"İbrahim Tağıyev" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 4: | Sətir 4: | ||
|Tam adı = Tağıyev İbrahim Tağı oğlu | |Tam adı = Tağıyev İbrahim Tağı oğlu | ||
|Piktoqram = bio <!--“bio” sözünü yazar, kitab, diplomat, filosof, newspaper, riyaziyyat, fizika, kimya, biologiya, tibb, tarix, arxeologiya və musiqi və s. variantlarından (bütün variantlar burada: [[Şəki Ensiklopediyası:Layihə/Piktoqramlar]]) hər hansı biri ilə əvəz edə bilərsiniz--> | |Piktoqram = bio <!--“bio” sözünü yazar, kitab, diplomat, filosof, newspaper, riyaziyyat, fizika, kimya, biologiya, tibb, tarix, arxeologiya və musiqi və s. variantlarından (bütün variantlar burada: [[Şəki Ensiklopediyası:Layihə/Piktoqramlar]]) hər hansı biri ilə əvəz edə bilərsiniz--> | ||
− | |Şəkil = | + | |Şəkil = İbrahim_Tağıyev.png |
− | |Şəklin ölçüsü = | + | |Şəklin ölçüsü = |
|Şəklin izahı = İbrahim Tağıyev. | |Şəklin izahı = İbrahim Tağıyev. | ||
|Digər adı = | |Digər adı = |
Səhifəsinin 22:10, 13 oktyabr 2023 tarixinə olan son halı
İbrahim Tağıyev (1894–1937) — Azərbaycan sovet partiya və dövlət xadimi. Müxtəlif illərdə bir sıra məsul vəzifələrdə çalışmışdır. 1937-ci ildə Stalin repressiyasına məruz qalıb və güllələnib. 1956-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasında onun barəsində 1937-ci ildə verilmiş hökm ləğv edilib və cinayət tərkibi olmadığı üçün həmin işə xitam verilib.
Haqqında məlumatlar
1894-cü ildə Qazax qəzasının Öysüzlü kəndində anadan olub.
Təhsili
Heç bir təhsil almayıb, özüöyrənəndir.
Əmək fəaliyyəti
1920 – 1924-ci illər arasında Tovuz qəza soveti icraiyyə komitəsinin sədri, ən geci 1924-cü ilin dekabr ayından ən tezi 21 iyun 1927-ci il tarixədək Azərbaycan K(b)P Nuxa qəza komitəsinin məsul katibi, daha sonra ÜK(b)P Zaqafqaziya vilayət komitəsində kənd təsərrüfatı şöbəsinin rəhbəri,
1929-cu ildən Azərbaycan K(b)P Naxçıvan vilayət komitəsinin məsul katibi vəzifəsində çalışıb.
26 yanvar 1930-cu il tarixdə ZSFSR Mərkəzi İcraiyyə Komitəsinin katibi seçilib. Həmçinin,
1930-cu ildə Azərbaycan K(b)P Gəncə dairə komitəsinin məsul katibi olub.
1931-ci ildən SSRİ Xalq Rabitə Komissarlığının ZSFSR üzrə nümayəndəsi,
1934-cü ildən Azərbaycan K(b)P Gəncə rayon komitəsinin 1-ci katibi,
1937-ci ildə qısa bir müddət Bakı şəhər soveti sədrinin müavini vəzifəsində çalışıb.
Təltif və mükafatları
- “Qırmızı Əmək Bayrağı” ordeni (1936).
Həbsi və güllələnməsi
12 oktyabr 1937-ci il tarixdə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının səyyar sessiyası bağlı məhkəmə iclası keçirərək İbrahim Tağıyevi ən ağır cəzaya – güllələnmə cəzasına məhkum edib. 13 oktyabr 1937-ci il tarixdə ölüm hökmü yerinə yetirilib.
Bəraət alması
3 aprel 1956-cı il tarixdə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən bəraət alıb.
Ədəbiyyat
- İ.T.Tağıyev // Azərbaycanda Sovet hakimiyyəti uğrunda fəal mübarizlər. — Azərb. KP MK yanında Partiya Tarixi İn-tu, Sov. İKP MK yanında Marksizm-Leninizm İn-tunun Filialı.. — Bakı: Azərnəşr, 1958. — Səhifələrin sayı: 419. — Səh.: 256-257. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 aprel 2023.
- Тагиев Ибрагим Таги огли : [arx. 13.10.2021] : [rus.] // Сталинские расстрельные списки. — Müraciət tarixi: 13.10.2021.
- Тагиев Ибрагим Таги оглы : [arx. 24 Nov 2015 - 31 Aug 2021] : [rus.] // Справочник по истории Коммунистической партии и Советского Союза 1898 - 1991. — Müraciət tarixi: 13.10.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |