"Mirzə Fətəli Axundov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 219: | Sətir 219: | ||
{{Şablon:Mirzə Fətəli Axundov}} | {{Şablon:Mirzə Fətəli Axundov}} | ||
{{Yaxşı məqalə}} | {{Yaxşı məqalə}} | ||
+ | [[ar:ميرزا فتالي أخوندوف]][[arz:ميرزا فتالى اخوندوف]][[azb:میرزا فتحعلی آخوندزاده]][[az:Mirzə Fətəli Axundov]][[be:Мірза Фаталі Ахундаў]][[bg:Мирза Ахундовca Mirzə Fətəli Axundovde Mirzə Fətəli Axundoven Mirza Fatali Akhundov]][[fa:میرزا فتحعلی آخوندزاده]][[fi:Mirzə Fətəli Axundov]][[fr:Mirza Fatali Akhoundov]][[he:מירזה פתאלי אחונדוב]][[hy:Միրզա Ախունդով]][[it:Mirzə Fətəli Axundov]][[ka:მირზა ფათალი ახუნდოვი]][[kk:Мирза Фатали Ахундов]][[ky:Мирза Фатали Ахундов]][[mk:Мирза Фатали Ахундов]][[pl:Mirzə Fətəli Axundov]][[ro:Mirza Fatali Akhundov]][[ru Ахундов, Мирза Фатали]][[sk Mirza Fatali Achundov]][[sl Mirza Fatali Ahundov]][[sv Mirzə Fətəli Axundov]][[tr Mirza Fetali Ahundov]][[tt:Мирза Фатали Ахундзадә]][[uk:Ахундов Мірза Фаталі]][[ur:میرزا فتح علی آخوندزادہ]][[uz:Mirza Oxundov]][[zh:米尔扎·法塔利·阿洪多夫]] |
04:05, 12 iyul 2020 versiyası
Mirzə Fətəli Axundov | |
---|---|
Axundov (Axundzadə) Mirzə Fətəli Məhəmmədtağı oğlu az-ərəb: میرزا فتحعلی آخوندزاده | |
Mirzə Fətəli Axundov | |
Təxəllüsü | Səbuhi |
Doğum tarixi | 12 iyul 1812 |
Doğum yeri | Nuxa, Şəki xanlığı, Rusiya İmperiyası |
Vəfatı | 10 mart 1878 (65 yaşında) |
Vəfat yeri | Tiflis, Tiflis quberniyası, Rusiya İmperiyası |
Atası | Mirzə Məhəmmədtağı |
Anası | Nanə xanım |
Uşaqları | Nisə xanım, Rəşid Axundov |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Nuxa qəza məktəbi |
Fəaliyyət illəri | XIX əsr |
Əsərlərinin dili | azərbaycanca, farsca, ərəbcə |
Janr | lirika, dramaturgiya |
İlk əsəri | “Zəmanədən şikayət” |
Mükafatları |
Mirzə Fətəli Axundov (Axundov (Axundzadə) Mirzə Fətəli Məhəmmədtağı oğlu; az-ərəb: میرزا فتحعلی آخوندزاده; d. 12 iyul 1812-ci il, Nuxa, Şəki xanlığı, Rusiya İmperiyası – ö. 10 mart 1878-ci ildə, Tiflis, Tiflis quberniyası, Rusiya İmperiyası) — azərbaycanlı mütəfəkkür, dramarurq, yazıçı, şair, maarifçi, materialist filosof, ictimai xadim; Rusiya İmperator Coğrafiya cəmiyyətinin üzvü; Azərbaycan dramaturgiyasının və Azərbaycan ədəbiyyatında ədəbi-tənqidin banisi; zamanəsinin «müsəlman Molyer»i hesab olunub[2].
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mirzə Fətəli Axundovun adı Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib[3].
Haqqında məlumatlar
30 iyun 1812-ci ildə Nuxada anadan olub.
Miqrasiya
1814-cu ildə – 3 yaşında, ailəsi ilə birlikdə Nuxa şəhərindən atasının Təbrizin yaxınlığındakı Xamnə kəndində yerləşən ata-baba yurduna köçüb.
1821-ci ildə anası Nənəxanım əri Mirzə Məhəmməd Tağıdan boşanıb və oğlu Fətəli ilə birlikdə İranın Qaradağ mahalındakı Horanid kəndində yaşayan əmisi Axund Ələsgərin himayəsinə sığınıb.
1823-cü ildə Hacı Ələsgərlə İranın Eləngut mahalının Vəlibəyli kəndinə,
1825-ci ildə Gəncəyə,
1826-ci ildə Nuxaya köçüblər.
1834-cü ildən ömrünün sonunadək Tüflisdə yaşayıb.
Təhsili
1832-ci ildə Gəncəyə gedib, şair və müəllim Mirzə Şəfi Vazehdən nəstəliq xəttilə yazmağı öyrənib.
1833-cü ildə, 21 yaşında ikən, Nuxa şəhərində açılan “Rus-tatar” məktəbinə daxil olub və cəmi bir il həmin məktəbdə təhsil alıb.
İş yerləri və vəzifəsi
1834-cü ildə Tiflisə gedib, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri üzrə mütərcim təyin olunub və ömrünün sonuna qədər bu vəzifədə çalışıb.
1836-cı ildə Qafqaz idarəsinin baş dəftərxanasında işləməklə bərabər, Tiflis qəza məktəbinə azərbaycan dili müəllimi təyin edilib.
1858-ci ildə Qafqaz canişini dəftərxanasının yenidən təşkili ilə əlaqədar olaraq, yenidən canişin baş idarəsinin mütərcimi təyin olunub.
1872-ci ildə Qafqaz Canişini Baş İdarəsinin sərəncamı ilə Şərq dilləri üzrə senzor vəzifəsinə təyin edilib.
Ədəbi-yaradıcı fəaliyyəti
1837-cü ildə rus şairi A.S.Puşkinin xatirəsinə həsr etdiyi “Puşkinin ölümü haqqında Şərq poeması”nı,
1841-ci ildə “Təcnis”, “Təcnisi digər”, “Molla Əli” (həcv) və “Müxəmməs” sərlövhəli şeirlərini yazıb.
1850-ci ildə “Hekayəti-Molla İbrahim Xəlil kimyagər”, “Hekayəti Müsyo Jordan həkimi nəbatat və Dərviş Məstəli şah cadukuni-məşhur”, “Sərgüzəşti vəziri-xani-Lənkəran” komediyalarını yazıb.
1851-ci ildə “Hekayəti Müsyo Jordan həkimi nəbatat və Dərviş Məstəli şah cadukuni-məşhur” komediyası ilk dəfə Tiflisdə “Kavkaz” qəzetində rus dilində hissə-hissə çap olunub, komediya ilk dəfə Peterburqda rus dilində oynanılıb.
1852-ci ildə “Hekayəti - xırs quldurbasan” və “Sərgüzəştimərdi-xəsis” (Hacı Qara) komediyalarını yazıb. - Yanvar ayının 31-də “Hekayəti -xırs quldurbasan” komediyası Tiflis teatrında rus dilində oynanılmışdır.
1855-ci ildə “Mürafiə vəkillərinin hekayəti” komediyasını,
1857-ci ildə “Aldanmış kəvakib” povestini yazmışdır.
1859-cu ildə komediyalarını və “Aldanmış kəvakib” povestini “Təmsilat” başlığı altında Qafqaz canişinliyinin Tiflisdəki nəşriyyatında kitab halında çap etdirib.
1863 – 1864-cü illərdə İstanbulda olmuş (tərtib etdiyi əlifbanın dəstəklənməsi üçün), Mirzə Məlkümxan ilə görüşmüş, “Çeşmə kitabəsi”, “Səidə xitab”, “Fuad Paşanın mədhi” adlı mənzumələri və “Kəmalüddövlə məktubları” adlı məşhur fəlsəfi əsərini yazmışdır.
1865-ci ildə “Həcvi-Əbdürrəsülxan” adlı əsərini,
1868-ci ildə “Həkimi-ingilis Yuma cavab” adlı əsərini,
1869-ci ildə “Yeni əlifba haqqında mənzumə” adlı əsərini yazıb.
1873-cü ildə “Hekayəti vəziri-xani-Lənkəran” və “Hacı Qara” pyesləri Bakıda tamaşaya qoyulub.
Elmi-yaradıcı fəaliyyəti
1851-ci ildə İmperator rus coğrafiya cəmiyyəti Qafqaz şöbəsinə həqiqi üzv seçilib.
1874-cü ildə Yeni əlifbaya aid və hürufi-samitə müsəvvədənin latın və ərəb əlifbası üzrə quruluşunu təsvir edən cədvəl düzəltmişdir.
Mülki və hərbi rütbələri
1842-ci ildə mülki praporşik,
1850-ci ildə poruçik,
1854-cü ildə kapitan,
1861-ci ildə mayor,
1873 -cü ildə polkovnik rütbəsi verilib
Təltif və mükafatları
1842-ci ildə Rusiya ilə İran hökumətləri arasında danışıqlarda iştirak etdiyi üçün İran şahı tərəfindən üçüncü dərəcəli “Şiri-Xurşid” nişanı ilə təltif olunub.
Vəfatı
1878-ci il fevral ayının 26-da Tiflisdə vəfat edib.
Ailəsi
1842-ci ildə Axund Hacı Ələsgərin qızı Tubu xanımla evlənmiş, ondan 13 övladı dünyaya gəlmiş, onlardan yalnız ikisi, Rəşidbəy və qızı Nisə xanım sağ qalmış, qalanları isə Mirzə Fətəlinin sağlığında ikən vəfat etmişlər.
Xatirəsi
1930-ci ildə Bakıda M.F.Axundovun adını daşıyan bağçada heykəli qoyulub (heykəltəraş P.Sabsay).
1938-ci ildə - Azərbaycan SSR XKS M.F.Axundovun anadan olmasının 125 illiyini keçirmək barəsində qərar qəbul edib.
1939-cu ildə Azərbaycan Dövlət Ümumi Kitabxanasına (hazırda M.F.Axunov adına Milli Kitabxana) adı verilib.
1940-cı ildə Nuxada ev-muzeyi açılıb.
1962-cı ildə anadan olmasının 150 illik yubileyi Ümumdünya Sülh Şurasının qərarı ilə keçirilmiş, Ümumittifaq miqyasında təntənə ilə qeyd olunmuşdur. Eyni ildə M.F.Axundov adına Kitabxanada heykəltəraş İ.Zeynalovun hazırladığı büstü qoyulub.
1965-ci ildə M.F.Axundov adına üç Respublika Dövlət mükafatının təsis edilməsi haqqında qərar qəbul edilib.
1982-ci ildə Azərbaycan KP MK-nın qərarı ilə M.F.Axundovun anadan olmasının 170 illiyi keçirilib.
1983-cü ildə Tbilisidə M.F.Axundovun ev-muzeyi və Azərbaycan Mədəniyyət Mərkəzi açılıb.
2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamı ilə M.F.Axundovun əsərlərinin 3 cildliyi nəşr olunub.
2007-ci ildə Tbilisi şəhərində yerləşən ev-muzeyi, M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi adı ilə fəaliyyət göstərməyə başlayıb.
2010-cu ildə Mirzə Fətəli Axundovun 200 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının prezidenti sərəncam imzalayıb.
2011-cü ildə Azərbaycanın Gürcüstandakı səfirliyinin və Tbilisi şəhər bələdiyyəsinin təşəbbüsü ilə Tbilisidə M.F.Axundovun adını daşıyan 73 saylı azərbaycan orta məktəbinin binası qarşısında büstü qoyulub.
2012-ci ildə Azərbaycan Respublikasının müxtəlif yerlərində, o cümlədən, anadan olduğu Şəki şəhərində, M.F.Axundovun 200 illik yubileyi təntənəli şəkildə qeyd olunub, haqqında “Sübhün səfiri” adlı yeni film çəkilib. Həmçinin, Moskvada M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanası(ru) qarşısında heykəli qoyulub.
Əsərləri
Poema:
- Şərq poeması (1837).
Pyeslər:
- Hekayəti Molla İbrahim-Xəlil Kimyagər (1850).
- Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur (1850).
- Sərgüzəşti-vəziri-xani-Lənkəran (1850).
- Hekayəti Xırsi-Quldurbasan (1851).
- Sərgüzəşti Mərdi-Xəsis (Hacı Qara) (1852).
- Mürafiə vəkillərinin hekayəti (1855).
Satirik povest:
Məqalələr:
- Fəhristi-kitab (1859).
- Nəzm və nəsr haqqında (1862).
- Tənqid risaləsi (1862).
- Kəmalüddövlə məktubları (1865).
Əsər müəllifi kimi
- Hacı Qara (film, 1929) (tammetrajlı bədii film).
- Dərviş Parisi partladır (film, 1976) (tammetrajlı bədii film).
- Aldanmış ulduzlar (opera, 1977).
- Hacı Qara (film, 2002) (tammetrajlı bədii film).
- Mürafiə vəkillərinin hekayəti (film, 2011) (film-tamaşa).
- İksir (film, 2014) ("Hekayəti Molla İbrahim-Xəlil Kimyagər" əsəri əsasında).
Haqqında çəkilən filmlər
- Böyük yazıçı-maarifçi (film, 1938) (qısametrajlı sənədli film).
- Səbuhi (film, 1941) (tammetrajlı bədii film)[4].
- 150 il. Mirzə Fətəli Axundov (film, 1962) (qısametrajlı sənədli film).
- Mirzə Fətəli Axundov (film, 1972) (qısametrajlı sənədli film).
- Mirzə Fətəli Axundov (film, 1982) (qısametrajlı sənədli film).
- Sübhün səfiri (film, 2012) (tammetrajlı bədii film).
İstinadlar
- ↑ Opera in Azerbaijan by Azer Rezayev , Winter 1997 (5.4) P. 70-71
- ↑ Крымский А. Е. Тюркские литературы // Энциклопедический словарь Гранат. — М., 1927. — 41, Ч.X cild. — Səh.: 365.
- ↑ """Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları"nın və "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı" (azərb.). cabmin.gov.az. 2019-05-11. İstifadə tarixi: 2019-05-13.
- ↑ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 64-66.
Ədəbiyyat
- "Mirzə Fətəli Axundzadə – 200" (PDF). anl.az (azərb.). anl.az. 2012. 9 Nov 2012 – 6 Dec 2019 tarixində arxivləşdirilib (PDF).
Xarici keçidlər
Şablon:Yaxşı məqalə[[bg:Мирза Ахундовca Mirzə Fətəli Axundovde Mirzə Fətəli Axundoven Mirza Fatali Akhundov]][[ru Ахундов, Мирза Фатали]][[sk Mirza Fatali Achundov]][[sl Mirza Fatali Ahundov]][[sv Mirzə Fətəli Axundov]][[tr Mirza Fetali Ahundov]]
- M
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış şair və yazıçılar
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış hərbçilər
- 12 iyulda doğulanlar
- İyulda doğulanlar
- 1812-ci ildə doğulanlar
- 10 martda vəfat edənlər
- Martda vəfat edənlər
- 1878-ci ildə vəfat edənlər
- III dərəcəli Müqəddəs Anna ordeninin kavalerləri
- II dərəcəli Müqəddəs Stanislav ordeninin kavalerləri
- III dərəcəli Müqəddəs Stanislav ordeninin kavalerləri
- Şair və yazıçılar
- Şəxslər (ad sırası ilə)