"Bəxtiyar Məmmədov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 93: | Sətir 93: | ||
== Ədəbiyyat == | == Ədəbiyyat == | ||
− | {{ŞAZ|1|372 – 373}} | + | *{{ŞAZ|1|372 – 373}} |
+ | *{{cite web |url=http://www.azerbaijan-news.az/view-80915/neftci-omrunun-bextiyarligi |title= |author=Neftçi ömrünün bəxtiyarlığı |date=12:10 18.10.2015 |website=http://www.azerbaijan-news.az/ |publisher=“Azərbaycan” qəzetinin saytı |language=az |accessdate= |archiveurl =https://web.archive.org/web/20201019150559/http://www.azerbaijan-news.az/view-80915/neftci-omrunun-bextiyarligi |archivedate =19 Oct 2020 }} | ||
{{Yaxşı məqalə}} | {{Yaxşı məqalə}} | ||
[[az:Bəxtiyar Məmmədov (neftçi)]] | [[az:Bəxtiyar Məmmədov (neftçi)]] | ||
[[ru:Мамедов, Бахтияр Мамед Рза оглы]] | [[ru:Мамедов, Бахтияр Мамед Рза оглы]] |
19:09, 19 oktyabr 2020 versiyası
Bəxtiyar Məmmədov | |||||||
---|---|---|---|---|---|---|---|
Məmmədov Bəxtiyar Məmmədrza oğlu | |||||||
Fayl:Bəxtiyar Məmmədov.jpg | |||||||
Bəxtiyar Məmmədov | |||||||
|
|||||||
Doğum tarixi | 18 oktyabr 1925 | ||||||
Doğum yeri | Nuxa, Azərbaycan SSR, ZSFSR, SSRİ | ||||||
Vəfat tarixi | 1989 | ||||||
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ | ||||||
Elmi dərəcəsi | texnika elmləri namizədi | ||||||
Təltifləri |
Bəxtiyar Məmmədov — Azərbaycan sovet dövlət xadimi və neft sənayesi mütəxəssisi, Sosialist Əməyi Qəhrəmanı; 1965 – 1970-ci illərdə Azərbaycan SSR neft hasilatı sənayesi naziri vəzifəsində çalışmışdır.
Haqında məlumatlar
18 oktyabr 1925-ci il tarixdə Nuxada anadan olub.
Təhsili
1943 – 1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunda dağ-mədən mühəndisi ixtisası üzrə təhsil alıb.
Əmək fəaliyyəti
1948 – 1949-cu illərdə əvvəl “Orconikidzeneft” trestinin 5-ci mədənində neftçıxarma ustasının köməkçisi, sonra turbinli qazmanın şərq konturunda 6-cı dərəcəli qazma köməkçisi, “Orconikidzeneft” trestinin 1-ci mədənində qazma ustası, həmin trestin mədən müdirinin növbətçi köməkçisi,
1949 – 1951-ci illərdə “Orconikidzeneft” trestinin qazma ustası, mədən istismarı üzrə 1-ci mədəndə böyük mühəndis,
1951 – 1952-ci illərdə “UmBakı” mədənində baş mühəndis,
1952-ci ildə “Qobustanneft” trestinin “UmBakı” mədəninin müdiri,
1952 – 1955-ci illərdə “Gürcənneft” (Neft Daşları) neft-mədən idarəsinin 1-ci və 2-ci mədənlərinin müdiri,
1955 – 1962-ci illərdə Sov.İKP XXII qurultayı adına neft-mədən idarəsinin rəisi,
1962 – 1963-cü illərdə əvvəl “Azneft” birliyinin rəis müavini, sonra baş mühəndisi,
1963 – 1965-ci illərdə “Başdənizneft” idarəsinin rəisi,
1965 – 1970-ci illərdə Azərbaycan SSR neft sənayesi naziri,
1970 – 1972-ci illərdə “Xəzərdənizneft” birliyinin rəisi,
1972 – 1974-cü illərdə “26 Bakı komissarı” adına NQÇİ-nin rəisi,
1974 – 1976-cı illərdə Nigeriyada müqavilə əsasında məsləhətçi,
1976 – 1982-ci illərdə “Hidrodənizneft” İnstitutunun elmi işlər üzrə direktor müavini,
1982 – 1986-cı illərdə “Bula-dəniz” NQÇİ-nin rəisi,
1986 – 1989-cu illərdə “Hidrodənizneft” Dövlət Elmi-Tədqiqat Layihə İnstitutunun elmi-tədqiqat və təcrübə işləri üzrə şöbə müdiri vəzifəsində işləyib.
İctimai fəaliyyəti
Bir dəfə SSRİ Ali Sovetinin, dörd dəfə isə Azərbaycan SSR Ali Sovetinin deputatı, bir neçə dəfə Azərbaycan KP MK-nın üzvü və Azərbaycan KP Bakı Şəhər Komitəsinin büro üzvü seçilib.
Elmi fəaliyyəti
1963-cü ildə namizədlik dissertasiyası müdafiə edib. Neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir. 50 elmi məqalənin müəllifidir. İxtiralara görə 9 müəlliflik şəhadətnaməsi alıb.
Təltif və mükafatları
- Sosialist Əməyi Qəhrəmanı fəxri adının “Oraq və Çəkic” medalı, 1959.
- “Lenin” ordeni, 1959.
- “Neft ustası” fəxri adı, 1960.
- “Azərbaycan SSR əməkdar mühəndisi” fəxri adı, 1964.
- “Qırmızı Əmək Bayrağı” ordeni (SSRİ), 1965.
- “SSRİ-nin fəxri neftçisi” döş nişanı, 1970.
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı, 1970.
- “Oktyabr İnqilabı” ordeni, 1971.
- Azərbaycan SSR dövlət mükafatı, 1972.
Vəfatı
1989-cu ildə – 64 yaşında, Bakıda vəfat edib.
Ailəsi
Üç övladı olub; oğlu Yaşar ARDNŞ-də məsul vəzifədə çalışır. Böyük qızı İntizar uşaq həkimidir, kiçik qızı Hicran isə ginekoloq işləyir.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Məmmədov Bəxtiyar // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 372 – 373. — 1.000 nüsx.
- Neftçi ömrünün bəxtiyarlığı (12:10 18.10.2015). http://www.azerbaijan-news.az/ (azərb.). “Azərbaycan” qəzetinin saytı http://www.azerbaijan-news.az/view-80915/neftci-omrunun-bextiyarligi (#bare_url_missing_title). 19 Oct 2020 tarixində arxivləşdirilib.
- B
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış dövlət xadimləri
- Şəkidən çıxmış alimlər
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1925-ci ildə doğulanlar
- 18 oktyabrda doğulanlar
- Oktyabrda doğulanlar
- 1989-cu ildə vəfat edənlər
- Qeyri-müəyyən ayda vəfat edənlər
- Sosialist əməyi qəhrəmanları
- Azərbaycan SSR dövlət mükafatı laureatları
- Azərbaycan SSR əməkdar mühəndisləri
- SSRİ-nin fəxri neftçiləri
- Lenin ordeninin kavalerləri
- "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) laureatları
- "Oktyabr İnqilabı" ordeni laureatları
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı ilə təltif edilənlər
- Dövlət xadimləri
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr