Məhəmməd Zahid: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası materialı
Redaktənin izahı yoxdur
 
(Eyni redaktor tərəfindən edilmiş 5 ara dəyişiklik göstərilmir)
Sətir 4: Sətir 4:
  |Adı                  = Məhəmməd Zahid
  |Adı                  = Məhəmməd Zahid
  |Tam adı              = {{dil-tr|Kotku Mehmed Zahid}}
  |Tam adı              = {{dil-tr|Kotku Mehmed Zahid}}
  |Şəkil                = Mehmet_Zahit_Kotku3.jpg
  |Şəkil                = Məhəmməd Zahid.png
  |Şəklin ölçüsü        =  
  |Şəklin ölçüsü        =  
  |Şəklin izahı          = Məhəmməd Zahid.
  |Şəklin izahı          = Məhəmməd Zahid.
Sətir 36: Sətir 36:
}}
}}


'''Məhəmməd Zahid''' (1897–1980) — islam alimi, yazıçı, din xadimi, vaiz, nəqşibəndiyyə şeyxi. 1958–1980-cı illərdə Fateh İsgəndərpaşa məscidinin (İstanbul, Türkiyə) imamı olmuşdur, hansı ki, həmin məscidin icma üzvləri arasında Türkiyənin bir sıra görkəmli dövlət xadimləri, o cümlədən Turqut Özal, Nəcməddin Ərbakan və başqa görkəmli şəxslər vardı.  
'''Məhəmməd Zahid''' (1897–1980) — tanınmış islam alimi, yazıçı, din xadimi, vaiz, nəqşibəndiyyə şeyxi Fateh İsgəndərpaşa məscidinin (İstanbul, Türkiyə) imamı. Məhəmməd Zahidin imam olduğu məscidin icma üzvləri arasında Türkiyənin bir sıra görkəmli dövlət xadimləri, o cümlədən Turqut Özal, Nəcməddin Ərbakan və başqa görkəmli şəxslər də olub.  


== Haqqında məlumatlar ==
== Haqqında məlumatlar ==
Sətir 55: Sətir 55:


=== Vəfatı ===
=== Vəfatı ===
13 noyabr 1980-ci il tarixdə – 83 yaşında, İstanbulda vəfat edib. Cənazə namazı 14 noyabr tarixdə Süleymaniyə Məscidində qılındıqdan sonra nəşi Qanuni Sultan Süleyman Türbəsi məzarlığında dəfn edilmişdir.
13 noyabr 1980-ci il tarixdə – 83 yaşında, İstanbulda vəfat edib. Cənazə namazı 14 noyabr tarixdə Süleymaniyə məscidində qılındıqdan sonra nəşi Qanuni Sultan Süleyman Türbəsi məzarlığında dəfn edilmişdir.


=== Ailəsi ===
=== Ailəsi ===

Səhifəsinin 20:50, 12 noyabr 2023 tarixinə olan son versiyası

Məhəmməd Zahid
türk.: Kotku Mehmed Zahid
Məhəmməd Zahid
Məhəmməd Zahid.
Doğum tarixi 1897(1897-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Bursa, Osmanlı dövləti
Vəfat tarixi 13 noyabr 1980 (83 yaşında)
Vəfat yeri İstanbul, Türkiyə
Vətəndaşlıq Türkiyə

Məhəmməd Zahid (1897–1980) — tanınmış islam alimi, yazıçı, din xadimi, vaiz, nəqşibəndiyyə şeyxi və Fateh İsgəndərpaşa məscidinin (İstanbul, Türkiyə) imamı. Məhəmməd Zahidin imam olduğu məscidin icma üzvləri arasında Türkiyənin bir sıra görkəmli dövlət xadimləri, o cümlədən Turqut Özal, Nəcməddin Ərbakan və başqa görkəmli şəxslər də olub.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

1897-ci ildə Bursada anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

Bursada ibtidai və orta təhsil alıb.

Hərbi xidmətdə[Vizual/Mobil redaktə | HTML redaktə]

Birinci Dünya müharibəsi dövründə – 1915-ci ildə, on səkkiz yaşı olarkən, Osmanlı ordusuna çağırılıb və Suriya cəbhəsinə göndərilib. Osmanlı ordusu Suriyadan çıxdıqdan sonra İstanbula qayıtsa da, 1919-cu ilin iyul ayından hərbi qərargahda katib olaraq hərbi xidmətini davam etdirib. Xatirələrdəki qeydlərdən aydın olur ki, o, 1922-ci ilin martınadək həmin vəzifədə çalışıb.

Dini fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1920-ci ildə − hələ İstanbulda hərbi xidmətdə olarkən, İstanbulun Cağaloğlu məhəlləsində Fatma Sultan məscidinin yanındakı Gümüşxanəvi təkyəyə getmiş, əvvəl Şeyx Dağıstanlı Ömər Ziyaəddin əfəndidən dini dərs almağa başlamış, sonra isə Mustafa Feyzi əfəndinin şagirdi olmuşdur. İyirmi yeddi yaşında xilafət almışdır. Bu illərdə Bəyazit, Fateh və Ayasofya məscidlərində və bir çox mədrəsələrdə dini dərslərə qatılmaqla hafizliyini tamamlamış, həmçinin, Mustafa Feyzi Əfəndinin istəyi ilə müxtəlif şəhər və kəndlərdə dini xidmətlər icra etmişdir.

1925-ci ildə Türkiyədə təkyələrin fəaliyyətinin qadağan edilməsindən sonra Bursaya geri dönmüş, atasının imam olduğu İzvat kəndində yaşamağa başlamışdır. Atasının vəfatından sonra 1946-cı ilə qədər İzvat kənd məscidinin imamı olmuş, 1946-cı ildə Üftadə məscidinə, 1952-ci ilin dekabr ayında Zeyrekdəki Ümmu Gülsüm Məscidinə, 1958-ci ildə isə Fateh İsgəndərpaşa Məscidinə imam təyin edilmişdir və ömrünün sonunadək sonuncu məscidin imamı olmuşdur.

1979-cu ilin əvvəlində Hicaza getmiş, lakin 1980-cı ilin fevralında ağır xəstə vəziyyətdə İstanbula geri dönmüşdür. Əməliyyat olunduqdan sonra növbəti həcc mövsümündə təkrarən həccə gedib-qayıtmışdır.

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

13 noyabr 1980-ci il tarixdə – 83 yaşında, İstanbulda vəfat edib. Cənazə namazı 14 noyabr tarixdə Süleymaniyə məscidində qılındıqdan sonra nəşi Qanuni Sultan Süleyman Türbəsi məzarlığında dəfn edilmişdir.

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Valideynləri 1880-cı ildə Nuxadan Anadoluya köçərək Bursada məskunlaşmışdılar.

Atası: İbrahim əfəndi – Nuxadan Bursaya köçərkən 16 yaşı vardı, müxtəlif məscidlərdə imamlıq etmiş, 1929-cu ildə Bursa düzənliyindəki İzvat kəndində vəfat etmişdir.

Anası: Sabirə – 1900-cu ildə, Məhəmməd Zahid 3 yaşında olarkən vəfat edib.

Böyük qardaşı: Əhməd Şakir əfəndi – Birinci Dünya müharibəsi dövründə Osmanlı ordusuna çağırılmış, Qüds və Çanaqqala cəbhələrində vuruşmuş, cəbhədə xəstələnərək, 28 yaşında şəhid olmuşdur.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Mahmud Esad Coşan (2002). "Kotku, Mehmet Zahit". islamansiklopedisi.org.tr (Türkçe). İslâm Ansiklopedisi. 28 Jun 2019 tarixində arxivləşdirilib.
  2. Ramin Sadıqov (13.09. 2013). "Məhməd Zahid Qutqu (1897-1980)". shrem.io.ua (azərb.). "Şəki bələdiyysi" qəzeti. 28 Jun 2015 tarixində arxivləşdirilib.

Bildiriş[HTML redaktə]