"Əli Məsimli" səhifəsinin versiyaları arasındakı fərqlər
(Səhifəni 'Kateqoriya:Ə{{Dövlət xadimi | azərbaycan dilində adı = Əli Məsimli | adın originalı = Əli Əhməd oğlu Məsimli | portret...' ilə yarat) |
(Fərqli deyil)
|
01:56, 18 mart 2020 versiyası
Əli Məsimli | |||||||
---|---|---|---|---|---|---|---|
Əli Məsimli | |||||||
|
|||||||
Sələfi | Rəhim Hüseynov | ||||||
Xələfi | Pənah Hüseynov | ||||||
|
|||||||
|
|||||||
|
|||||||
|
|||||||
|
|||||||
Doğum tarixi | 3 yanvar 1953 | ||||||
Doğum yeri | Nuxa (Şəki), Azərbaycan SSR, SSRİ |
Əli Məsimli — (Məsimli Əli Əhməd oğlu; d. 3 yanvar 1953, Nuxa (Şəki), Azərbaycan SSR, SSRİ) Azərbaycan Respublikasının dövlət və ictimai-siyasi xadimi; baş nazir əvəzi (1993), baş nazirin birinci müavini (1992 – 1993), iqtisadiyyat naziri (1992 – 1993) və s. yüksək dövlət vəzifələrində çalışıb, I – VI çağırış Azərbaycan Respublikası Milli Məclis üzvlüyünə namizəd, III – V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı (2005 – 2019) olub.
Haqqında məlumatlar
1953-cü ildə Nuxa şəhərində anadan olub.
Təhsili və elmi fəaliyyəti
Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun siyasi iqtisad fakültəsini bitirib. İxtisasca iqtisadçıdır, iqtisad üzrə fəlsəfə doktorudur. İqtisadiyyatın aktual problemlərinə dair 1300-dən artıq elmi-nəzəri araşdırmanın, o cümlədən, elmi-kütləvi çalışmaların, təhlillərin, məqalələrin, açıqlamaların, müsahibə, çıxış və şərhlərin müəllifi, 3 kitabın və 1 broşüranın həmmüəllifidir. Tədqiqatlarının nəticələri Almaniya, İsveç, Rusiya, Türkiyə, Ukrayna, Latviya, Litva və digər ölkələrdə nəşr olunub. Aktual iqtisadi problemlərə dair ABŞ, Yaponiya, Almaniya, İngiltərə, Avstriya, Belçika, Hollandiya, Türkiyə, Macarıstan, Malayziya, Bolqarıstan, Ukrayna, Latviya, Litva, Estoniya, Gürcüstan, Moldovada məruzə və çıxışlar edib.
Karyerası
1980 – 1991-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi, şöbə müdiri vəzifələrində çalşıb.
1991 – 1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının İqtisadiyyatın idarə edilməsinin təşkili şöbəsinin bölmə müdiri, Sosial-iqtisadi inkişaf şöbəsinin baş məsləhətçisi, Azərbaycan Respublikası Xarici İnvestisiyalar Komitəsinin sədri, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri, Baş nazir əvəzi, iqtisadiyyat naziri vəzifələrində çalışıb.
1993 – 2005-ci illərdə isə “Müstəqil İqtisadçılar Birliyi” İctimai Təşkilatının prezidenti olub. 2010-cu ildən “İqtisadi və Sosial İnnovasiyalar İnstitutu” ictimai birliyinin həmtəsisçisi və rəhbəridir.
Milli Məclisdə fəaliyyəti
III – V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olarkən həm bir sıra qanunların müəllifi kimi qanun yaradıcılığı, həm seçicilərin hüquqlarının müdafiəsi və həm də digər fəaliyyətinə görə ən fəal 10 deputatdan biri, Milli Məclisin V çağırış tərkibi üzrə isə 14 ən fəali deputatından biri hesab edilib. Qanunvericilik fəaliyyəti sahəsində əldə etdiyi nəticələrə görə “Uğur” Milli Mükafatına layiq görülüb. O cümlədən, GUAM Parlament Assambleyası ilə Baltik Assambleyası arasında münasibətlərin inkişaf etdirilməsi, qarşlıqlı səmərəli əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində verdiyi töhfələrə görə Baltik Assambleyasının ali mükafatı olan medalla təltif edilib. Milli Məclisin Azərbaycan – Çin, Azərbaycan – Xorvatiya, Azərbaycan – İsveçrə, Azərbaycan – Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.
“Sovet dövründən qalma əmanətlərin qaytarılmasına dair Təkliflər Paketi”, “Xarici valyutada olan kreditlərə görə güzəştlərin edilməsinə dair “Təkliflər Paketi”, “Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlayıb. Həmmüəllifi olduğu “Reklam haqqında Azərbaycan Respublikasının Qanunu” 2015-ci ildə Milli Məclis tərəfindən qəbul edilmişdir.
“Şəkinin 2011 – 2020-ci illər üzrə inkişaf proqramı”nın müəllifidir. Nazirlər Kabinetinin Milli Məclisdəki hesabatı və büdcə müzakirələri zamanı “Şəkinin 2011 – 2020-ci illər üzrə inkişaf proqramı”nda nəzərdə tutulan Şəkinin potensialından səmərəli istifadə edilməsi və onun regional mərkəzə çevrilməsinin aktual məsələlərini sistemləşdirərək təkliflər formasında qaldırmaqla yanaşı, həm də aidiyyəti orqanlara göndərmiş və əksər təkliflərinin reallaşdırılmasına nail ola bilmişdir.
Ailəsi
Evlidir, 2 övladı var.
İstifadə edilmiş mənbələr
- "Müstəqil Azərbaycanın üçüncü Baş naziri - Əli Əhməd oğlu Məsimli + DOSYE" (azərb.). enter.news. 2017-05-21. 2017-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-04.
- Ə
- İşləməyən fayl keçidləri olan səhifələr
- 3 yanvarda doğulanlar
- Yanvarda doğulanlar
- 1953-cü ildə doğulanlar
- Dövlət xadimləri
- Şəxslər (ad sırası ilə)
- Nuxada doğulanlar
- Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatları
- Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış deputatları
- Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatları
- 113, 114 və 115 saylı seçki dairələrindən Milli Məclis üzvlüyünə namizədlər (2020)