, 2020-ci il | |
Doğum tarixi | 31 avqust 1950 |
Doğum yeri | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Rusiya |
Elm sahəsi | kimya |
Elmi adı | kimya elmləri namizədi |
Təhsili |
S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, kimya fakültəsi (1966 – 1971) SSRİ Elmlər Akademiyasının Sibir şöbəsinin (Novosibirsk şəhəri) Qeyri-Üzvi Kimya İnstitutunun aspiranturası (1972 – 1974) |
Evladları | Nazim, Leyla və Elnarə |
Atası | Fərman Mustafayev |
Anası | Nuriyyə Mustafayeva (Abdullayeva) |
Rasim Mustafayev (Mustafayev Rasim Fərman oğlu; d. 31 avqust 1950-ci ildə, Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ) – kimya elmləri namizədi (1977), ixtiraçı alim, Rusiya Federasiyası Keyfiyyət Problemləri Akademiyasının müxbir üzvü (2002), Novosibirsk şəhərində “Elmi tədqiqatlar və kimyəvi məhsullar” müəssisəsinin (Açıq Səhmdar Cəmiyyətinin) elmi rəhbəri və direktoru.
Haqqında məlumatlar
1950-ci ildə Nuxada anadan olub.
1966-cı ildə Nuxa şəhər M.Qorki adına 10 №-li orta məktəbi gümüş medalla bitirib.
1966 – 1971-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsil alıb.
1971-ci ildə Azərbaycan Elmlər Akademiyasının Qeyri-Üzvi Kimya İnstitutunda əmək fəaliyyətinə başlayıb.
1972-ci ildə SSRİ Elmlər Akademiyasının Sibir şöbəsinin (Novosibirsk şəhəri) Qeyri-Üzvi Kimya İnstitutunun aspiranturasına qəbul olunub.
1977-ci ildə “Platin qrupu metallarının müxtəlif mürəkkəb materiallardan selektiv ayrılması və onların mikro miqdarının atom-absorbsiya üsulu ilə təyin olunması” adlı elmi mövzuda namizədlik dissertasiyası müdafıə edib.
1977 – 1998-ci illərdə Novosibirsk şəhərində Kimya Texnologiyasi Elmi-Tədqiqat İnstitutunda əvvəl baş elmi işçi, 1980-cı ildən laboratoriya müdiri, 1985-ci ildən şöbə müdiri, 1991-ci ildən elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb.
1998-ci ildən yeni keyfiyyətli, ekoloji cəhətdən təhlükəsiz olan kimyəvi məhsulların alinması və istehsalı ilə məşğul olan “Elmi tədqiqatlar və kimyəvi məhsullar” müəssisəsinin elmi rəhbəri və direktoru vəzifəsində işləyir.
Elmi nailiyyətləri
- 72 elmi əsərin, 27 ixtiranın müəllifidir. İxtiralarından 2-sinə Almaniyada patent verilib.
İctimai fəaliyyəti
2002-ci ildə Rusiya Federasiyası Keyfiyyət Problemləri Akademiyasının müxbir üzvü seçilib.
Ailəsi
Atası: Fərman Mustafayev və anası: Nuriyyə Mustafayeva (Abdullayeva) Şəkinin tanınmış pedaqoqlarından olublar, Şəki şəhər 19 nömrəli orta məktəbdə müəllim işləyiblər və hər ikisi vəfat edib.
Həyat yoldaşı: Mustafayeva Tamara Filippovna, hüquqşünasdır.
Övladları:
- Mustafayev Nazim, tibb elmləri namizədi, damar cərrahı-fleboloqdur.
- Mustafayeva Leyla, həkimdir.
- Mustafayeva Elnarə, hüquqşünasdır.
Mükafatları
- 1985-ci ildə RSFSR-in Novosibirsk vilayətinin “Ən yaxşı ixtiraçı”sı adına layiq görülüb.
- 2018-ci ildə Novosibirsk şəhərinin əsasının qoyulmasının 125 illiyi münasibətilə “Şəhərin rifahı üçün əməyə görə” xatirə doş nişanı ilə təltif edilib.
- 2011-ci ildə rəhbəri olduğu "Elmi tədqiqatlar və kimyəvi məhsullar" müəssisəsi Rusiya Federasiyası "Qızıl Merkuri" Milli mükafatınının innovativ fəaliyyət sahəsində laureatı olmuşdur.
- Məmmədov Ə., Xalıqov F. Mustafayev Rasim // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 292 – 293. — 1.000 nüsx.