Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

"Şəki hakimliyi" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
(58977 dəyişikliyi Aydinsalis (Müzakirə) tərəfindən geri qaytarıldı.)
Teq: Undo
 
(Eyni redaktor tərəfindən edilmiş 3 dəyişiklik göstərilmir)
Sətir 80: Sətir 80:
 
*[[Mahmud İsmayılov|Mahmud İsmayıl]]."[[İki od arasında]]". [[Bakı]]. [["Gənclik" nəşriyyatı]]. [[1993]] [http://www.clb.az/files/FullText/IKI_OD_ARASINDA_2.pdf oxu] {{az}}
 
*[[Mahmud İsmayılov|Mahmud İsmayıl]]."[[İki od arasında]]". [[Bakı]]. [["Gənclik" nəşriyyatı]]. [[1993]] [http://www.clb.az/files/FullText/IKI_OD_ARASINDA_2.pdf oxu] {{az}}
  
[[Kateqoriya:Azərbaycanla bağlı dövlətlər‎]]
+
{{Yoxlanılmış məqalə}}
[[Kateqoriya:Şəki]]
 

Səhifəsinin 18:12, 2 yanvar 2024 tarixinə olan son halı

Şəki hakimliyi




Caucasus 1490 map de alt.svg
paytaxt Şəki[q 1]
Böyük şəhərləri Şəki
Din Sünni islam
Sülalə Orlat; Qara keşiş nəsli
Hansı dövlətin ərazisində yaranmış və sonda ərazisi hansı dövlətin ərazisinə qatılmışdır:
Səfəvilər dövləti

Şəki hakimliyi — təxminən XIV əsrin 84-cü ilindən başlayaraq 1551-ci ilə qədər, əsasən indiki Azərbaycan Respublikasının şimal-qərbində, qismən də indiki Gürcüstan Respublikasının şərqi və Rusiya Federasiyasının Dağıstan Respublikasının cənub ərazisində mövcud olmuş dövlət. Əvvəl monqol mənşəli Orlat sülaləsi tərəfindən, sonra isə islam dinini qəbul etmiş Qara Keşiş oğlu və onun nəslindən olan hökmdarlar tərəfindən idarə edilmişdir. Bu dövlətin ərazisi qərbdə Tiflis şəhəri yaxınlığından, şərqə – Qəbələ şəhəri yaxınlığına qədər, cənubda Kür çayından Böyük Qafqaz sıra dağlarına qədər[1], hətta bəzi məlumatlara görə daha şimala – Dərbənd şəhəri yaxınlığına qədər uzanmışdı[2][3].

Hökmdarlar[redaktə | HTML redaktə]

Orlat sülaləsindən olanlar[redaktə | HTML redaktə]

Sülaləsi dəqiq məlum olmayanlar[redaktə | HTML redaktə]

  • Əli inaq, ən geci 1435 — ən azı 1435
  • Əbdülqafar, ən geci 1447/1448 — ən azı 1468/1469
  • Şahhüseyn , ən geci 1497 — 1497

Qara keşiş nəslindən olanlar[redaktə | HTML redaktə]

  • Əlican xan/Candar[q 2] Qara keşiş oğlu, 1444/45 — 1456/57
  • Qutul xan (Əlican xanın oğlu), 1456/57 — 1468
  • Zəki/Şəki xan[q 3](Qutul xanın oğlu), 1468 — 1488[q 4]
  • Həsən sultan, ən geci 1519 — may, 1524
  • Dərviş Məhəmməd xan (Həsən sultanın oğlu), may, 1524 — may, 1551

İstinadlar[redaktə | HTML redaktə]

Qeydlər[redaktə | HTML redaktə]

  1. Həsən Rumlunun "Əhsənüt-təvarix"indən iqtibas: Şah mühüm məsələlərin həlli üçün dövlət başçıları ilə məşvərət edir, sədr, vəzir, hakim və başqa məsul şəxslərin rəy və təkliflərinə qulaq asırdı ... Ancaq, şübhəsiz, həlledici söz şahın olardı. O, adətən, dövlətin paytaxt adlanan əsas şəhərində yaşayır, qışlaq və yaylaq yerlərinə getməyi nəzərə alınmazsa, əsasən, müharibə vaxtı şəhəri tərk edirdi. Məsələn, Qaraqoyunlu və Ağqoyunlu hökmdarları Təbrizdə, I Şah İsmayıl Təbrizdə, I Şah Təhmasib Təbriz və Qəzvində, II Şah İsmayıl Qəzvində, Şəki hakimləri Şəkidə, şirvanşahlar I İbrahim, I Xəlilullah, Fərrux Yasar, II İbrahim, II Xəlilullah və Şahruq vaxtlarının çoxunu Şamaxıda keçirmişlər, - bax: Şahin Fərzəliyev, Azərbaycan XV-XVI əsrlərdə, Bakı, 1983, səh.: 28. Bu isə o deməkdir ki Şəki hökmdarlığının paytaxtı Şəki şəhəri olmuşdur, belə ki Şəki hakimləri Şəki şəhərində oturmuşlar.
  2. Bu şəxsin Əli İnaq ola bilməsi ehtimalı var. Şəki tarixlərində onun islamdan əvvəlki adının "Candar" olması göstərilir. Lakin mümkündür ki bu heç də onun adı yox, əslində rütbəsi idi. Belə ki həm "candar" və həm də "inaq" monqol hərbi rütbələri idi, özü də bu rütbələr bir-birinə çox yaxın rütbələr idilər. Mustafa ağanın Şəki tarixində onun yalnız Nuxnaın hakımı olması göstərilir (Bax: И. Л.Сегаль. Елисаветпольская губерня, Тифлис, 1902; yaxud, Хаджи Сеид Абдулгамид. Родословная шекинских ханов и их потомков, wostlit.info, комм.: 7). Hacı Seyid Əbdülhəmidin Şəki tarixində isə qeyd olunur ki, Candar Qara keşiş oğlu (14441445-ci illərdə (islam tarixi ilə – 848-ci il) islamı qəbul edərək Əlican adını gütürdü. O zamanlar digər torpaqlardan, xüsusi ilə də İrandan, Şəkinin hökmransız və xansız qalmasından istifadə edərək quldurlar və əmirin əskərləri tez-tez Şəkiyə hücüm edirdilər. Şəki əhalisi Əlicanı cəsur və ağıllı olduğuna görə Şəkinin xanı seçir. O, 861 (14561457) ildə vəfat edir.
  3. Mustafa ağanın "Şəki tarixi"ndə onun Şəki şəhərini tutması və paytaxt etməsi göstərilir (bax: И. Л.Сегаль. Елисаветпольская губерня, Тифлис, 1902; yaxud, Хаджи Сеид Абдулгамид. Родословная шекинских ханов и их потомков, wostlit.info, комм.: 7 ).
  4. Bu tarix yalnız Hacı Cəmil tərəfindən tərtib edilmiş nəsil şəcərəsində göstərilir; bax: Акты, собранные Кавказской археографической комиссией, том V, Тифлис, 1873, стр.: 1120.

Mənbələr[redaktə | HTML redaktə]

Xarici keçidlər[redaktə | HTML redaktə]