Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...

Changes

Jump to navigation Jump to search
Sətir 12: Sətir 12:  
==Teymurun Gürcüstan və xaçpərəst ölkəsi yanına yetişməsi==
 
==Teymurun Gürcüstan və xaçpərəst ölkəsi yanına yetişməsi==
   −
Teymur elə Gürcüstan diyarına gəlib yetişənədək<ref>Əmir Teymur 28 iyul 1402 tarixdə vaqe olmuş məşhur Ankara döyüşündən geri dönürdü.</ref>, dərya kimi dalğalanan ordu ilə hərəkət edirdi. O kiçik bir ölkədir və adamları Məsihə sitayiş edənlərdir. Amma bu kiçikliklə, saysız-hesabsız qalalar və möhkəm bürclər və mağaralar və pusqugahlar və dağlar və dərələr və uçurumlar səbəbinə xarici ziyandan qorxusuzdurlar və o məkanlardan hər biri dikbaşlıq və təkəbbürlülükdə israrlı qaldı ki, işğalçı və təcavüzkarların fərmanı qəbul etmədi. Oranın şəhərlərindən Tiflis və Trabuzan və Abxazdır ki, oranın paytaxt[lar]ı idi, bu məkanlar təslimdən yaxalarını kənara çəkdilər və zamanın ixtiyarını Bunun (Teymurun) əlinə tapşırmadılar, Teymur mühasirəyə durar və məşvərətə oturar, o məkanlardan biri, bir mağaralıq  idi ki, onun darvazası lap hündür bir uçurumun ortasında, indiki zamanın hadisələrindən kifayət qədər qorxusuz, gələcək zamanınkılardan kənarda yer tutar və aşağıdan yuxarıya [ən uzaqatan] məncanaqın «əli» [hara] çatsa ondan daha hündürdə, yuxarıdan aşağıya doğru [ən uzun] nərdivanın ayağı [hara]batsa, bundan daha aşağıda, daxil olma yolu: örtülü və pünhan qədr gecəsi kimi, ona yetişmək: işıqlı və aşkar bədirlənmiş ay kimi [əlçatmaz], artıq bir tamah Teymuru, onun mühasirəsinə sövq etdi və çalışdı və yan-yörəsini xeyli gəzdi, öz mühəndis zəkasını işə saldı və qarma-qarışıq düşüncə və ağlın vəlvələsi ilə kefinə aram verər, birdən, fikrinə bu gəldi ki əzab atəşini ora yuxarıdan endirsin və o yuvası uca «Hümayı» (“Cənnət quşunu”) havada şikar etsin. Tez buyurar ki, dəbanə surətli (zirehli) sandıqlar düzəltsinlər və [bunları] uzun zəncirlərlə və qüvvətli adamlarla dağın yüksəklik və zirvələrindən sallasınlar və göyün bəlası kimi aşağı endirsinlər.
+
Teymur elə Gürcüstan diyarına gəlib yetişənədək<ref>Əmir Teymur 28 iyul 1402 tarixdə vaqe olmuş məşhur Ankara döyüşündən geri dönürdü.</ref>, dərya kimi dalğalanan ordu ilə hərəkət edirdi. O kiçik bir ölkədir və adamları Məsihə sitayiş edənlərdir. Amma bu kiçikliklə, saysız-hesabsız qalalar və möhkəm bürclər və mağaralar və pusqugahlar və dağlar və dərələr və uçurumlar səbəbinə xarici ziyandan qorxusuzdurlar və o məkanlardan hər biri dikbaşlıq və təkəbbürlülükdə israrlı qaldı ki, işğalçı və təcavüzkarların fərmanı qəbul etmədi. Oranın şəhərlərindən Tiflis və Trabuzan və Abxazdır ki, oranın paytaxt[lar]ı idi, bu məkanlar təslimdən yaxalarını kənara çəkdilər və zamanın ixtiyarını Bunun (Teymurun) əlinə tapşırmadılar, Teymur mühasirəyə durar və məşvərətə oturar, o məkanlardan biri, bir mağaralıq  idi ki, onun darvazası lap hündür bir uçurumun ortasında, indiki zamanın hadisələrindən kifayət qədər qorxusuz, gələcək zamanınkılardan kənarda yer tutar və aşağıdan yuxarıya [ən uzaqatan] məncanaqın «əli» [hara] çatsa ondan daha hündürdə, yuxarıdan aşağıya doğru [ən uzun] nərdivanın ayağı [hara] batsa, bundan daha aşağıda, daxil olma yolu: örtülü və pünhan qədr gecəsi kimi, ona yetişmək: işıqlı və aşkar bədirlənmiş ay kimi [əlçatmaz], artıq bir tamah Teymuru, onun mühasirəsinə sövq etdi və çalışdı və yan-yörəsini xeyli gəzdi, öz mühəndis zəkasını işə saldı və qarma-qarışıq düşüncə və ağlın vəlvələsi ilə kefinə aram verər, birdən, fikrinə bu gəldi ki əzab atəşini ora yuxarıdan endirsin və o yuvası uca «Hümayı» (“Cənnət quşunu”) havada şikar etsin. Tez buyurar ki, dəbanə surətli (zirehli) sandıqlar düzəltsinlər və [bunları] uzun zəncirlərlə və qüvvətli adamlarla dağın yüksəklik və zirvələrindən sallasınlar və göyün bəlası kimi aşağı endirsinlər.
    
Onda elə etdilər və yerlə göy arasındakı fəza o sandıqlarla doldu və o dağın və [o dağın] sakinlərinin canlarına titrəmə düşdü və Onlar yüksəkliklərdə süzən bir şahin kimi “uçuşanda”, halın dili ilə bu ayələr xatırlanmaqdadır:
 
Onda elə etdilər və yerlə göy arasındakı fəza o sandıqlarla doldu və o dağın və [o dağın] sakinlərinin canlarına titrəmə düşdü və Onlar yüksəkliklərdə süzən bir şahin kimi “uçuşanda”, halın dili ilə bu ayələr xatırlanmaqdadır:

Naviqasiya menyusu