Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Əli Məsimli

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
...
Əli Əhməd oğlu Məsimli
Əli Məsimli
Əli Məsimli.

Əli Məsimli — peşəkar iqtisadçı, iqtisadiyyat elmləri namizədi, ictimai-siyasi xadim və dövlət xadimi, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının baş nazirin sabiq birinci müavini, sabiq iqtisadiyyat naziri və sabiq baş nazir əvəzi.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

3 yanvar 1953-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1975-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun siyasi-iqtisad fakültəsini,

1980-cı ildə Azərbaycan SSR EA İqtisadiyyat İnstitutunun aspiranturasını bitirib.

Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1985-ci ildə “Məhsulun keyfiyyətinin stimullaşdırılması” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

İqtisadiyyatın aktual problemlərinə dair 1300-dən artıq elmi-nəzəri araşdırmanın, o cümlədən, elmi-kütləvi çalışmaların, təhlillərin, məqalələrin, açıqlamaların, müsahibə, çıxış və şərhlərin müəllifi, 3 kitabın və 1 broşüranın həmmüəllifidir. Tədqiqatlarının nəticələri Almaniya, İsveç, Rusiya, Türkiyə, Ukrayna, Latviya, Litva və digər ölkələrdə nəşr olunub. Aktual iqtisadi problemlərə dair ABŞ, Yaponiya, Almaniya, İngiltərə, Avstriya, Belçika, Hollandiya, Türkiyə, Macarıstan, Malayziya, Bolqarıstan, Ukrayna, Latviya, Litva, Estoniya, Gürcüstan, Moldovada məruzə və çıxışlar edib.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1980 – 1991-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi, şöbə müdiri vəzifələrində çalışıb.

1991 – 1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının İqtisadiyyatın idarə edilməsinin təşkili şöbəsinin bölmə müdiri, sosial-iqtisadi inkişaf şöbəsinin baş məsləhətçisi, Azərbaycan Respublikası Xarici İnvestisiyalar Komitəsinin sədri, Azərbaycan Respublikası baş nazirinin birinci müavini, Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri, baş nazir əvəzi, iqtisadiyyat naziri vəzifələrində çalışıb.

1993 – 2005-ci illərdə isə “Müstəqil İqtisadçılar Birliyi” İctimai Təşkilatının prezidenti olub. 2010-cu ildən “İqtisadi və Sosial İnnovasiyalar İnstitutu” ictimai birliyinin həmtəsisçisi və rəhbəridir.

2005-ci ildən sonra 4 dəfə – bir dəfə 113 saylı Şəki Şəhər Seçki Dairəsindən, sonra iki dəfə dalbadal 114 saylı Şəki Kənd Birinci seçki dairəsindən, daha sonra isə 113 saylı Qax-Şəki Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Evlidir, 2 övladı var.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Məsimov Əli Əhməd oğlu // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 407-408. — 1.000 nüsx.
  2. ...

Bildiriş[HTML redaktə]

...